İdmana yeni başlayanların nəzərinə

İdmana yeni başlayanların nəzərinə

İdmana yeni başlayanlarda isinmə hərəkətləri vacibdir.
Çünki, idman zamanı boyun və bel ağrıları yarana bilər. Bunu Türkiyəli mütəxəssis Dr. İbrahim Sun da bildirib.
Onun sözlərindən aydın olur ki, isinmə həkətləri pataloji xəstəliklərin, bel yırtıqlarının və ağrıların yaranmasını önləyə bilər.

Məlumata görə bel və boyun ağrısı ilə xəstəxanaya müraciət edən 10 xəstədən birində əzələ ağrısı olur. Onurğada dözmə gücü insana görə dəyişgən olduğundan, bu gücün fərqində olmadan aşılması boyun-bel nahiyəsində patoloji xəstəliklərə, bel yırtığı kimi ciddi problemlərə yol açır. Onurğaların ətrafında olan bağların cırılması isə oynaq diskini məcbur edərək yırtıqları inkişaf etdirir. Bunların olmaması üçün idmandan əvvəl mütləq isinmə hərəkətləri etmək lazımdır.

Bəzilərinin fikrincə iki cür isinmə şəkli idman zamanı edilsə yetərlidir. Birincidə, ağır idman məşqlərinə başlamazdan 1 ay sonra yüngül idman məşqləri və isinmə hərəkətləri zəruridir. İkincidə isə idmana başlamazdan 15-30 dəqiqə əvvəl isinmə hərəkətləri etmək vacibdir.
Ağrı olduqda idman edilməsi çətinləşir. Bu zaman ağrının keçəcəyini düşünmək və bədəni həddindən artıq yükləmək düzgün deyil. Həmin vəziyyət listezis, qırıqlar, bağ qopmaları, yırtıqlar və oynaq problemləri meydana gətirər. Bunun üçün ağrı yarandıqda idman məşqlərinə fasilə vermək, bədəni və əzələləri dincəltmək lazımdır.
Ağrılar narahat edici səviyyədə olduqda «neyrocərrahiyə mütəxəssisinə» müraciət etmək lazımdır.

Top