Tanışlıq gününün falı

Tanışlıq gününün falı

Həftənin hansı günündə tanış olmağınız sonrakı münasibətlərin səviyyəsini və keyfiyyətini müəyyən edir. Buyurun baxın, görün ki, ahəngdarlığınız, uyarlığınız necədir?..

Bazar ertəsi -Ay günü

Əgər ilk tanışlıq bazar ertəsi baş tutubsa, ruhən yaxınlığın yaranacağına tam əmin ola bilərsiz. Həyati dəyərlər, maraqlar üst-üstə düşəcək, mənəvi uyarlıq təmin ediləcək.
Bu adamlar imkanı daxilində bir-birinə dayaq duracaqlar. Məişət işlərində əl-ələ verib çalışacaqlar. Məqsədə çatmaq üçün hər iki tərəf ən xırda detalları da müzakirə edib öz öhdələrinə düşən yükü məmnuniyyətlə çəkəcəklər.
Kənardan bu münasibətlər başqalarının həsədinə tuş gələcək. Belə təəssürat yaranacaq ki, münasibətlər uzunömürlüdür. Onlar bilməlidir ki, əldə etdikləri uğurlarla qətiyyən kifayətlənmək olmaz.
Münasibətlərin inkişaf etməsi və uzunömürlü olmasından ötrü onlar bir-birinə yeni-yeni təəssüratlar bəxş etməlidirlər. Biri digərindən heç nəyi gizləməməlidir. Əksinə, ürəyini açıb şübhələrini onunla bölüşməlidir. Onların həyəcan və sevincləri bir yerdə olmalıdır.

Çərşənbə axşamı — Mərrix günü

Tanışlığın çərşənbə axşamı baş verməsi onu göstərir ki, Mərrix səyyarəsi nəyi varsa, fədakarlıq və səxavətlə sizə bəxş edəcək. Onun nəyi var? — sualına cavabda deyə bilərik: «təşəbbüs, özünə inam, qətiyyət, işgüzarlıq, ciddi-cəhd, tükənməz enerji!» Bu azdır məgər?!
Yeni tanış olduğunuz adam ünsiyyətlər boyu sizi əmək və sevgi cəbhəsində qəhrəmanlığa səsləyəcək, özünü qiymətləndirmə meyarlarınızın səviyyəsini qaldıracaq, təzə başladığınız işlərdə köməkçiniz olacaq.
Çərşənbə axşamı tanış olanlarda əks bir keyfiyyət də müşahidə olunmaqdadır. Bu ünsiyyətlərdə həddən artıq qətiyyət, tələbkarlıq, ürəyə toxunan söz söyləmək, qıcıqlandıran hərəkət etmək halları da olur.
Hiss eləmək o qədər də çətin deyil ki, sizi iradələrinə tabe etməyə çalışırlar. Sizi kiçiltmək istəməklə imkanlarınızdan öz xeyirlərinə yararlanacaqlar. Bütün bu yaramazlıqları görüb hərif yerində qalmayacaq, açıq fəaliyyətə başlayacaqsız. Bu halda münasibətlərin süqutu qaçılmazdır. Çərşənbə axşamı tanış olanlar çox tez dalaşmağa, hətta bir-birinə təhqiramiz söz deməyə belə, cəsarət edirlər. Onları tənqid edəndə bir ehtiyatsız söz işlətmək barıt çəlləyinə od vurmağa bənzəyir. Gözlənilən qorxu baş veribsə, belə vəziyyətdə nə etməli? Onda, ümumi maraq kəsb edən bir işdən yapışmaq lazımdır. Məsələn, birgə biznes, teatr tamaşaları qoymaq, müştərək nəsə yazmaq, çəkmək, nə bilim, lap birgə kələm yetişdirmək… Bu işlərin hamısı işə yarayır.
Həmfikir olmasanız da, yeni işlər sizi birləşdirər.

Çərşənbə — Ütarid günü

Ütarid səyyarəsi Günəşə ən yaxın kiçik, yüngül, cəld hərəkətdə olan planetdir. Bu gün uğur qazanmaq üçün hər bir imkan var.
Çərşənbə günü tanış olanlar zirək, ürəyiaçıq, zarafatcıl və yumoru anlayanlardır. İlk baxışdan qaradinməz görünsələr də, söhbətə ayaq qoyan kimi vaxtın necə keçdiyini heç biriniz hiss etməyəcəksiniz. Necə deyərlər. xoşbəxtlər saata baxmır. Bir-birinizə o qədər təzə xəbərlər söyləyəcəksiz ki, lap bu informasiya dəryasında batmaq olar. Eşitdikləriniz mütləq nə vaxtsa karınıza gələcək.
Yeni tanışınız sizi bədbinliyə qapılmaqdan xilas edəcək. Öhdəsindən gəlmədiyiniz işlərdə yardımçınız olacaq.
Əgər araya münaqişə düşsə, bu adamlar birdəfəlik hərə bir yerə çıxıb gedəcək, ayrılacaqlar. Onları daha heç kim və heç nə birləşdirə bilməz.

Cümə axşamı — Müştəri günü

həftənin günləri

Bu gün tanış olanlar bir-birinə gərəkli adamlardır. Müştəri səyyarəsi fəaliyyət dairəsini genişləndirməyə xidmət edir. Qarşınızda geniş üfüqlər açılacaq, xoşbəxt sonluqla bitən əməllərə rəvac verəcəksiz.
Daha yüksək mövqeyə çatmağa uğurlu cəhdlər edəcəksiz. Sizin tanışınız haminizə çevriləcək. İşgüzar iş adamı kimi o, həmişə yanınızda olacaq.
Geniş, əhatəli biliyi olan bir adam kimi ondan çox şey öyrənəcəksiz. Dünyagörüşünüzü təkmilləşdirmək yönündən onun zəhmətləri çox olacaq.
Kiçicik uyğunsuzluqlar böyük diqqət ayrılsa, araya nıübahisə və münaqişələr düşə bilər. Bu vaxt bir-birinə qarşılıqlı ittihamlar və anlaşılmazlıq yönündən yanaşacaqsız.
Ünsiyyətləri, xeyirli münasibətləri qorumaq üçün. əlaqələri uzunmuddətli etməkdən ötrü yaranmış anlaşılmazlığın yerindəcə həllinə çalışmaq lazımdır. Nə qədər açıq danışılsa, bir o qədər səmimi münasibət möhkəm olar.

Cümə — Zöhrə günü

Cümə günü tanış olan adamların ünsiyyətləri arzuolunandır. Zöhrə səyyarəsi həm də həzlərə, ləzzətlərə cavabdehdir. Bu ünsiyyətlər hər vaxt, hər yerdə xoşdur, fərəhəfzadır. Tanışlar bir-birinin tələbatını ödəyə bilir, həyatlarını uğurlu, zəngin etməyi bacarırlar.
İstəklərini təmin etmək bu adamlar üçün ən vacib şərtdir. Maddi durumu yaxşılaşdırmaq üçün ən münasib variantı axtarıb tapmaq da onların missiyasına daxildir.
Ünsiyyətlər təmiz əsasda gözəldir. Burada bir-birindən bəhrələnmək məsələsini ortaya qoymaq düzgün deyil. Əgər kimsə inam və etibardan möhtəkirliklə istifadə etsə, yoldaşına xeyir vermək istəməzsə, xidmətində durmağa ərinərsə, bu halda münasibətlər qəlizləşər və tezliklə pozular.
Münasibətləri uzun müddət qorumaq üçün fədakarlıqla və səxavətlə ünsiyyət saxlamaq lazımdır.

Şənbə — Zühəl günü

Bu gün tanış olan adamların ünsiyyətləri bir-birinə əksdir. Zühəl səyyarəsi vəzifəcə böyüməyə xüsusi diqqəti və himayəsi olandır. Ona görə də, tanışlar bir-birindən bəhrələnmək məqsədini güdürlər. Onların öz hisslərinə meydan verməyə nə həvəsləri var, nə də vaxtları. Az vaxt ərzində bir-birindən böyük mənfəət qazanmaq istəyirlər.
Onlar bir-birinə ona görə kömək edirlər ki, öz mənhus planlarını həyata keçirə bilsinlər. Hiss-həyəcanlarından çox, cari və perspektiv işlər haqqında danışmağı xoşlayırlar. Vəzifə borcunu yerinə yetirmək və işdə irəliləmək üçün bu adamlar bir-birinə lazımdır.
Qara rəngli Zühəl səyyarəsi «bədlik gətirir» — deyirlər, hər iki tərəf iddialı olduğundan, tez-tez bir-birinə qarşılıqlı ittihamda bulunurlar.
Əgər onlardan biri güzəştə getməsə, xırda incikliyin üstündən keçməsə, münaqişələr qaçılmazdır. Başqasının çatışmayan cəhətlərinə qarşı dözümlü olsalar, ünsiyyətlərin ömrünü uzadarlar.
Bu gün tanış olanların dözümünü elə bil ki, imtahana, sınağa çəkirlər. Zühəl həm də tale səyyarəsi olduğu üçün, çox vaxt şənbə günü tanış olanlar ömüıiük ünsiyyət qura bilirlər. Bu adamların təvəllüdü də şənbə gününə düşərsə, münasibətlərin ömrü uzun ola bilir.

Bazar – Günəş günü

Günəş də Mərrix kimi od səyyarəsi olduğu üçün, bu gün tanış olanlar ilhamlı, enerji ilə dolu olur. Onlardan biri digərini bilvasitə və ya bilavasitə ilhamlı yaradıcılığa səsləyəcək. Yoldaşının imkan və qabiliyyətlərini aşkara çıxarıb genişləndirmək üçün onlar sinov gedirlər. Siz də ona borclu qalmayacaqsız. Ona ruh verib gücünü çoxaltmaqla, özünüz də rahatlanacaqsız.
Əgər pafoslu danışsaq, biriniz o biriniz üçün sıcaq günəş olub hərarət və şəfəqlərinizlə onun istedad və qabiliyyətlərinə istilik və işıq salacaqsız.
Yaradıcılıq mübahisələri böyüyüb anlaşılmazlığa və münaqişəyə də çevrilə bilər. Tənqidə dözümsüzlük bu gündə tanış olanlar üçün xarakterik cəhətdir. Bacardıqca tərif və komplimentlərdən çox istifadə etsəniz yaxşıdır. Tərifli söz sevgi qapılarının kilidinə düşən açardır. Qapının dalında qalmaq istəmirsizsə, açarınızı çıxarıb içəri daxil olun və açarınızı heç vaxt itirməyin.

Mənbə filologiya elmləri namizədi,münəccim Firudin Əliağa oğlu Qurbansoyun  SEVGİLİNİ TANIYIRSANMI? kitabından

Top