Düzgün idman edin

Düzgün idman edin

Düzdür, idman orqanizmi xəstəliklərdən qorumaqla yanaşı, sağlam saxlayır və bədən daha möhkəm və daha müqavimətli olur.
Lakin düzgün idman etmədikdə, daha doğrusu, idman edərkən qaydalara düzgün əməl etmədikdə orqanizm sağlamlıq əvəzinə xəstəlik, hətta, belə demək mümkünsə, şikəstlik tapır. Bir sözlə, idman etdikdə müəyyən qaydalara əməl etmək lazımdır. Elə isə bunun üçün nə etməlisiniz?

idman1. İdmana başlamazdan ən azı yarım saat əvvəl yemək-içməyi dayandırmalısınız. Çünki məşq əsnasında mədənin dolu olması məsləhət deyil. Əgər vaxtınız yoxdursa, aclığı aradan qaldırmaq üçün alma, banan və s. yeyə bilərsiniz.

2. Salona daxil olarkən çantanızda sizin üçün daha rahat olan idman paltarı və ayaqqabı olmalıdır.

3. İdmana makiyajsız başlayın. Çünki hərəkət edərkən bədən hərarətinin artması ilə əlaqədar makiyaj tərlə birləşərək dəriyə zərər verə, allergik dəri xəstəliklərinə, hətta qaşınmalara səbəb ola bilər.

4. Əvvəlcə, kiçik hərəkətlərlə bədənin, necə deyərlər, qızmasına nail olun. Qaçış lentinin üzərində keçirəcəyiniz bir neçə dəqiqə və ardından bir neçə aktiv hərəkət sizin üçün həyati əhəmiyyət daşıyır. Əgər bunu etməsəniz, şikəstliklər meydana çıxa bilər.

5. Məşq proqramına düzgün əməl edin. İlk həftələrdə proqram sizə çətin gəlsə də, sonradan uyğunlaşacaqsınız.

6. İdman zamanı uzun-uzadı danışıqlara yol verməyin.

7. İdman edərkən sizi müşayiət edəcək faktorlardan biri də musiqidir, yəni musiqi sədaları altında idman etmək daha yaxşı nəticə verir.

8.  İdman əsnasında su itkisinə laqeyd yanaşmayın, əks halda əzələlərinizdə spazma (yəni yığılma) meydana gələcək.

9. Bir də ki, “idman edirəm” deyə çox yemək də ziyandır. Yaxşı olar ki, gündəlik kalori ehtiyacınıza görə qidalanasınız.

Top