Təbiət kişilərə güc və dözümlülük verib. Lakin onlar sağlamlıqla bağlı bir çox məsələlərdə qadınlara uduzur. Alimlər kişilərin qadınlara uduzduğu 10 məqamı müəyyənləşdirib.
Yaddaş daha zəifdir
70 yaşdan sonra kişilərin ən azı 20%-də yaddaş problemi yaranır. Bu hala qadınların yalnız 12-15%-də rast gəlinir.
Depressiya daha ağır olur
Hər iki cinsin nümayəndələri demək olar ki, eyni «sayda» depressiya keçirir. Amma kişilər onu daha ağır keçirir. Qadınlarla müqayisədə, kişilər depressiyadan çıxmaq üçün nadir halda həkimə müraciət edir. Bu isə sonda spirtli içkiyə aludəçilik, əsəb sisteminin pozulması və hətta intihara aparıb çıxarır.
Xərçəng daha «aqressiv»dir Kişilərdə xərçəng xəstəliyinin müxtəlif növləri qadınlarla müqayisədə daha «aqressiv» olur. Onkoloji xəstəliklərdən dünyasını dəyişən kişilərin sayı qadınlarla müqayisədə düz 40% çoxdur. Ömür daha qısadır Bu gün qadınların ömrü orta hesabla kişilərdən 4 il artıqdır. Amputasiya ehtimalı daha çoxdur Finlandiyalı alimlərin araşdırmalarına görə, kişilərdə ayaq və qolların amputasiyası halına daha çox rast gəlinir. Əsas səbəb diabetdir. Dəri daha həssasdır Qadınların dəri qırışlarından daha çox əziyyət çəkdiyi deyilir. Amma zərif cinsin nümayəndələrilə müqayisədə kişilərdə dəri xərçənginə daha çox rast gəlinir. Ağ ciyərlərdə problem Kişilərin nəfəs sistemində problem daha tez-tez yaranır. Statistikaya əsasən, qadınlarla müqayisədə kişilərə ağ ciyərlərin xroniki xəstəliyi diaqnozu düz 2 dəfə çox qoyulur. Piylənmə daha sürətlə gedir Hələ ki, piylənmə əsasən, qadınlar üçün ciddi problem sayılır. Amma həkimlərin proqnozlarına görə, cəmi 5-10 ildən sonra bu problemdə də kişilər qadınları arxada qoyacaq. Əsas səbəb isə qeyri-rasional qidalanmadır. Dişlər zəifdir Kişilərin stomotoloqlara daha çox müraciət etdiyini çoxları bilir. Onlar ağız gigiyenasına daha az əməl etdiyi üçün müəyyən yaşdan sonra dişlərini müalicə yox, çəkdirməli olurlar. Səs problemi 40 yaşadək səsin keyfiyyəti və qulaq problemləri həm qadınlarda, həm də kişilərdə demək olar ki, eynidir. 40 yaşdan sonra isə kişilər bu problemlərdə qadınları xeyli geridə qoyur.