Harun Yəhya "Qlobal Masonluq" - Humanist əxlaq nəzəriyyəsi

Harun Yəhya "Qlobal Masonluq" - Humanist əxlaq nəzəriyyəsi

Humanist əxlaq nəzəriyyəsi

Hazırda bütün dünyada masonlar özlərini cəmiyyətə tanıtmaq və qəbul etdirmək üçün səy göstərirlər. Mətbuat konfransları, internet saytları, hətta qəzet elanları vasitəsilə "əslində sadəcə cəmiyyətin xeyri üçün çalışan" bir təşkilat olduqlarını göstərməyə çalışırlar. Bəzi ölkələrdə masonlar hətta çeşidli xeyriyyə fondları da yaradıblar.

Masonların nisbətən liberal və sərbəst qanadları olan Rotari və Lion klubları haqqında da eyni fikirləri demək olar. Bütün bu təşkilatlar "cəmiyyətin xeyri üçün çalışdıqlarını" dönə-dönə vurğulayırlar.
Şübhəsiz ki, "cəmiyyətin xeyri üçün çalışmaq" qətiyyən pis niyyət deyil və biz də buna etiraz edə bilmərik. Ancaq bu deyimin altında gizli və son dərəcə önəmli bir məqsəd dаyаnır. Masonlar "insanların dinsiz də əxlaqlı ola biləcəyini, əxlaqlı dünya qura biləcəyini" cəmiyyətə аşılаmаq istəyirlər və bütün "xeyriyyəçilik"ləri də bu fikri reаllаşdırmаq məqsədi daşıyır. Həmin "dinsiz əxlaq" anlayışı masonların internet-saytlarında bu cür izah olunur: "Insan nədir? Hardan gəlib, hara gedir? Insan necə yaşayır? əslində necə yaşaması lazımdır? Dinlər bu suallara qurduqları əxlaq prinsiplərilə cavab verməyə çalışırlar. Fəqət həmin prinsipləri Allah, cənnət, cəhənnəm, ibadət kimi metafizik anlayışlarla bağlayırlar. Insanlara isə anlamadan inanmaları lazım gələn metifizik problemlərə getmədən, həyat prinsiplərini tapmaları lazımdır. Masonluq bu prinsipləri azadlıq, bərabərlik, qardaşlıq, zəhmətkeşlik, barış, sevgi, demokratiya və s. ideyaları əsrlərdən bəri bəyan etməkdədir. Bunlar insana bir həyat fəlsəfəsi verir, onun kökləri isə metafizik anlayışlarda deyil, dünyada yaşayan kamil insanın özündədir".
Göründüyü kimi, masonluq insanın Allaha inanaraq, Onun rizası üçün xeyir işlər görməsinə qarşıdır. Onlara görə hər şey sadəcə "insanlıq" üçün edilməlidir. Mason dərnəklərinin nəşr etdirdiyi, xüsusi "üçüncü dərəcə" ayininin incələnməsinə aid kitabda bu fikir açıq-aşkar görünür:
“Mason əxlaqı hər şeydən öncə insanlıq sevgisinə dayanır. Bir insandan dini və ya siyasi qurumdan, naməlum fövqəltəbii qüvvələrdən qorxaraq mənfəət, mükafat, cənnət... naminə yaxşı olmağı qətiyyən qəbul etmir. Amma bütün yaxşılıqları ailə, yurd, insan və insanlıq sevgisilə edənləri, yalnız bu duyğularla yaxşı olanları ucaldır. Mason təkamülünün ən əsas məqsədlərindən biri budur. Insanları sevmək və heç nə ummadan yaxşı olmaq, bu mərhələyə çatmaq çox böyük bir təkamüldür”.
Bu sitatdakı iddialar son dərəcə aldadıcıdır. Din əxlaqı olmayan bir yerdə millət, yurd, ailə sevgisi kimi anlayışlar formalaşa bilməz. Formalaşdığı görünsə də, əslində, saxta olacaq. Din əxlaqını yaşamayan insanlar qəlblərində Allah qorxusu olmayan insanlardır, Allah qorxusu olmayan yerdə isə insanlar yalnız öz maraq və mənfəətlərini düşünürlər. Belə insanların şəxsi maraq və mənfəətlərinə hansısa ziyan dəyərsə, onlar bir anda sevgini də, sədaqəti də kənara atarlar. Ancaq fayda götürə biləcəkləri şəxslərə sevgi və sayğı bəsləyərlər. çünki öz yanlış inanclarına görə dünyaya cəmisi bir dəfə gəliblər, ona görə də burada nə qədər çox fayda görsələr, bir o qədər qənimətdir, üstəlik, dünyada etdikləri heç bir pisliyin də cəzasını çəkməyəcəklər. Mason ədəbiyyatı bu gerçəyi ört-basdır eləməyə çalışan qondarma "əxlaq dərsləri"lə doludur. Amma tarix də sübut edir ki, dinin insan ruhuna verdiyi həqiqi tərbiyə və Allahın yol göstərən hökmləri olmasa, gerçək əxlaq heç bir halda qurula bilməz. Buna ən parlaq misal 1789-cu il Böyük Fransа Inqilabıdır. Inqilabı hazırlayan masonlar "Azadlıq, Qardaşlıq, Bərabərlik" kimi ilk baxışdan əxlaqlı görünən şüarlarla ortaya çıxsalar da, sonradan on minlərlə insanı günahsız yerə gilyotinə göndərdilər, ölkəni qan gölünə çevirdilər. Hətta inqilabın öz liderləri də bu vəhşətdən qurtula bilməmiş, bir-birinin ardınca boyunları vurulmuşdu.
XIX əsrdə yenə də "dinsiz əxlaq" düşüncəsilə yola çıxan sosializm isə daha dəhşətli nəticələr verdi. Sözdə ədaləti, bərabərliyi, istismarsız cəmiyyəti dəstəkləyən və bunun üçün də dinin yox edilməsini vacib sayan sosializm XX əsrdə Sovetlər Birliyi, Şərq Bloku, çin, Hind-çin, Afrika, Mərkəzi Amerika kimi bölgələrdə milyonlarla insanlara qorxunc acılar yaşatmışdı. Üst-üstə 120 milyon insan (!) kommunist rejimlərinin qurbanı olmuşdu.
Bundan başqa, kommunist rejimlərində heç vaxt, bəyаn etdikləri kimi ədalət və bərabərlik qurulmayıb, rəhbərlər ayrıca bir istismarçı sinif kimi formalaşıblar. (Yuqoslav fikir adamı Milovan Dcilas (Milovan Djilas) "Yeni Sinif" adlı klassik kitabında "nomenklatura" adlandırılan kommunist kadrların sosializm iddialarının tamamilə əksinə, "imtiyazlı sinif" olduqlarını çox yaxşı izah edir.
Müasir dövrdə də özlərini "cəmiyyətin xeyrinə çalışan", "insanlıq üçün fədakarlıq göstərən" təşkilat kimi tanıtmağa çalışan masonların çox dəhşətli bir iç üzü var. əksər ölkələrdə masonluq gizli gəlirlər əldə etmək üçün bir vasitədir.
1980-ci illərdə Italiyanı silkələyən "P2 Mason Lojası" skandalı bu ölkədə masonluğun mafiya ilə əlaqəsini, loja rəhbərlərinin silah qaçaqmalçılığı, narkotik аlveri, qara pulların yuyulması ilə məşğul olduğunu, rəqiblərinə və ya özlərinə "xəyanət" edənlərə qarşı sui-qəsdlər təşkil etdiklərini üzə çıxarmışdı.
1992-ci ildə Fransada gündəmə gələn "Böyük şərq lojası" skandalında, 1995-ci ildə Ingiltərədə mediaya yol tapan "Ingilis təmiz əlləri" əməliyyatında mason lojalarının qaranlıq əməlləri üzə çıxdı. Və bəlli oldu ki, masonların "humanist əxlaq" anlayışı, sadəcə, sözdədir. Başqa cür mümkün də deyil, çünki artıq dediyimiz kimi, cəmiyyətdə əxlaq sadəcə Ilahi dinin yaşanması sayəsində qurulur. əxlaqın təməlində insanın eqoizmdən və kibrdən qurtulması dayanır. Bunun üçün isə insan ancaq Allah qarşısındakı acizliyini və məsuliyyətini dərk etməlidir. Allah Quranda möminlərin fədakarlığını anlatdıqdan sonra, "Nəfsinin xəsisliyindən, tamahından qorunub saxlanılan kimsələr - məhz onlar nicat tapıb səadətə qovuşanlardır" (“Həşr” surəsi, /9),- buyuraraq, gerçək əxlaqın nə olduğunu xəbər verir.
Quranın “Furqan” surəsində isə ancaq Rəhmanın qullarının sahib olduqları əxlaqın xüsusiyyətləri belə təsvir olunur:
“Rəhmanın bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə, təvazökarlıqla gəzər, cahillər onlara söz atdıqları zaman onlarla gözəl, yumşaq danışarlar. Onlar gecəni Rəbbi üçün səcdə və qiyam içində keçirər. Və belə deyərlər: "Pərvərdigara! Cəhənnəm əzabını bizdən sovuşdur. Şübhəsiz ki, onun əzabı həmişəlikdir". Doğrudan da o, nə pis məskən, nə pis yerdir. Onlar xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında ortaq bir yol tutarlar. Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qəsd etməz, zina etməzlər. Hər kəs bunu etsə, cəzasını çəkər. Qiyamət günü onun əzabı qat-qat olar və o əzab içində zəlil olub daim qalar. Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayan və rəhm edəndir. Hər kəs tövbə edib, yaxşı iş görsə, o, şübhəsiz ki, Allaha tərəf yaxşı bir dönüşlə dönər” (“Furqan” surəsi, 63-73).
Allahın ayələri oxunarkən ona qarşı lal-kar olmamaq, yəni Allaha hörmət qarışıq qorxu və sədaqət hissləri bəsləmək möminin əsas vəzifəsdir. Bunun sayəsində insan eqoizmdən, qərəzdən, özünü başqalarından üstün tutmaq mərəzindən qurtulur və yuxarıdakı ayələrdə təsvir olunan əxlaqa qovuşur. Ona görə də Allaha inamın və Allah qorxusunun olmadığı bir cəmiyyətdə əxlaq da olmaz. Heç nəyin mütləq meyarları olmadığına görə, insanlar "doğru" və "yalan" anlayışlarını öz mənfəətlərinə uyğun müəyyənləşdirir və tətbiq edirlər. Masonluğun və ateist humanizmin məqsədi də elə "əxlaqlı dünya qurmaq" deyil, dinsiz dünya qurmaqdır. Başqa cür desək, masonlar əxlaqa önəm verdikləri üçün deyil, cəmiyyətə "dinin lazımsız olduğunu" göstərmək üçün humanist fəlsəfəyə əl atıblar. Halbuki nə humanizm, nə də başqa bir batil düşüncə insanlara gözəl əxlaq yaşada bilməz. Ancaq Allahdan gərəyincə qorxan insanlar gözəl əxlaq sahibi ola bilərlər.

Top