Druid qoroskopu | Şam ağacı

Druid qoroskopu | Şam ağacı

Druid qoroskopunda bürclər yerinə insanlar ağaclarla xarakterizə olunur. Bu ağaclar 22 ədəddir — Alma, Küknar, Qarağac, Sərv, Qovaq, Kartas, Şam, Söyüd, Cökə, Fındıq, Quşarmudu, Ağcaqayın, Qoz, Jasmin, Şabalıd, Göyrüş, Vələs, Əncir, Palıd, Tozağacı, Zeytun, Fıstıq.

Şam Ağacı (19.02-28.02; 24.08-02.09)

Gözəl və ya çirkin, sağlam və ya xəstə, fərqi yoxdur.Bu insanlar hər zaman göz önündə olurlar. O çox həyatsevərdir və rahatlığı yaradacaq xırdalıqlara fikir verəndir. Gözəl şeyləri sevir və ətrafını onlarla bəzəyir. Yalnız çox nadir insanlara bunları görmələrinə icazə verir. 

 Şam ağacı insanları xarakterlərinin bütövlüyü, qarşısına düzgün məqsədlər qoymaları və bu məqsədlərdən ən azı bir neçəsinə nail olmaq üçün lazımi inada malik olmaları ilə fərqlənirlər. Çox erkən yaşlarda onlar artıq qarşılarına məqsəd qoyur və ona nail olmaq üçün lazımi bilikləri mənimsəməyə çalışırlar. Vaxtlarını boş yerə xərcləməyi sevmirlər. Çox iti ağıla və güclü yaddaşa malik olmalarına baxmayaraq onlar çox az şeylə maraqlanır və və başqa sahələrlə bağlı az məlumatlıdırlar. Lakin, əgər siz onun maraqlandığı sahəylə bağlı ona sual versəniz onun bu barədə biliyinin dərinliyinə heyran qalacaqsınız.

 Bu cür seçicilik onun həyatının hər sahəsinə aiddir. Az dostu olsa da, onlar parlaq və qeyri-adi insanlardır. Emosional asılılığı azdır, lakin bağlılıqları möhkəm və dərindir. Həyaında xoş hadisələr az olsa da daha yadda qalandır, ani deyil və onu daha çox xoşbəxt edir.

 İşini Talenin öhdəsinə buraxmır. Yalnız öz gücünə arxalandığı üçün heç kimdən kömək gözləmir və çox vaxt özü başqalarının köməyinə qalxır. Başladıqları bütün işlərdə daimi və inadkardı. Onu heç kim bu yoldan döndərə bilməz. Səhvlərində ehtiyyatlıdı, bəzən çıxılmaz görsənən bir vəziyyətdən asanlıqla çıxa bilir.

 Əliaçıq sayılmırlar. Onlar üçün əsas olan onların işlərinin düz getməsidi. Bir insana olduqca bağlı olsalar da onları üçün pullarından və sakitliklərindən heç vaxt keçməzlər.

 Aşiq olduqları zaman onlar inanılmaz dərəcədə dəyişirlər. Tamamilə hisslərə qapılır və ağıllı davranmaı unudurlar. Sevdikləri insanla olmaq üçün pula-vara baxmırlar. Təəssüf ki, bu hiss çox uzun çəkmir. Geri dönüb baxdıqda o vaxtları xəfif bir kədərlə xatırlayırlar. Onlar hisslərlə yaşamaqdansa məntiqlə yaşamağı daha üstün tuturlar. Çox qəribədir ki, Şam ağacı qadınları bu ünsürün kişilərindən fərqli olaraq evliliklərində daha çox xoşbəxt olurlar.

 Tərcümə etdi :Raksana Rəsulzadə 
Top