Druid qoroskopu | Qarağac

Druid qoroskopu | Qarağac

Druid qoroskopunda bürclər yerinə insanlar ağaclarla xarakterizə olunur. Bu ağaclar 22 ədəddir — Alma, Küknar, Qarağac, Sərv, Qovaq, Kartas, Şam, Söyüd, Cökə, Fındıq, Quşarmudu, Ağcaqayın, Qoz, Jasmin, Şabalıd, Göyrüş, Vələs, Əncir, Palıd, Tozağacı, Zeytun, Fıstıq.

  Qarağac (12.01-24.01; 15.07-25.07)

 
Həm xarici görünüşcə, həm də xasiyyətcə nəsib bir insandır. Bədən quruluşları böyük, gözəl və harmoniyalıdı. Bu insanlar diqqət çəkməyə çalışmışmırlar, onsuz da yaraşıqlı olduqları üçün onlara dönüb-dönüb baxırlar. Bağlılıqlarında daimidirlər, bu insanlarla yanaşı əşyalara da aiddir. Uşaqlıqda bir şeylə ciddi maraqlandıqda onu sonrakı illərdə də davam etdirir və ömürlərini o işə həsr edirlər. 

 Qarağac insanları həyatlarını çətinləşdirməyi sevmirlər, əvvəlcədən qarşılarına məqsəd qoyur və daha azla yetinirlər. Həyatda kiçik şeylərlə də sevinə bilirlər və başqalarından pis yaşamaları onları qətiyyən narahat etmir. Azla qane olan insanlardırlar. Həyatın narahatçılığı ona toxunmur, daima səbirli və sakitdir. Adətən özünün və başqalarının əxlaqi problemləri onu maraqlandırmır. Hər zaman insanların xeyirxahlığına və yaxşılığına inanır,heç bir şey onu bu fikirdən daşındıra bilməz.

 Onlar açıq fikirli və əliaçıq insanlardır. Hər zaman yaxınlarına kömək etmək istəyərlər, lakin buna çox vaxt imkanları çatmaz. Öz uğursuzluqlarını çətin keçirirlər, adətən dərdlərini unutmaq üçün içkiyə baş vururlar, bu isə onların sağlamlıqlarına öz mənfi təsirini göstərir. Çox vaxt özlərini başqalarından ötrü cavabdeh sayarlar və güclərini onların qeydinə qalmaq üçün israf edərlər, halbuki o insanların onlara qətiyyən ehtiyyacı yoxdur.

 Təbiətcə sakit olmalarına baxmayaraq güclü hisslərə qadirdirlər.Sevməyi bacarır, eqoizmdən uzaqdırlar və seçdiyi insana hər zaman sadiqdirlər. Evliliklərində sevgiləri qarşılıqlıdırsa hər zaman xoşbəxtdirlər. Hadisələri bütün reallıqları ilə qəbul edir və özünü illüziyalarla aldatmır, onun hər atdığı addım qabaqcadan hesablansa da heç kimsəyə süni görsənmir. İnsana elə gəlir ki, Qarağac insanlarının həyatlarında hər şey öz-özünə həll olunub davam edir. Lakin bu belə deyil. Onlar heç kimə və heç nəyə tabe olmurlar, hətta talelərinə belə. Yumor hissləri və yumşaq optimizmləri onlara çətinliklər qarşısında sakitliklərini qoruyub saxlamağa kömək edir,hansı ki, onların qismətinə həyatı boyunca o qədər də çox düşmür.

 Bu insanlar çox müstəqildirlər, hansı həyatı yaşayacaqlarına və hansı seçimlər edəcəyinə yalnız özləri qərar verirlər. Bəzən elə hərəkət edirlər ki, bu hərəkətlərini nə digər insanlar, nə də qanun yaxşı qarşılamır. Lakin bilərəkdən heç kəsə zərər yetirmirlər.

 Tərcümə etdi  : Raksana Rəsulzadə
Top