İngiltərə də edilən bir araşdırmada, nizamlı qaçışın bədənə xeyirli olduğu qədər yaddaşı da gücləndirdiyi ortaya çıxdı.
İngilis qəzetlərindəki xəbərə görə, Cambridge Universitetində edilən araşdırmada, qaçış məşqinin beyində yaddaşa dəstək verən bölgədə yeni hüceyrələrin çoxalmasını təmin etdiyi təyin olundu.
Aerobik məşqin, "nevrogenesis" olaraq bilinən boz maddənin böyüməsini niyə azaltdığının bilinmədiyini ifadə edən tədqiqatçılar, bunun məşqlə ortaya çıxan yüksək qan təzyiqi və ya yüksək hormon səviyyəsinə bağlı ola biləcəyini vurğuladılar.
İngilis alimləri, araşdırmalarında, həmişə qaçan və qaçmayan iki ayrı siçan qrupunu araşdırdılar. Bir neçə gün sonra hər iki qrupu da kompüter ekranında bir çox yaddaş testindən keçirən tədqiqatçılar, hərəkətsiz qrupun yaddaş testində ən pis nəticələri aldılar.
Elm adamlarının siçanlardan götürdükləri beyin toxumaları, qaçan siçanların təcrübə əsnasında beyinlərində yeni boz maddə miqdarının artdığını göstərdi.
Təcrübə əsnasında gündə orta hesabla 24 kilometr qaçan siçanların beynində 6 minə qədər yeni hüceyrə meydana gəldiyi məlum oldu.