Üzgüçülük

Üzgüçülük

Üzgüçülük, beynəlxalq standartlarda ölçüsü olan (50 metr, 8 cığır) hovuzlarda bədənin kulac və ayaq hərəkətlərindən başqa bir kömək almadan, hər yarışçının öz cığırında, sərbəst, arxa üstə, kəpənək və qurbağa stillərinin hər birində və ya dördü birdən qarışıq olaraq, 50, 100, 200, 400, 800, 1500 metrlərdə fərdi və ya qrup olaraq etdikləri yarışmaya deyilir.

Üzgüçülüyün tarixi

Köhnə Yunan və Roma sivilizasiyalarında üzgüçülük, əsgəri təhsillə birlikdə təməl təhsilin əhəmiyyətli bir parçası olaraq görülməkdə idi. Qədim Yunanıstanda zaman zaman üzgüçülük yarışmaları təşkil etmişlər; Romalılar , hamamlardan ayrı olaraq üzmə hovuzları etdirmişlər. Yaponiyada isə məktəblərdə üzmə təhsilini məcburi edən imperatorluq fərmanı nəşr etmişdir.

İlk açıq hava hovuzunun 1828-də Liverpulda edilməsindən bir müddət sonra ilk beynəlxalq üzmə yarışları 1837-də Londonda, və ardından 1846-da Avstraliyada təşkil edilmişdir. 1875-də İngilis Metyu Vebe (Mathew Webbe), Manş dənizini qurbağalama texnikasıyla üzərək keçdi. Bu inkişaflar paralelində, 1882-dən sonra müxtəlif Avropa ölkələrində də üzmə federasiyaları qurulmağa başlandı. 1896-da qurulan London Metropolitan Üzmə Klubu, daha sonra Həvəskar Üzmə Birliyinə çevrildi. ABŞda üzmənin təşkilatlı bir idmana çevrilməsi, 1888-də Həvəskar İdman Birliyinin (AAU) qurulması sayəsində reallaşdı. 1896-da müasir Olimpiya oyunlarının təkrar başladılması ilə, təşkil edilən ilk olimpiadalarda üzmə yarışlarına da yer verildi. Əvvəllər yalnız kişilərin qatıldığı yarışmalara, 1912-də ilk dəfə qadın üzgüçülər də qatıldı. 1900-cu ildə kürək üstü stili və daha sonra 1908-ci ildə isə qurbağalamayı olimpiadalara əlavə etmişlər. Kəpənək isə olimpiadalara ən son əlavə olunan üzmə stilidir. Bütün dünyada təşkilatlı bir idman olaraq məşhurluq qazanması və olimpiada proqramına alınması ilə birlikdə, bu idman budağı üçün beynəlxalq bir federasiya qurulması lazımlılığı ortaya çıxdı. Beləcə 1909-da Londonda Beynəlxalq Həvəskar Üzmə Federasiyası FINA (Federation İnternationale de Natation Amateur) quruldu. FINAnın qurulmasından əvvəl olimpiadalarda iştirak edən üzmə yarışları idman olmaqdan çox uzaq idi. 200 m maneəli üzmə yarışları, bir dirəyə dırmaşmağı və bir neçə qayığın üstündən keçdikdən sonra, bu qayıqların altlarından üzərək keçməyi ehtiva edirdi. Digər yarışlar isə, su altında ən uzun məsafə üzmə, 4000 m üzmə kimi yarışdılar.

FINAin qurulmasıyla birlikdə, bu növdən yarışlar qaldırılaraq, yarışlarda FINA müdiriyyəti əsas alındı. Bu müdiriyyətdə yarış məsafələrinin metr cinsindən ölçülməsinə qərar verilərək yarışma stilləri də sərbəst , arxa üstə, qurbağalama və kəpənək olaraq təyin olundu. Sinxron üzgüçülük , digər adıyla su baleti 1800-cü illərin sonlarında ortaya çıxmış olmasına baxmayaraq, uzun illər sirk və yarmarkalarda, göstərilər şəklində davam etdirildi. 1952-də FINA tərəfindən tanınaraq, eyni il Helsinki Olimpiadalarında "nümayiş idmanı" olaraq iştirak etdi. 1973-də İlk dəfə Sinxron Üzgüçülük Dünya Çempiyonatı edildi və 1984-də də olimpiada proqramına daxil edildi.

Üzgüçülük stilləri

* Sərbəst stil üzmə
* Qurbağalama üzmə
* Kəpənəkləmə üzmə
* Arxa üstə üzmə
* Qarışıq üzmə

 

Top