Softbol

Softbol

Uşaqsan, gəncsən, qocasan, fərqi yoxdur, heç oğlan-qız, kişi-qadın olmağının da. Əsas odur ki, qəlbində şənlənmək və dincəlmək istəyin olsun. Bax, yalnız bu zaman softbol oynaya bilərsən. Softbol o qədər asan oyundur ki, sənə məşqçi də lazım deyil. Bir az diqqət, bir az məsuliyyət, lap bir az da cəldlik. Vəssalam. 

Softbol əlcəyi – softbol ağacı ilə işləmədikdə geyilir. Dəridəndir. Sağaxaylar sol əlinə, solaxaylar sağ əlinə geyinir. Softbol əlcəyini alandan sonra onu yağlayıb günəşdə saxlamaq, sobada isitmək və yaxud topla oynayıb yumşaltmaq lazım gəlir. Bu oyun şlemsiz nəinki əhval-ruhiyyə bəxş edən, əksinə olduqca təhlükəli ola bilər. Bütün hücumçu oyunçular başlarını qorumaq üçün ondan istifadə etməlidirlər.

Softbol meydançası – iki hissədən ibarətdir – daxili və xarici hissələr. Daxili hissə – torpaqdır. Xarici hissə – otdur. Softbol butsları – rezin və yaxud plastik altlıqlı olmalıdır. Metal butslar qadağan edilib. Belə ki, sürüşmə zamanı onlar oyunçuya və onun komanda yoldaşlarına zərər yetirə bilər. Softbol ağacı – müxtəlif cür olur. Hər oyunçu özünə uyğun ölçü və uzunluqda ağac seçməlidir. Seçim zamanı ağacın uzunluğu, kütləsi və modeli nəzərə alınmalıdır. Softbol ağacı materialına görə alümin və kombinasiya edilmiş olur. Əsasən alümin ağaclardan istifadə edilir. 

Softbol topu – beysbolunkuna nisbətən daha ağırdır. Həm ağ, həm də neon yaşılı və sarısı rəngdə ola bilir. Softbol üçün əlavə avadanlıq – softbol ağacı ilə işləyənlər üçün əlcək, xüsusi geyim, döş qəfəsini və çənə sümüyünü qorumaq üçün xüsusi təchizat və s. Softbol oyunu – 7 inninqdən ibarətdir. Hər inninq iki yarımhissəyə bölünüb. Birinci hissədə qonaq komanda oynayır, ikincidə ev sahibləri. Hər yarımhissə üç auta qədər davam edir. Oyunun sonunda ən çox ran (xal) toplayan komanda qalib gəlir.

portal.azertag.az
Top