“La Satmpa” qəzeti xəbər verir ki, Avstraliyada Queensland (Kuinslend) Universitetində aparılan bir tədqiqatda, masa arxasında çalışanların qısa müddətli fasilələr zamanı az da olsa hərəkət etməsinin, ürək sağlamlığı baxımından faydalı olduğu müəyyənləşib. Mütəxəssislərə görə, bu fasilələr zamanı hərəkət etmək ateroskleroz və şəkər kimi xəstəliklərdən də qorunmağa kömək edir. itv.az-ın məlumatına görə, tədqiqat nəticəsində iş yerində ara-sıra ayağa qalxaraq, hərəkət etməyi vərdiş halına salanların, heç hərəkət etməyənlərə nisbətən bellərinin daha incə olduğu da müşahidə edilib.
“Sağlamlıq üçün daha çox hərəkət edin” çağırışını səsləndirən mütəxəssislərin masa arxasında çalışanlara etdiyi digər məsləhətlər aşağıdakı kimidir:
- Əgər bir iş yoldaşınızla söhbət etməlisinizsə, telefonla əlaqə saxlamaq yerinə, durub yanına gedin.
- Hər mərtəbədə ictimai xidmət sahəsi varsa da, digər mərtəbələrdəkindən istifadə etməyə çalışın.
- Liftdən yox, pilləkanlardan istifadə edin.
- Telefonla danışmağınız mütləqdirsə, ayaq üstə danışın.
Əslində çox kiçik görünən bu məsləhətlərə əməl etməklə sağlamığınızı qoruyacağınıza əmin ola bilərsiniz.