Druid qoroskopu - Fındıq ağacı

Druid qoroskopu - Fındıq ağacı

Fındıq Ağacı (22.03-31.03; 24.09-03.10)

 
Onlar, adətən kölgədə qalan və özünə heç bir diqqəti cəlb etməyi bacarmayan insanlardı. Görünüşləri cəlbedici deyil, səsləri sakitdir. Onları ancaq çox yaxından tanıyan və xarakterlərini gözəl bilən insanlar onları cəlbedici hesab eyləyə bilərlər. Çox danışmağı sevmirlər və söhbətlərdə az iştirak edirlər, lakin bunlara baxmayaraq ətrafdakı hadisələrə özlərinə uyğun məntiqi yanaşmaları var. Bəzən hadisədə başqalarının görmədiklərini daha yaxşı görürlər.

Gənc yaşlarında həddən artıq özlərinə qapalı olsalar da, daha sonralar özlərində inanılmaz dəyişiklik edirlər. Yaşa dolduqca olduqca hiyləgər manipulyatora çevrilirlər. Belə ki, olduqca diqqətli olan insanlar belə onların hiylələrinin üstünü aça bilmirlər. Bu insanlar arasında olduqca müdrik və həddindən artıq xeyirxah insanlara tez-tez rastlansa da, olduqca qəddarlarına da rast gəlinir. Onlar ürəyləri istəyir deyə birinin həyatını alt-üst etməyə belə qadirdirlər. Bu insanlar əsəblərini qətiyyən cilovlamır, ən xırda kaprizlərinin belə yerinə yetməsini istəyirlər.

 Əgər birini sevərsə onun xoşbəxt olması üçün əlindən gələni edəcəkdir. Lakin, sevgisi keçərsə keçmiş sevgilisi onun 1 nömrəli düşməninə çevriləcək və indiyə kimi onun üçün nə edibsə onun əvəzinə artıqlığı ilə ondan çıxacaq. Onun dünyası stabil deyil, hər dəfəsində o sizə xarakterinin yeni yönlərini göstərəcək. Xoşbəxt və ya bədbəxt olmaları üçün onlara başqası lazım deyil, çünkü emosiyalarını özü yaradır, bəzən onların idarəsini itirsə belə.

 Özü haqqında mif yaratmağı sevir. Bəzən dediyi yalanların içində özü də çaşıb qalır. Öz fikirlərini heç kəsə güvənmir, lakin başqalarının fikirlərini rahatlıqla oxuyur və bundan istifadə edir. Başqalarını sevindirmək üçün çalışmır, ola bilsin ki, öz sevincinə kiminsə şərik olmasına icazə versin. Lakin bu da onun tez-tez dəyişən əhvalı səbəbiylə çətindir. Onun yanında sakitlik yoxdur, amma darıxdırıcı da olmayacaq.

 Onlar lazımi qədər ağıllıdırlar və tez öyrənirlər, lakin onların başlıca gücləri intuisiyalarıdır. Düzdür, onda insanlara qarşı xeyirxahlıq və sevgi hissinin çatışmazlığı var. Əgər bu hissləri özündə aşılaya bilsə, nəinki mənəvi rahatlıq, həm də şöhrət və başqalarının hörmətini qazanacaqdır.

Tərcümə etdi: Raksana Rəsulzadə
Top