Yaxşılıq etmək

Yaxşılıq etmək

İnsanlar sadəcə möhtəşəmdirlər. Cənubi Karolinadakı bir qəhvə evinin hekayəsi.

Kevin Spacey'nin «Pay it Forward» filmini izləmisiniz yəqin ki, əsas qayə odur ki bir adam 3 digərinə yaxşılıq edir, həmin adamlar da öz növbəsində digər 3 nəfərə həmin yaxşılığı qaytarırlar, və beləcə bir nəfər dünyanı dəyişə bilir. Filmlərdə çox romantik və real görünsə də, həyatda belə hadisələrin az-az baş verdiyi qənaətində oluruq. Hətda filmdə bir səhnədə adam yeni Jaguar maşınını digərinə pay verir. Bu dəfə Cənubi Karolina ştatında buna oxşar bir əhvalatı paylaşacam. 
Yaxşılıq 
 
Hadisələr kiçik bir kafedə baş verir. Corner Perk deyilən ərazidə bir qadın öz qəhvəsinin hesabını ödəyir və $100 əlavə pul qoyur və deyir ki məndən sonra kim nə içəcəksə bu hesabdan çıxarsınız, pul qurtarana kimi. İşçi heyəti qadının istəyini yerinə yetirir. Hər iki-üç aydan bir qadın yenə bu tipli ianələr edir.
 Qəhvə içməyə gələn adamlar kiminsə onların hesabını artıq ödəmiş olduğundan çox heyrətlənirlər. Dükanın sahibi yerli qəzetlərə bu barədə danışır. Beləcə 12,000 adamın yaşadığı kiçik qəsəbədə bu hekayə dillərdə dolaşır. Hazırda bir çox adamlar bu mədəniyyəti həmin məkanda davam etdirirlər və digərlərinin pulsuz qəhvə içməsi üçün hər dəfə böyük məbləğdə pul qoyurlar. Bəziləri isə gəlib sadəcə ianə edirlər, heç nə almadan. Orta həcmli bir qəhvənin qiyməti həmin dükanda $1.95. Bu bəlkə çox böyük məbləğ deyil, amma adamlar edilən yaxşılığı heç vaxt unutmurlar. Yəni yaxşılıq etmək lazımdır, əvəzsiz, əvəzini vermək istəyənlərə də deyirsən ki bu yaxşılığı digəri üçün et, «pay it forward» yəni. Ətraf da beləcə gözəlləşir. Müəllif: Kənan Kərimzadə
Top