-kişi YANVARDA dünyaya gəlibsə, son dərəcə sadəlövh və tez inanandır, buna görə də həyatda başına bir çox bəlalar gəlir. Gənclikdə uğursuzluqlarla qarşılaşır. Yalnız yetkin yaşında özünü düzəldir. Çılğın təbiətlidir, lakin yaxşı ailə sahibi olmağa qabildir.
-kişi FEVRALDA dünyaya gəlibsə, çox sağlamdır, qumarbazdır, qadınların dalına düşməyi xoşlayır, müxtəlif macəralara can atır, lakin həmişə sudan quru çıxır.
— kişi MARTDA dünyaya gəlibsə, üzüyola və sakitdir, əyləncələri yalnız sağlamlıq xatirinə seçir. Ailəsində həmişə əmin-amanlıq olur. 25 yasına yaxın ehtiyatlı olmalıdır, çünki ona bədbəxtlik üz verə bilər və bu bədbəxtlik dostlarının yanında onu hörmətdən salar.
-kişi APRELDƏ dünyaya gəlibsə, pul düşkünüdür, hirslidir, kinlidir, qəddardır. İşdə bəxti gətirir, dərin düşünən deyil.
-kişi MAYDA dünyaya gəlibsə, çox vaxt nəcib keyfiyyətlərə malik olur. Paxıllığını çəkənlər çoxdur. Yaxşı ər olacaqdır. Məhəbbətdə və dostluqda vəfalıdır.
-kişi İYUNDA dünyaya gəlibsə, əyləncələrə meyl etsə də, yalnız arvadını sevəcəkdir. İşdə bəxti gətirmir. Əlinə çoxlu pul gəlsə də, o qədər də davam gətirmir. Dost seçməkdə ehtiyatlı olmalıdır.
-kişi İYULDA dünyaya gəlibsə, onu aldadan qadını sevir. Bu qadının təqsirindən keçir. Sonra alicənablığına görə tale ona yeni uğurlu məhəbbət bəxş edir. Cəmiyyətdə sevilir və hörmətlə qarşılanır.
— kişi AVQUSTDA dünyaya gəlibsə, mənsəbpərəst və davakardır. Arvadını ehtirasla sevəcəkdir. Lakin məhəbbəti cavabsız qalacaqdır. O qədər ağıllıdır ki, böyük diqqət və nəzakət göstərəcək, nəticədə əziz və sevimli olacaqdır.
-kişi SENTYABRDA dünyaya gəlibsə, sizə evlənməyi təklif etdikdə, onun səmimiliyinə inanın. Sizi böyük səadətə çatdıracaq, bunun müqabilində özü də səadətə çatacaqdır.
-kişi OKTYABRDA dünyaya gəlibsə, çox vaxt hərdəmxəyal olur, inanmazdan əvvəl onu sınamaq lazımdır. Yer dəyişməyə meyli güclüdür, yalnız qocaldıqda avaralıqdan əl çəkir.
-kişi NOYABRDA dünyaya gəlibsə, vəfasızdır, şirin dil töküb yoldan çıxarandır. Noyabrda anadan olmuş kişilərin vədlərinə inanmayın. Onlar sizi aldadacaqlar, özü də dəfələrlə.
-kişi DEKABRDA dünyaya gəlibsə çılğın məhəbbətlə sevəndir, gah vəfalıdır, gah dönük, gah səmimidir. Gah fitnəkar, gah üzüyoladır, gah tərs. Məhəbbətindən peşmançılıq çəkəcək və hər halda əla ər olacaqdır.