İdman zalı seçərkən nələrə diqqət etmək lazımdır?

İdman zalı seçərkən nələrə diqqət etmək lazımdır?

Yer
İdman zalı işinə və ya evinə yaxın olmasına diqqət et. Yəni idman zalı seçərkən ilk yerinə fikir ver.



Açıq olduğu saatlar
Xüsusilə həm işləyib, həm idmanla məşğul olanlar üçün zalın hansı saatlarda açıq olması önəmlidir. Saatların sənin iş qrafikinə uyğun olub-olmamasına diqqət et.

Trenerlər
İdman zalındakı trenerlərə fikir verməyi unutma. Təcrübəli və hər an əlaqə saxlaya biləcəyin trenerlər olmasına diqqət etmək lazımdır.

Alətlər
İdman alətlərinin sayı ən önəmli amillərdən biridir. Sıxlıq olduğu vaxt çox zaman keçirmək istəmirsənsə, bütün idman alətlərinin sayına diqqət etməli olacaqsan. Bundan başqa alətlərin təzə və təmiz olmasına da diqqət elə.

Ümumi təmizlik
İdman salonunun təmiz, işıqlı və havalandırıcının olmasına mütləq diqqət edin. Bu amillər idman edə bilməyin üçün çox önəmlidir.

Otaqlar
Pilates, yoqa, aerobika etmək üçün ayrıca otaqların olmasına, təmizliyinə və böyüklüyünə diqqət edin.

Ödəniş
Əlbəttə ki ən önəmli şərtlərdən biri də aylıq ödənişdir. Səbrli olmaq lazımdır. Doğru, avantajlı və büdcənə uyğun yeri tapmaq üçün araşdırma etmək lazımdır.
Top