15 dəqiqə idman etmək ömrünüzü nəçə il uzada bilər?

15 dəqiqə idman etmək ömrünüzü nəçə il uzada bilər?

Bütün günü oturanlar, işdən qayıdandan sonra yemək yeyəndən sonra hərəkətsiz qalanların nəzərinə. Gündə sadəcə 15 dəqiqə idmanla orta hesabla 3 il daha artıq yaşaya biləcəyinizi bilirsiniz? Türk mətbuatının  verdiyi məlumata görə, Tayvanda 400 min insan ilə 8 il müddətində aparılan araşdırma belə deməyə əsas verir.
Tayvan Milli Sağlamlıq Araşdırması İnstitutunun əməkdaşı Chi-Panq Venin sözlərinə görə, bir necə idman hərəkəti daha sağlam həyat tərzinə kömək edir. «Gündə sadece 15 dəqiqə idman etməklə qadın-kişi, gənc-yaşlı, siqaret çəkən və çəkməyən, hətta yüksək risk qrupunda olanların belə həyatı daha sağlam ola bilər».

Araşdırmada iştirak edən insanlar 5 qrupa ayrılıblar. Onlar heç hərəkət etməyən, çox fəal olanlar olmaqla bir necə qrupa bölünüblər. Təcrübə zamanı ən maraqlı nəticəni heç idman etməyən, sadəcə 15 dəqiqə aktiv hərəkətə vaxt ayıranlar göstəriblər. Belə hərəkətlər xərçəng riskini 10, ürək problemlərini isə 20 faiz azalda bilər. Bundan əlavə ən hərəkətli 3 qrupdakı ölümlərin səviyyəsi heç hərəkət etməyənlərlə müqayisədə 20,29 və 35 faiz daha az olub.
Top