Cəmiyyət bir-birindən fərqli iki cinsdən ibarət olması ortalığa bir sıra suallar qoyur ki, bunlarında cavabları hələ də mübahisə doğurmaqdadır. Əgər cinslərin bioloji fərqəri və funksiyaları şübhə doğurmursa, psixi, emosianal, intuitiv fərqlər məsələsi, qadın və kişinin təfəkkür, idrak, məntiqi fərqləri kimi hallar öz müzakirəsini tələb edir. Həmçinin burada bir sualda yaranır. İnsanlatrın cinsi fərqləri onların sosial fərqlərinin səbəbidirmi? Yoxsa bu tarixin təsadüfi seçimindən və yaxud şəraitdən asılıdır?
Cinslərin qeyri bərabərliyi ayrı-ayrı cəmiyyətlərdə özlərini müxtəlif göstərir. Ona görə də kişi və qadının cəmiyyətdəki statusunu tədqiq etməklə bu cəmiyyət, onun mədəniyyət və ən-ənələrinin səciyyəsi, xalqın dini və ruhi-əxlaqi dəyərlərinin xüsusiyyətləri, dünyagörüşü və özünüdərki haqqında çoxlu miqdarda maraqlı material verir.
Lakin bunu da qeyd edək ki, bəzi tədqiqatçıların fikrincə feminizmə maraq qədim yunan fəlsəfəsində görünür. Hətta bəziləri Platonu ilk feminist adlandırırlar. Uzun illər ərzində SSSR-də qadın hüquqlarına dair hər hansı elmi görüşlərin meydana çıxmasına və ya bu məsələyə dair tədbirlərin keçirilməsinə imkan verilmirdi. Keçmiş sovetlərin təbliğat aparatı bütün dünyaya sübut etməyə çalışırdı ki, "bizim ölkədə" qadın məsələsi bir dəfəlik həll edilmiş, qadınlarla kişilərin bərabər hüquqlarına tam nail olunmuşdur. Sovet dövrünün "qadın məsələ"sində cinslərin rəsmi bərabərliyi de-yure mövcud idi. Bərabər iş günü üçün bərabər əmək haqqı mövcud idi. Hökümətin bütün səviyyələrində qadınların təmsil olunmalarını təmin edən kvota sistemi və xüsusi sosial yönumlü - qadınların bir çox hüquqlarını tənzimləyən qanunvericilik qüvvədə idi. Lakin de-fakto isə cinslər arasında bərabərlik məsələsi asimmetrik idi. Hakim idealogiyaya tabe olan "Qadın şura"ları "qadın məsələsini" tənzimləyir,qadınların mənafe və maraqlarını ideologiyaya uyğun təmsil edirdilər. P. S. Hal-hazırda bizim ölkədə də qadınlara və kişilərə münasibət cəmiyyətdə müxtəlifdi. Düzdü demokratik dövlət olaraq konstitusiyamıza əsasən hər iki cins bərabər hüquqludur. Lakin hər birimiz bilirik ki, əslində bu qanun sadəcə mövcuddur və tətbiqata gəlincə isə cinslər arasında sosial ayrıseçkilik mövcuddur. Bu səbəbdən sizə belə bir sual ünvanlamaq qərarına gəldim. Cəmiyyətin intellektual təbəqəsinin fikrini öyrənmək mənim üçün maraqlıdır. Sizin fikrinizə əsasən cinslər arasında sosial fərqlər olmalıdırmı?
Cəmiyyətdə cinslərin qeyri-bərabərliyi insanlar üçün heç də həmişə problem olmamışdır. Bir sıra insanlar, istər kişi olsun, istərsə də qadın olsun, bu məsələ üzərində hətta ciddi düşünməmişlər. Digər qisim insanlar isə haqların pozulmasını görmür və cəmiyyətdə qadın və kişinin üzərinə düşən vəzifələr onlara ədalətli görünür. Cəmiyyətdə cinslərin qərarlaşmış davranış qaydaları, tarix, ən-ənə, din və ya əjdadlardan gələn əxlaq normaları ilə müqəddəsləşdirildiyindən, insanlar bu qaydaların ədalətsiz olmasını bəzən mühakimə edə bilmirlər. Əsasəndə qərbdən öz konservativliyi ilə fərqlənən şərqdə bu daha çox müşahidə olunur. Bu gün qərbdə feminizm hərəkatları mövcud olsa da şərqdə feminizmə meyl ciddi müşahidə olunmur. Möhkəm və dəyişməz norma və dəyərlərlə hərəkət edən cəmiyyətdə ümumiyyətlə kişi və qadının rolları ciddi şəkildə bölünür. Belə tip ənənəvi cəmiyyətdə yaşayan kişi və qadın fərqli bir statusa malik olmaq üçün mübarizə apara bilmir. Hətta qədim dövr və orta əsrlər Avropasında dəyərlərə qarşı münasibət daha ciddi olduğundan, feminizm hərakatları çox gec meydana gəlmişdir. Əsasən bu hərəkat feodalizm buxovlarından azad olmuş Avropa ölkələrində meydana gəlməyə başladı.