Günümüzdə populyarlığını qoruyan klassik idman növlərindən biri kimi qılıncoynatmanı əminliklə qeyd etmək olar. Bu idman növü nədənsə məhz uşaqlar arasında məxsusi bir rəğbətə malikdir. Bəlkə də yer üzündə istər qiz, istər oğlan olsun, elə bir uşaq yoxdur ki, bir vaxt əlinə taxta çubuq alıb dostları ilə “qılınclaşmasın”.
Bu idman növü məhz uşaqlarda qəhrəmanlıq və macəra təsəvvürü yaradır. Samurayların, cəngavərlərin, hətta dəniz quldurlarının uşaqlar arasında rəğbətini məhz onların mahir qılıncoynatmaları ilə əlaqələndirmək mümkündür. Bütün bunlarla bərabər mütəxəssislər qılıncoynatma idman növünün uşaqlar üçün həm fiziki həm də əqli inkişafları üçün nə qədər faydalı olduğunu vurğulayırlar.
Qısaca olaraq qılıncoynatma idman növünün aşağıdakı faydalarını sadalamaq mümkündür:
Uşaqlarda koordinasiya, güc və iradənin əsasını qoymağa yardım olur.
Uşaqlara mühafizə olunmuş mühitdə təhlükəsiz formada hirs və qəzəbi tökməklə stresdən azad olmağa imkan yaradır.
Uşaqların strateji düşüncə tərzini və intizam vərdişlərini inkişaf etdirir. Qılıncoynatma bədəni işlətdiyi kimi beyni də işlədir. Burada fiziki və zehni fəallıq eyni vaxtda baş verir.
Uşaqların özünəinamını artırır.
Uşaqların müxtəlif növ rəqiblərlə üzləşmək imkanları şəraitində sosial dairəsinin genişlənməyinə səbəb olur.
Uşaqlarda bədənin balansını və şux qaməti formalaşdırır.
Uşaqlarda təkbaşına çətinliklərin öhdəsindən gəlmək kimi bacarığın əsasını qoymağa yardım olur.
Uşaqlarda diqqətin inkişafına və fikrin cəmlənməsinə yardım edir.
Uşaqlarda təhlükəsizlik və ədalət qaydalarına riayət etməklə yanaşı, hörmət və şərəf hislərinin aşılanmasına səbəb olur.
Uşaqlara özünü və hislərini idarə etmək bacarığının qazanılmasına, emosiyaları cilovlamağa yardımçı olur.
vib.az