Qovaq Ağacı (04.02-08.02; 05.08-13.08)
Qovaq ağacı altında dünyaya gələnlər uşaq yaşlarından öz gözəllikləri və düzgün bədən quruluşları ilə diqqət çəkirlər. Uşaqlıqda şirinliyi ilə, yeniyetməlik dövründə düzgün bədən quruluşu və cazibəsi ilə, gənclik dövründə isə parlaq gözəllikləri ilə öz yaşıdlarından daima fərqlənirlər. İllər keçdikcə onlar gözəlliklərini itirəcəklərindən çox qorxurlar. Bu da səbəbsiz deyil, çünki öz qorxuları ilə onlar özlərini və ətrafındakıları son həddə çatdırır, özünə qapanır, bununla da dostlarını və sevdiklərini itirməyə başlayırlar. Yenidən şən olmaları üçün onlara yaxşı məsləhət, sevgi və sevdikləri insanlar lazımdır.
Onlar ətrafındakı insanların onu xarici gözəlliyinə görə yox, daxilində necə biri olduğunu bildiklərinə görə sevdiyini anlayanda rahatlayacaq və yenidən xoşbəxt olacaqlar. Bununla da yeni görkəmlərini sevəcəklər.
Başqalarının fikrindən asılı olaraq yaşamasalar da, bəzən təsir altına düşür və başqalarının məsləhətlərinə qulaq asırlar. Lakin bu məsləhətlər çox vaxt onları xeyrə aparmır. Buna görə də dost seçməyi və ətrafına düzgün insanlar toplamağı yaxşı bacarmalıdır. Çünki pis insanların energetikasına tez düşür və zəifləyir.
Bu insanlar yaşacaqları yeri də düzgün seçməlidirlər. Çünki ətraf mühit onların sağlamlığına və əhval ruhiyyəsinə çox təsir edir. Hər hansı bir dəyişiklik onu depressiyaya uğrata bilər və o, heç özü də bu depressiyanın səbəbini tapa bilmir.
Təəccüblüsü odur ki, emosional cəhətdən tez təsir altına düşmələrinə baxmayaraq bu insanlar öz soyuqqanlığı,sərtliyi və inadkarlıqları ilə seçilirlər. Çətin problemlərin öhdəsindən gəlmələrinə onlara cəsarətləri və qürurları kömək edir. Onlar gələcəkləri üçün narahat olurlar və problemlərini həll etmək üçün güclərini düzgün hesablayırlar.
Evliliklərində nadir hallarda xoşbəxt olurlar. Sevgiləri bitdikdə onun yerini özünəqapanma və pis ironiya tutur. Dünyada elə bir insan yoxdur ki, Qovaqlar onda məyus olmasınlar. O, ömrü boyunca ya əlçatmaz bir ideal dalınca gedir, ya da seçdiyi insanın qüsurları ilə barışmalı olur və səhv seçim etdiyinə görə ancaq özünü günahkar hesab edir.
Yaşa dolduqca iti ağılları zəifləmir. Buna görə də yaşlı olduqları halda böyük nailiyyətlər əldə edə bilirlər. Bir şərtlə ki, emosiyalarını boğa bilsələr. Bu zaman artıq həqiqi müstəqilliklərini qazanırlar, hansını ki, şüuraltı olaraq ömürləri boyu arzulayırdılar. Və nəhayət xoşbəxt ola bilirlər.
Tərcümə etdi: Raksana Rəsulzadə