Sonuncu əlavə edilmiş məqalələr

25-ci kadr virusu

Komputer monitorları və ya adi televiziya ekranları vasitəsilə insan beyninə lazımi informasiyanı (fikri, ideyanı, baxışı, kodu və s.) yeritməyə qadir olan metodlar içərisində bu gün elmə məlum olan hələlik yeganə və ən güclü təsir üsulu – “25-ci kadr virusu”dur. Hətta min illərdən bəri insan oğluna məlum olan hipnoz da effektliliyinə görə ondan geri qalır. Təsirin mexanizmi insan beyninin unikal bir xüsusiyyəti ilə bağlıdır. Belə ki, kinomotoqrafiyanın yarandığı ilk gündən bəri elm insanın yalnız 25 kadr/saniyə sürəti ilə verilən video lentləri normal qavrayıb, digər sürətləri isə ekranda zolaqlar axını şəklində müşahidə etdiyini müəyyən edib (Hazırda müasir elmi nailiyyətlər nəticəsində bu sürətin ayrı-ayrı canlılar üçün bir-birindən fərqli olduğu müəyyən edilib. Məsələn, arılar üçün bu sürət saniyədə 300, tarakanlar üçün isə 12 kadra bərabərdir)
Davamı →

“Google”da iş görüşməsi zamanı rast gələ biləcəyiniz 10 sual

“Google” kimi nəhəng şirkətin bir parçası olmaq milyonlarla insanın arzusudur, ancaq burada işləmək üçün 5 ali təhsil, böyük təcrübə kifayət deyil. Qeyri-standard düşüncə tərziniz, məntiqiniz və 6-cı hissiniz güclü olmalıdır.

1. Saatın saat və dəqiqə əqrəbləri 1 gün ərzində neçə dəfə kəsişir?
2. Tennis topunun səthi niyə ipək deyil?

3. Bir ölkədə insanlar ancaq oğlan övladlarının olmasını istəyir. Hər bir ailə oğul övladına sahib olana qədər dünyaya övlad gətirir. Əgər ailədə qız övladı doğularsa, valideynlər yenidən uşaq sahibi olmağa çalışır. Belə bir ölkədə oğlanların və qızların nisbəti nə qədər olacaq?

4. Gecə saatlarında 4 nəfər evinə getmək üçün asılma körpüdən keçməlidir, ancaq onların cəmi 1 fonarı var. Həmin fonarın enerjisi isə 17 dəqiqə sonra bitəcəkdir.
Davamı →

Uşaqları sünnət etmək

Son illərdə uşaqların sünnət etdirilməsi məsələsi tibbi, əxlaqi və dini cəhətdən mübahisə mövzusu olmuşdur. Ümid edirik ki, bu yazımız mübahisələrə cavab verəcək və nəticə etibarilə bir qənaət əldə ediləcəkdir.
Tibbi Cəhəti
Amerika Pediatri Akademiyasının (AAP) 2012 ilindəki raporuna görə, yeni doğulan uşaqların sünnətinin tibbi faydaları risqlərindən daha çoxdur. AAP-nin bu raporu, uşaqların sünnət edilməsi məsələsində yeni mübahisəyə yol açmışdır.
Davamı →

Şərqdə, Qərbdə və İslamda qadın

Bu marağınızı aradan qaldırmaq üçün bildirim ki, qadının həqiqi yeri müsəlmançılıqdadır. Bu həqiqəti açıqlayan bəzi izahlar vermək, zənnimcə, faydalı olar:
Bu gün hal-hazırda yer üzündə iqtisadi və ictimai sistemi və dünyagörüşü ilə tam mənası ilə yerləşmiş bir İslam aləmi yoxdur. Lakin bunun felən mövcud olmaması, müsəlmançılığın, həqiqətən, ən ideal sistemi gətirdiyi gerçəkliyini ortadan qaldırmaz. Ümumiyyətlə, biz bu və digər ölkələrin deyil, müsəlmançılığın gətirdiyi ölçülər içərisində İslam aləminin iqtisadi və ictimai sistemini və dünyagörüşünü qısaca gözdən keçirdikdən sonra İslamın, müsəlmançılığın qadına verdiyi dəyəri izah etməyə çalışacağıq.
Davamı →

Rövşən Talıbov - Zəngilanın qəhrəman oğlu

Zəngilanın işğalı günündə çox böyük qəhrəmanlıq göstərmiş Rövşən Talıbovu yad etməmək günah olardı məncə. Dostların çoxu bilir ki, Rövşən Talıbov çox sevdiyimiz və dəyər verdiyimiz Esmira xanımın atasıdır. Müəyyən səbəblərdən Esmira xanımla əlaqəni itirsəm də, ümid edirəm özü bir gün məni tapacaq. (Rövşən Talıbov şəkildə soldan birincidir.)
Davamı →

Qaynana olmağa hazırsınızmı?

llərcə böyüdüb, boya-başa çatdırdığınlz övladınızın yeni bir həyata başlaması, ailə qurması sizin üçün heç də asan bir iş deyil. Hər bir ana qızı və ya oğlunu xoşbəxt görmək üçün çırpınırsa da, ailəyə yeni gəlmiş gəlin, ya da kürəkənlə münasibətdə bir axsaqlıq da mütləq yaşayır.
Əgər övladınızın xoşbəxt olmasını həqiqətən və ürəkdən istəyirsinizsə, o zaman sizə düşən vəzifə yaxşı qaynana olmaqdır. Yaxşı qaynana dedikdə, əslində necə biri olmaq lazımdır deyə düşünə bilərsiniz.
Davamı →

Müharibə filmlərinin uşaqları

Müharibə filmlərində tamaşaçılara ən çox uşaqlarla bağlı epizodlar təsir edir. Çünki uşaqlar böyük tamaşaçıların ən həssas yeridir. Bəzən rejissorlar uşaqları çəkdikləri epizodlarda həddindən artıq sentimentallığa da varırlar. Bəzi filmlərdə uşaq obrazlarıyla pafosun gücünü artırırlar.
Davamı →

Kamal Abdulla mətninin söylədikləri

Ədəbi cərəyanlar müəyyən dövrdə formalaşaraq həmin tarixi zamanın xüsusiyyətlərini əks etdirir, ədəbi prosesdə bir növ mayak rolunu oynayır.
Ədəbi fikir tarixində fenomenal adlandırıla biləcək belə cərəyanlardan biri postmodernizmdir. Postmodernizm tarix səhnəsinə çıxdığı gündən böyük səs-küyə, müzakirələrə səbəb olmuşdur. Hər bir tənqidçi, nəzəriyyəçi, yazıçı, oxucu onu öz başa düşdüyü kimi izah etməyə səy göstərmişdir. Bu bəlkə də postmodernizmin öz mahiyyətindən doğan bir haldır.
Davamı →

Gender bərabərliyi uğrunda mübarizə

İnsan cəmiyyətini qadın və kişilər təşkil edir. Cinslər arasında bioloji fərqlər məlumdur və dəyişməzdir. Lakin bu heç də o demək deyil ki, kişi və qadının cəmiyyətdə tutduğu yer dəyişməzdir. Qadın hərəkatının tarixi, bizim ölkədə bu sahədə əldə edilmiş nailiyyətlər qadınların cəmiyyətdə oynadığı rolun dinamik surətdə dəyişməsindən xəbər verir. Son əsrlərin texnoloji nailiyyətləri qadınların həm məişətdə, həm də istehsalatda oynadığı rolu dəyişdirmişdir. XX əsrin sonunda «gender» anlayışı formalaşmışdır ki, bunu da «sosial cins» kimi səciyyələndirmək olar. Qadın və kişilər arasında sosial bərabərlik «gender bərabərliyi» kimi qəbul edilir.
Davamı →

Nepal müdriklərindən məsləhətlər

1. Ağır-ağır danışın, ancaq sürətli düşünün.
2. Camaatı qohumlarına görə mühakimə etməyin.
3. «Səni sevirəm» dediyiniz zaman doğru danışın!
4. «Təəssüf edirəm» dediyiniz zaman insanın gözlərinə baxın.
Davamı →
Top