İncə bel üçün üç hərəkət

İncə bel üçün üç hərəkət

İncə belli olmaq demək olar ki, çoxumuzun arzusudur. Amma bu arzunu elə arzu olaraq saxlamaq da olmaz. Bəs bunun üçün nə etmək lazımdır deyə düşünürsünüzsə, bunun cavabı məqsədə doğru düzgün idman hərəkətləri etməkdir.

1. Dairəvi ayaq hərəkətləri
 Kürəyi üstə uzanıb sağ ayağınızı qaldırın yuxarı. Sonra dizinizi qarnınıza tərəf çəkin və ayağınızı yenidən düzəldin. Elə edin ki, ayaq barmağınız tavana doğru düz olsun. Barmaqlarınızla sanki tavana yumru dairələr çəkirsiniz. Bunu 10 dəfə sağ, 10 dəfə də sol ayağınızla edirsiniz. Bu hərəkəti edərkən qarın əzələlərinizi nəzarətdə saxlamalısınız və çalışmalısınız ki, böyük dairələr əvəzinə kiçik dairələr çəkəsiniz.


2. Plank – klassik pilates hərəkətidir. Qarın və bel hissəsinin əzələləri üçün nəzərdə tutulub – Yerə diz çöküb əllərinizi çiyilərinizin altında olana qədər sürüyün. Bu zaman bədəninizin bütün ağırlığı əlləriniz və dizlərinizin üzərində olacaq. Qarnınızı içəriyə sıxaraq 5-ə qədər sayın. Bu hərəkətə push-up əlavə edə bilərsiniz. Eyni vəziyyətdə qollarınızı azca sanki qırırmış kimi edin, gövdənizi yerə xəfifcə yaxınlaşdırın və sonra əllərinizi yeri itələyirmiş kimi dirsəklərinizi düzləşdirib gövdənizi qaldırın.


3. Saw
Yerə arxası üstə uzanmadan qarın və bel hissəsindəki əzələləri gücləndirmək üçün hesablanmış idman hərəkətidir – Yerə oturub ayaqlarınızı ombanızdakı məsafədən bir az aralı şəkildə aralayın və uzadın. Sağ əliniz sol ayağınızın barmaqlarına dəyəcək şəkildə əyilin. Yenidən düz oturub eyni hərəkəti sol əliniz və sağ ayağınızla da təkrar edin.
Top