Övlad sahibi olmaq gözəl bir duyğudur. 9 aylıq yolçuluqdan sonra aramıza qatılmasını o qədər səbirsizliklə gözləyirik ki... Bir çoxumuz səbr edə bilməyib həkimə də qaçırıq, dünyamızın yeni sakininin cinsiyyətini öyrənməyə. Oğlan olacaqsa, sevincimiz birə-beş artır, qız olacaqsa, bu xəbəri yüngül bir təbəssümlə "yola veririk".Valideyn üçün hər övladın öz yeri var, hər övlad əzizdir, dəyərlidir. Oğul olsun, qız olsun, fərq etməz, ata-anaya, vətənə, millətə xeyirli övlad olsun. Amma istər keçmiş olsun, istər daha qədim zamanlar, istər də dövrümüz - bəzi valideynlər ailədə övladları arasında bilərəkdən və ya bilməyərəkdən ayrı-seçkilik salırlar.
Cinsiyyətə söykənən ayrı-seçkilik məsələsi həmişə müzakirə edilən və heç vaxt öz həllini tapmayan bir mövzudur. Valideynlər mümkün qədər övladları arasında fərq qoymamağa çalışsalar da, bəzən bu qaçılmaz olur. Hamiləliyin ilk aylarından, uşağın cinsiyyətinin məlum olduğu zamanlar hər valideyn ayrı cür hisslər keçirir. Dünyamızın yeni qonağının qız olacağını öyrənən bəzi valideynlər sevins
ə və Tanrı payına şükür etsə də, çoxları bu duruma sözün həqiqi mənasında üzülürlər. Bəzi hallarda bu durum abortla nəticələnsə də, müəyyən hallarda dünyaya gəlməyə can atan qız övladı valideyninin ürəyinə rəhm sala bilib birtəhər doğulur. Əsl məsələ də bundan sonra başlayır. Birincisi, bayırda xəbər gözləyən kişi dodağını sallayıb "mızıldanır". İkincisi, xəbəri gətirən və "nəmər" gözləyən tibb bacısına "qəpik-quruş" verir. Üçüncüsü, həkimə elə minnət qoyur ki, sanki uşağı həkim paylayır, buna qəsdən qız verib. Əgər yeni doğulmuş qız körpəsindən öncə ailədə başqa bir qız övladı da varsa, məsələ bir qədər də qəlizləşir. Valideyn hirsini tökməyə yer axtarır və bunu övladlarına olan münasibətində də bəlli edir. Yox, əgər evdəki uşaq qız deyil, oğlandırsa, oğlan sevdalısı olan valideyn diqqətini ona yönəldir və yeni doğulan qız uşağı, demək olar ki, sevgi və diqqət olmadan böyüyür və bu da onda olduqca böyük psixoloji problemlər yaradır. Öncə qeyd edim ki, doğum evində tibb bacıları çöldə səbirsizliklə gözləyən kişiyə içəridəki xanımının oğlan doğması barədə daha canfəşanlıqla xəbər verirlər və qızların doğum xəbəri ilə müqayisədə oğlan muştuluğu və ya nəməri daha "ağır" olur. Oğlan analarının doğum evində qaldığı müddətdə xərclədiyi pul da bir az artıq olur. Belə ki, körpəyə qulluq edən tibb bacıları gedib-gəlib "hörmət" gözləyirlər. Heç qız anaları ilə o qədər maraqlanan olmur. Psixoloq Aydın Əsədovun sözlərinə görə, uşaqlar arasındakı ayrı-seçkilik tərbiyə zamanı daha da çox hiss edilir. Belə ki, valideynlər oğlanlara istənilən hərəkət və davranış üçün imkan yaratsalar da, qızlara çox şey qadağan edilir: "Tutalım, oğlan uşağı idmanla məşğul olmaq istəyir və valideynindən xahiş edir ki, onu karate və ya boks məktəbinə göndərsinlər. Onun istəyi yerinə yetirilir, amma qız uşağı bunu istəyəndə "otur oturduğun yerdə, sənin nə işin var karatedə, boksda?" deyə tənbehlənir. Bizim valideynlərdən istəyimiz bu cür hallara yol verməmələridir, çünki nəticələri bizim düşündüyümüzdən daha ağır ola bilər". Oğlanlar məşğuliyyət seçimində azad olduqları üçün istədikləri yerə gedə bilirlər, istədikləri idman növünü öyrənmək üçün məşqlərə qatılırlar. Amma qızlar üçün "hazır tikilmiş köynək" var, məşğuliyyət üçün sadəcə rəqs məktəbinə gedə bilərlər. Bizim ailələrdə uşaqlar söz anlayan kimi, onlara qız və ya oğlan olduqları diktə edilir, hansının hansı önəmə malik olduğu anladılır. Oğlanlara daha artıq imtiyazlar verilir, bu, sözsüzdür. Qadın sakit, səssiz, dilsiz-ağızsız biri kimi böyüdülür. Zülfiyyəni uşaqlıqdan tanıyıram, bir məktəbdə oxumuşuq, o məndən 3 sinif yuxarıda idi. O vaxtdan 10 il keçib, bir dəfə də olsun, görüşməmişdik. Ata ocağına gedəndə qarşılaşdıq bu dəfə. Düzünü desəm, tanınmaz halda idi. Gözəlliyindən və təravətindən əsər-əlamət qalmamışdı. "Kişi kimi qız" və "qız kimi kişi" ifadələri, yəqin ki, sizə tanışdır. Valideynlər bəzən uşaqlara bu cür ifadələr "yapışdırırlar". "Kişi kimi qız" sözünü qız övladımızı öymək üçün işlədiriksə, "qız kimi oğlan" sözünü oğul övladımızı tənbeh etdiyimiz zaman istifadə edirik. Duymuş olarsınız, bizim toplumda "oğul anası" və ya "oğul atası" deyə bir ifadə var. Nə vaxtsa bir qadının "qız anasıyam" deyə özünü öydüyünü duydunuzmu? Mən duymadım... Bir qızı və bir oğlu olan bir atanın yeri gələndə "bir oğul atasıyam" dediyinin şahidi oldunuzmu? Mən oldum... Lalə Mehralı
Daha doğru ifadə etsək, oğlanlar ailədə daha çox sevilirlər. Uşaqlar arasında cinsi ayrı-seçkilik etmək gələcəkdə qarşısıalınmaz problemlərin yaranmasının təməli ola bilər. Psixoloqlar deyirlər ki, bu, uşağın özünü bir şəxsiyyət kimi təsdiqləməsində böyük sədd olur.
Cinsi ayrı-seçkiliyə yol verməmək üçün yazımızda "öncə hansı cinsin problemlərini müzakirə edək" deyə çox düşündüm. Oğlanlara aid yarımbaşlığı önə salsaq, qızları arxa plana keçirmiş və seçkinlik etmiş olarıq, elə deyilmi? Və ya əksinə, qızlar barədə birinci danışsaq, oğlanlar bunu necə qəbul edərlər, deyə də düşündük. Bəs necə edək?
Hesab edirik ki, mentalitet məsələsini araya salmaq ən yaxşı çözüm yoludur. Bizim kişilər, qadına həmişə öncəlik tanıyıblar. Ümid edirik ki, kişilər bu məsələdə də milli mentalitetə uyğun olaraq qadınlara öncəlik vermək istəyimizi diskriminasiya və gender bərabərsizliyi kimi qəbul etməzlər.Qızların doğum evindən başlayan sevgi "aclığı"
Əsl məsələ evə gələndən sonra başlayır. Daha çox ata, oğlan övlada düşkün olduğundan, qız övlad atasından lazımı sevgini görmür. Düzdür, bəzən analar da oğlan övladına daha çox bağlı olurlar, amma bu, daha az baş verir. Psixoloqlar bunu ana südünün gözəgörünməz təsiri ilə bağlayırlar. Övladına süd verən analar heç vaxt oğul-qız ayırımı etmirlər.Qızların ata sevgisi
Psixoloqlar həmçinin deyirlər ki, qız övladı atasına daha çox düşkün olur, çünki onların aralarında ruhi bağ var. Bu bağ qızları atalarına doğru aparsa da, çox vaxt onlar sərt münasibətlə üzləşirlər. Atalar var ki, qızını əzizlədiyini gizlətməyə çalışır, içində ona qarşı sonsuz sevgisi olsa da bunu büruzə vermir və içindəki sevginin, necə deyərlər, "arxasında gizlənir".
Amma bizim el dilində belə bir ifadəmiz var: "Qız uşaqları şeytan olurlar". Bu sözün anlamı qızların daha şirin, özünü sevdirən olması deməkdir. Eyni zamanda, daha küsəyən və incə qəlbli olurlar. Valideynin bir sərt sözü, tərs baxışından təsirlənən və günlərlə buna görə için-için küsən uşaqlar var."Muştuluq! Oğlun olub!"
Evə gəlişi xüsusi təmtəraqla qeyd edilən oğlan övladı ailədə də daha "ağır çəki"yə sahib olur. Qeyd edim ki, bu davranışın nəticəsidir ki, bizim ailələrdə daha çox oğlan uşaqları "ərköyün" olur.
Paltarın, oyuncağın, otağın - ümumiyyətlə, hər şeyin daha yaxşısı oğlan övladına aid olur. Aramızda elə valideynlər var ki, işdən evə gələndə birinci oğlu ilə maraqlanır, onun hal-əhvalını soruşur, dərdindən hali olur. Kənarda boynunu bükən, "sırasını gözləyən" qız övladı isə hələ uşaqlıqdan bu davranışın məhz belə olması gərəkdiyini qavrayır.
Düzdür, bu davranışı hər valideynə aid etmək də olmaz, bilirik, övladlarını ayırmayan, qız və ya oğlan olduqlarına fərq qoymayan kifayət qədər valideyn var. Amma bu yazımızı oxuduqca, nə zamansa istəməyərəkdən belə olsa da, oğlan və qız övladınız arasında fərq qoyduğunu xatırlayanlar da olacaq.Oğlan uşaqlarının üstünlüyü
İnsan dişi və erkək olduğunu ən gec anlayan canlıdır. Avropada bəzi ailələr qızlara qız olduğunu anlatmağa, oğlanlarla münasibətlərində düzəlişlər etməyə tələsmirlər. Hesab edirlər ki, qızlarla oğlanların yollarını ayırmaq gələcəkdə birincilərə problem yarada və gender bərabərsizliyini daha da dərinləşdirə bilər. Bizdə isə hələ anadan olmamış qızların yolunda qırmızı işıqlar yanır, "qadağandır" işarəsi qoyulur..."Yarımçıq qadın"
Söhbət zamanı məlum oldu ki, ailə qurub, 3 qızı var. Qızlarından danışanda gözləri həm gülürdü, həm də nəmlənirdi. Öyrəndim ki, oğlan övladı olmadığına görə qayınanası və əri "gününü göy əskiyə büküblər".
"Bədbəxtliyimin bircə səbəbi var, o da oğlan doğa bilməməyimdir. 3 qızdan sonra 4 dəfə qız övladımı zorla abort etdirməyə məcbur ediblər. Oğlumuz olmur deyə yeganə günahkar mənəm? Bəs o? (həyat yoldaşını nəzərdə tutur - red.).
O qədər aborta getdim ki, axırda Tanrının da acığı tutdu, qadınlıq orqanlarımda xəstəlik yarandı, əməliyyatla götürdülər. İndi istəsəm də uşaq doğa bilmərəm. Həm yoldaşım, həm də qayınanam mənə yarımçıq bir qadın kimi baxırlar"."Milli ifadə"lər və ya şəxsiyyətin "öldürülməsi"
Psixoloq Aydın Əsədov deyir ki, bu ifadələrin hər ikisi yanlışdır: "Əvvəla, qadın, qadın kimi, kişi də kişi kimi davranmalıdır, övladlarımıza öncəliklə bunu öyrətməliyik. Çünki əksi olduqda qızlar kişi kimi, oğlan uşaqları da onlara təlqin edildiyi formada qız kimi nərmənazik, incə ruhlu böyüyürlər".
Aramızda elə valideynlər də var ki, övladı üçün həm ana, həm də atadır, yəni valideynlərdən biri olmadıqda digər valideyn hər iki vəzifəni daşımalı olur. Psixoloq bu durumun da uşaqların yetişmə prosesinə mənfi təsir göstərdiyini deyir: "Atasını yemək bişirən, ev təmizləyən və yaxud anasının kişi işləri ilə məşğul olduğunu görən uşaq bu vəziyyəti anlamağa çalışsa da, buna nail olmur və nəticədə onun psixologiyasında ikitirəlik dediyimiz bir vəziyyət yaranır".
Təsəvvür edirsinizmi, qız övladı bu sözləri duyduğu zaman nələr hiss edir? Bizim hiss etdiyimiz təəssüfü hiss etmir, hələ kiçik olduğu üçün. Sadəcə, niyə qız doğulduğunu düşünür və içindən "kaş mən də oğlan olaydım" arzusu keçir...
Milli.Az