2020-ci il bəzi bürclər üçün xüsusilə düşərli olacaq. Münəccimlərin proqnozlarına görə,
2020-ci il ərzində Buğa, Şir, Əkizlər və Oxatan bürcləri həyatın bütün sahələrində şanslı olacaqlar.
Buğa
Rusiyalı astroloqlar Buğa bürcünün nümayəndələrini 2020-ci ilin ən şanslı insanları adlandırıb. Ənənəvi olaraq praqmatik və ehtiyatlı Buğa bürcləri Kainatdan öz faydalarını alacaq. Hər işdə şanslı olacaqlar. Ən başlıcası, Buğa bürcləri maliyyə və biznes sahələrində uğur qazanacaq. Gələn il bu zodiak işarəsinin nümayəndələri öz bilik və bacarıqlarını göstərə biləcək.
Əkizlər
Münəccimlərin sözlərinə görə, 2020-ci il Əkizlər bürcü üçün də parlaq və bir o qədər əlamətdar hadisələlərlə yadda qalacaq. Bürcün nümayəndələri ən mürəkkəb problemləri də tez və səmərəli həll edə biləcək. Əkizlər çox səyahət etməli olacaq. Fərqli insanlarla görüşmək fürsəti əldə edəcək. Bəziləri üçün onlar himayədar, digərləri üçün köməkçi və yoldaş olacaqlar.
Uğur şəxsi həyatında Əkizlərə gülümsəyəcək. İlin ikinci yarısında bürcün nümayəndələri yeganə məhəbbətiylə qarşılaşmaq şansı qazanacaq.
Peşə baxımdan Əkizlər həmişə lazım olduğu yerdə olacaq. Siçan ilindəki bütün böyük layihələr Əkizlərə aid olacaq. Ancaq ulduzlar istirahətin vacibliyi barədə xəbərdarlıq edir. Əks təqdirdə, çox məşğul həyat Əkizlərin həyat enerjisinin tükənməsinə səbəb ola bilər. İş və istirahət qaydalarına riayət etməlisiniz.
Şir
Siçan ilində Şir bürcünün nümayəndələri də həyatlarının bir çox mərhələsində yığılan bütün mürəkkəb problemləri həll edə biləcəklər. Şir bürclərinə bu asan başa gəlməsə də, onlar üçün mümkün olmayacaq heç nə yoxdur. 2020-ci ildə Şirlər öz bilikləri ilə hər kəsi heyrətləndirməyə və təəccübləndirməyə davam edəcək.
Onların intellektual qabiliyyətlərini göstərmək şansı artacaq. Birdən-birə Şir bürclərində ədəbiyyata maraq yaranacaq. Bu, onların işlərində kömək edəcək ağıllı və savadlı insanlarla ünsiyyət qurmağa imkan verəcək. Həyatda yaxşı yoldaş olacaqlar.
Oxatan
Oxatan bürcünün nümayəndələri çox çalışacaq və pul qazanacaq. Peşəkar fəaliyyət baxımından 2020-ci ildə onlara çatan az olacaq. Daha sərfəli və özünü daha rahat hiss etdiyi yerdə işləyə biləcəklər. Hələ kifayət qədər təcrübəli olmayan Oxatanlara peşə bacarıqlarını artırmaq məsləhət görülür. Artıq ilin ikinci yarısında həyatlarının yeni mərhələsinə çatacaqlar.
Mənbə: mövqe.az