1. Oturaq həyat tərzi sürən və az hərəkətdə olan insanlar daim yuxu problemləri ilə üzləşirlər.Yuxusuzluqdan əziyyət çəkirlər, bunun isə sağlamlığa nə qədər ziyan olduğunu bilirik.
2. Gündəlik fiziki yükün yoxluğu (hipodinamiya), ürək -damar siteminin xəstəlikləri təhlükəsinin əsas faktorlarından sayılır.
3. İllərlə piy və əzələ kütləsi arasında nisbət dəyişir. Piy kütləsi aktiv əzələ kütləsini geridə qoyur. Orta fiziki yüksüz, 60 yaşa çatdıqda 30% əzələ gücünü itirmək mümkündür.
4.Orqanizm üçün çox vacib sayılan maddələr mübadiləsi idmanla məşğul olduqda yaxşılaşaraq, immun sistemi gücləndirir, bu isə qrip və soyuqdəymə ilə mübarizədə kömək edir.
5. Gündəlik fiziki məşğələr ürək əzləsini möhkəmləndirir.
6. Fiziki məşğələlər həmçinin beynin aktivliyini artırır və sevinc hormonu olan" serotoninin" istehsalını artırır, bu isə yaxşı əhval və beyin aydınlığına səbəbdir.
7. Gündəlik idmanla məşğul olan insanlar arasında keçirirlən sorğuya əsasən məlum olmuşdur ki, onlar, özləri və güclərinə daha çox əmin olduğundan, stress və depressiya halları ilə daha az rastlaşırlar.
8. Hər səhər 30 dəqiqə ərzində müəyyən idman hərəkətləri etməklə, bu məşq zamanı çıxarılanendorfin, qanda dövr edərək insanın enerjili və bütün günü tonusda qalmasını təmin edir.
9. Gündəlik fitneslə məşğul olan insanlar, divanda vaxt keçirməklə oturan insanlardan 32% daha azdayaq vəzifəsinin xroniki xəstəliklərinə tutma təhlükəsindən əziyyət çəkirlər.
Beləliklə orqanizminizi fiziki yüksüz qoyduqda, bu bədənin passiv olması və bundan əlavə müxtəlif xəstəlilərin yaranmasını təmin edir. Yalnız unutmayın müəyyən xəstəliklər zamanı fitness əks göstərişli sayıla bilər.
Bunlardan: xroniki böyrək xəstəlikləri, qaraciyər xəstəlikləri, xoşxassəli hiperbillirubinemiya, qaraciyər serrozu, qida borusu xəstəlikləri, sidik sitemi xəstəlikləri, endokrin sistemi xəstəlikləri (şəkər, qalxanvari vəz), tənəffüs sitemin xəstəlikləri, bronxial asma və bir çox digər xəstəliləri misal gətirmək olar.
Məhz buna görə hər bir insan öz xəstəliyini bildikdə, hansı fiziki yükün icazəli olduğunu daha yaxşı xəbərdardır. Müəyyən xəstəliklər zamanı isə həkiminiz tərəfində müəyyən individual fiziki yük norması da təyin edilə bilər. Sağlamlığınızı qoruyun!