1. Velosiped sürmək bütün bədəni, eləcə də ayaq əzələlərini çox yaxşı işlədir və gücləndirir. Eyni zamanda biləkləri də gücləndirərək, oynaq ağrılarına səbəb olan xəstəliklərin qarşısını alır.
2. Velosiped sürmək ürək sağlamlığına yaxşı təsir edir və xəstəliklərdən qoruyur.
3. Tarazlıq və müvazinət qabiliyyətlərinin inkişaf etməsinə kömək edir.
4. Axşamlar rahat yatmağa kömək edir. Yuxunu nizama salır.
5. Metabolizmi sürətləndirərək, ömrü uzadır. Məşq hərəkətləri sayəsində xərçəngin qarşısını alır.
6. Bədəninizin müqavimətini artırır.
7. Arıqlamağa və ideal çəkidə qalmağa kömək edir.
8. Qısa məsafələrdə maşın yerinə velosiped istifadə etmək havanın çirklənməsinin qarşısını alır və gedəcəyiniz yerə daha sürətli getməyinizi asanlaşdırır.
9. Velosiped ailənizlə sosiallaşmağınıza da kömək edir. Həftə sonları ailənizlə velosiped turu edərək, əylənə bilərsiniz.
10. Velosiped sürmək müsbət asılılıq yaradır. Bu, sizin üçün çox faydalı vərdiş ola bilər.
11. Diqqətinizi daha asan toplamağınıza kömək edir. Həmçinin əhval-ruhiyyənizə müsbət təsir edərək, daha xoşbəxt olmağınıza kömək edir.
12. Stressi azaldır. Pis fikirlərdən yayınmaq üçün asan bir üsuldur.
13. Velosiped sürməklə başqa idman hərəkətlərinə ehtiyac duymadan formada qala biləcəksiniz.
14. Velosiped sürmək qaçmaqdan daha asan olduğu üçün ayaqlarınızı və ayaq biləklərinizi daha az yoraraq idman etmiş olursunuz.
15. Velosipedlə bağlı fəaliyyətlərə qoşularaq yeni insanlar tanıya və sosiallaşa bilərsiniz.