Druid qoroskopunda bürclər yerinə insanlar ağaclarla xarakterizə olunur. Bu ağaclar 22 ədəddir — Alma, Küknar, Qarağac, Sərv, Qovaq, Kartas, Şam, Söyüd, Cökə, Fındıq, Quşarmudu, Ağcaqayın, Qoz, Jasmin, Şabalıd, Göyrüş, Vələs, Əncir, Palıd, Tozağacı, Zeytun, Fıstıq.
ALMA AĞACI (25.06-04.07; 23.12-01.01)
Hündür boylu və möhkəm bədən quruluşuna malikdirlər. Onlar hissiyyatlı və sentimental olurlar. Həyatda onları daha çox maraqlandıran sevgi və evlilikdir. Həyatda hər anı yaşamağı sevirlər, başqalarının nə düşündüyü onları narahat etmir.
Bu ağac altında doğulanlar ətrafa sevgi saçarkən qarşılığında da sevgi gözləyirlər. Lakin həyatda çox az xoşbəxt ola bilirlər. Həyatlarında sevgi çox böyük yer tutduğuna görə xoşbəxt və ya bədbəxt olması sevdiyi insandan asılı ola bilər.
Sevgidə bu insanlar qarşı tərəfə qarşı dürüst olsalar da, özlərini aldadırlar. Bu da çox vaxt sevmədiyi halda bir insanı sevdiyinə özü özünü inandırmasından irəli gəlir. Lakin ailəsi çox az hallarda dağılır, çünki çox vaxt həyat yoldaşının müsbət tərəflərini görməyə başlayır və ona həqiqətən aşiq ola bilir.
Onlar çox xeyirxahdırlar. Həm mənəvi və həm də maddi cəhətdən sevdiyi insanların qeydinə qalmağı sevirlər, lakin bu zaman öz sabahkı günlərini tamamilə unudurlar və düşünürlər ki, bütün problemlər zamanla öz-özünə həll olunacaq. Lakin pulları bittikdə həyat sevinci də ölməyə başlayır. Buna baxmayaraq borc içində yaşasalar da öyrəşdikləri həyatdan əl çəkmir və pulu necə gəldi xərcləyirlər.
Ağıllı insan olsalar da bunu gözə soxmağa çalışmırlar. Onları yaxından tanısanız onların dünyagörüşlərinə, savadlarına heyran qalacaqsınız. Onların çox gözəl yaddaşları var. Buna görə də bir şeyi öyrənməyə başladıqda o sahədə çox tez ixtisaslaşırlar. Lakin bu insanlarda sistemli çalışma deyil. Onlar hər hansı professorun nəzarəti altında oxumağa və diplom qazanmağa cəhd göstərmirlər. Tək başlarına öyrənmək onlara daha rahatdı.
Dinə qarşı az meyllidirlər. Bu insanlar praktikdirlər, bu günün uğuru və sevinci ilə yaşayırlar,sabah nə olacağı onları az maraqlandırır.Onlar daima rəngarəng həyat axtarışındadırlar, sakit həyat onlara sıxıcı gəlir.
Tərcümə etdi: Raksana Rəsulzadə