Fizioterapiya

Fizioterapiya

Fizioterapiya fiziki üsullarla müalicə deməkdir. Fiziki üsullar dedikdə, günəş şüasının spektrlərindən, elektrodalğalardan, maqnit dalğalarından, ultrasəs dalğalarından müxtəlif aparatlarla istifadəsilə müalicə nəzərdə tutulur.

Fizioterapiyadan daha çox oynaq xəstəliklərində, dayaq-hərəkət sistemi xəstəliklərində, həmçinin, bir çox xəstəliklərin bərpa periodunda istifadə olunur. Fizioterapiya bərpa periodunda mütləq tətbiq olunmalıdır, əks halda, xəstəliklər xroniki hala keçə bilər.

Xəstəlik kəskin dövründən sonra mütləq bərpa və reabelitasiya periodu keçməlidir. Bu, aparılmış malicəni möhkəmləndirmək üçün vacib şərtdir. Fizioterapiyanın xəstəliyinin kəskin dövrlərində istifadə olunan növləri də var. Məsələn, ültrayüksək tezlikli cərəyan bütün iltihabi xəstəliklərdə istifadə oluna bilər.

Fizioterapiyanın növləri
“Aysmed” klinikasında geniş istifadə olunan aparatlardan biri “kombayn”dır. Bu özündə lazer terapiyası, ultrasəs terapiyası, elektroterapiyanın 35 növünü və lazer terapiyasını birləşdirir. “Kombayn”dan daha çox dayaq-hərəkət sistemi və oynaq xəstəliklərində istifadə olunur. Lakin həkim göstərişi olarsa, digər patologiyalarda istifadəsi mümkündür.

Elə xəstəliklər var ki, bu zaman pasiyent özü birbaşa fizioterapiya otağına müraciət edir. Buraya qamət pozuntuları, kifoz, skolioz, yaşlı adamlarda onurğa yırtıqları, protruziyalar, osteoxondroz, daban mahmızı və s. xəstəliklər aid ola bilər.

Ultrayüksək tezlikli terapiya
Bundan başqa, klinikamızda ultrayüksək tezlikli terapiya, darsanval terapiyasından da istifadə edilir. Darsanval, adətən, saçların tökülməsində, dəri xəstəliklərində faydalıdır. Belə ki, darsanval dərinin mikrosirkulaysiyasını və qan dövranını yaxşılaşdırır. Bununla da qan dövranı çatışmazlığı ilə bağlı bütün xəstəliklər bərpa edilir. Dasrsanval, həmçinin, selikli qişa patologiyalarında da tətbiq olunur.

Maqnit terapiyası
“Aysmed” geniş istifadə edilən üsullardan biri də maqnit terapiyasıdır. Maqnit terapiyası bir çox xəstəliklərdə tətbiq olunur. Bu terapiya qanı duruldur, onun reoloji xüsusiyyətlərinə müsbət təsir göstərir, qan dövranını yaxşılaşdırır. Maqnit terapiyası, həmçinin, şəkərli diabet xəstələrində angiopatiya və neyropatiyalarda, qan dövranı pozuntularında, qara ciyər xəstəliklərində, mədəaltı vəzin patologiyalarında, beyin qan dövranı pozuntularında və s. xəstəliklərdə göstərişə uyğun istifadə edilə bilər.

Traksiya aparatı
Traksiya aparatı onurğa xəstəliklərində istifadə edilir. Bu, onurğanın mexaniki üsulla dartılmasına əsaslanır.

İnqalyasiya aparatı – bronxial xəstəliklərin, ağız və burun boşluğu xəstəliklərinin bərpasında istifadə edilir.

İşıq terapiyası
İşıq terapiyası ultrabənövşəyi şüaların (qısa dalğalı və uzun dalğalı) tətbiqinə əsaslanır. Bu terapiyada, həmçinin, infraqırmızı şüalardan istifadə olunur.

Qısa dalğalı ultrabənövşəyi şüalar burun-boğaz xəstəliklərində, uzun dalğalı ultrabənövşəyi şüalar isə daha çox dəridə D vitamini yaratmaq məqsədilə tətbiq edilir. Onun həm də ağrı götürmə xüsusiyyəti də vardır.

Fizioterapiyaya əksgöstərişlər
Fizioterapiya üçün əsas əksgöstəriş xoş və bəd xassəli şişlərdir. Lakin bəzi hallarda fizioterapiya onkoloji xəstəliklərdə belə istifadə edilir.

Bundan başqa, bəzi fizioterapiya üsullarını ayrı-ayrı xəstəliklərdə tətbiq etmək tövsiyə olunmur. Məsələn, ultarsəs terapiyasının qan azlığı və müxtəlif qan xəstəliklərində istifadəsi məsləhət deyil.

Fizioterapiyanın bəzi növləri, həmçin, müxtəlif xəstəliklərin kəskinləşməsi dövründə də istifadə edilmir.

Şəlalə Süleymanova
fizioterapevt
Top