Druid qoroskopunda bürclər yerinə insanlar ağaclarla xarakterizə olunur. Bu ağaclar 22 ədəddir — Alma, Küknar, Qarağac, Sərv, Qovaq, Kartas, Şam, Söyüd, Cökə, Fındıq, Quşarmudu, Ağcaqayın, Qoz, Jasmin, Şabalıd, Göyrüş, Vələs, Əncir, Palıd, Tozağacı, Zeytun, Fıstıq.
Cökə ağacı (11.03-20.03; 13.09-22.09)
Cökə ağacının insanları mehriban və xoşagəlimli olurlar. Özləri də bunun fərqindədirlər. İnsanların diqqətini cəlb etməyi və onlarda yaxşı təəssurat oyatmağı bacarırlar. Başqalarının psixologiyasını gözəl anlasalar da, özlərini qətiyyən anlamırlar.
Asan və gözəl həyat axtarışında olurlar. Lakin onu əldə etsələr də özlərini xoşbəxt hiss etmirlər. Buna özləri də təəccüb edirlər. Zamanla bir çox şəraitə uyğunlaşa bilirlər, Lakin sonda anlayırlar ki, ancaq sevdikləri insanların qeydinə qalmaları və onların rahatlığı cökələri xoşbəxt edə bilər.
Çox danışan deyillər, tez utanırlar və adətən səbəbsiz yerə narahatçılıq keçirirlər. Arzularından asanlıqla vaz keçirlər, ümumiyyətlə onlar nadir hallarda bir şeylə ciddi maraqlanırlar. Maneələrlə rastlaşdıqda onları dəf etməyə çalışmırlar, sadəcə yollarını dəyişirlər və sonda hara getdiklərini də tamamilə unudurlar.
Bütün həyatları boyu özləri ilə kədər və bitkinlik hissini daşıyırlar. Lakin onlara yazığınız gəlməsin, onlar nələrisə dəyişməyə belə çalışmırlar. O cümlədən cökələrin hissləri nə qədər dərin olsa da tez-tez dəyişir. Kədərli olan cökə bir saat sonra tamamilə sevincli ola bilər. Onları anlamaq çətindi, buna baxmayaraq insanlarda xoş hisslər yaradırlar. Yaxşı dinləyicidi və insanlarda psixoloji rahatlıq hissi yaradır.
Onlar heç vaxt lider olmurlar. Başqalarına əmr verməkdənsə, öz daxili səslərini dinləməyi sevirlər. Başqalarını özünə tabe etməkdənsə, onların diqqətini cəlb etməyi, əmr etməkdənsə dost olmağı daha üstün tuturlar. Onlara tam güvənmək olmasa da, onlarla ünsiyyətdə olmaq insanlara xoş təsir bağışlayır.
Xırda problemləri maraqlı metod və yollarla həll etməyi sevirlər. Və bu sahədə başqalarını dinləməyi xoşlamırlar.
Sevdiyi insana bir az da valideyinsayağı duyğular hiss etsələr sevgidə xoşbəxt olarlar. Çünki bu zaman seçdiyi insana qarşı cavabdehlik hissi yaranır, bu zaman da özünü daha önəmli bir şəxs kimi hiss edər. Tək problem odur ki, sevdiyi insanı yersiz yerə qısqanır və həddindən artıq şübhəcil yanaşır.
Tərcümə etdi: Raksana Rəsulzadə