Cərrahin telefonu zəng çaldı.
— Bəli, eşidirəm.
— Cənab Həkim, ağır xəstə var, tez özünüzü çatdırın.…
— Gəlirəm deyib Həkim tələsik yola düşdü.
Həkimi xəstəxanada xəstənin atası qınaqla qarşıladı :
— Mənim oğlum ölüm ayağındadır, nə üçün gecikirsiniz? Öz oğlunuz olsaydı belə edərdinizmi ?
Cərrah gülümsədi:
— Mənə xəbər çatan kimi tələsik gelmişem. Bir də unutmayın ki, həyat və ölüm Allahın əlindədir.
Cərrah əməliyyat otağına daxil oldu. Əməliyyat 2 saat çəkdi. Cərrah otaqdan çıxıb dəhlizdəki atanın yanından sakitcə ötüb keçdi. Ardınca köməkçi həkim çıxdı. Ataya «Oğlunuz yaşayacaq» dedi.
Ata bir an sevindi, sonra yenə qəzəblənib dedi:
— Cərrah çox pis adamdır. Nə olardı ki, çıxanda mənə xoş xəbər versəydi.
Köməkçi həkim cavab verdi :
— Cərrah çox gözəl insandır. Onun oğlu avtomobil qəzasında dünyasını dəyişib. Biz onu dəfn mərasimindən cağırdıq. Oğlunun dəfn mərasimi başa çatmamış sizin oğlunuzu xilas etmək üçün xəstəxanaya gəlmişdi...