Parkinson xəstələrinə müjdə! Rəqs edərək xəstəlikdən xilas ola bilərsiniz!
Parkinson nədir?
Parkinson beyində «dopamin» adını verdiyimiz maddənin əskikliyi ilə yaranan xroniki nevroloji bir xəstəlikdir. Yaşın irəliləməsiylə beyində dopamin ifraz hüceyrələrin azalması və ya ziyana uğramasıyla ortaya çıxan xəstəliyin ən müşahidə edilən əlaməti hərəkət pozulmasıdır.
Xəstəlik əllərdə və ayaqlarda titrəmə, hərəkətlərdə yavaşlama, əzələlərdə sərtlik və getmə çətinliyi ilə qarşımıza çıxır. Duruşun pozulmasına, tarazlığın itməsinə də səbəb olur.
Son illərdə bir neçə xəstəliyin müalicəsində alternativ yollar axtarılır. Alternativ tibbi yollardan əlavə, xəstəliklərə qalib gəlmək üçün müalicədə yüksək əhval-ruhiyyənin də vacib olduğunu qeyd edilir. Washington Üniversitetində aparılan araşdırmalara görö rəqs etmək xəstəliyin müalicəsində effektli rol oynayır.
Belə ki, parkinson xəstələrinə 1 il ərzində həfətədə iki dəfə tanqo dərsləri keçilib. Araşdırmanın nəticəsində isə rəqs edən xəstələrdə, etməyənlərlə müqayisədə sağalma müşahidə olunub. Rəqs tarazlığı qoruduğuna görə beynə də yardım edir.