Təvəllüd günü və münasibətlər

Təvəllüd günü və münasibətlər

1. Qadın bazar günü doğulub, kişi isə...
a) bazar günü — Ünsiyyətlər güc üzərində qurulur. Əgər müştərək iş üzərində, məsələn, uşaq tərbiyəsində də əl-ələ verə bilmirlərsə, onda nüfuz üstündə dava-dalaş gedir.
b) bazar ertəsi — Qadın rəhbər olacaq. Əgər öz hökmranlığı ilə kişini əzməsə, onlar ümumi ahəngdarlığa düşə bilər, çünki biri digərini tamamlayır. Kişi bundan bezər, əgər xanım diqqətlisə, bunun qarşısını təriflərlə alsın.
c) çərşənbə axşamı — Qadın qətiyyətlidir və əri üçün yol açır. Kişi də öz zəkası, dünya görüşü ilə münasibətləri zənginləşdirir. Bunların dünya görüşü genişdir, hər şeylə maraqlanır, təkcə ailə dairəsində sıxılıb qalırlar.
ç) çərşənbə günü — Zirəkliklə qadın müxtəlif layihələrdə iştirak edir, kişi isə sabitliyi, sakitliyi xoşlayır. Bu münasibətlər daha çox həmkarına hesablanır, vəzifə borclarını ödəməkçün yaxşıdır, nəinki eşq, sevgi sahəsində.
d) cümə axşamı — Onların ümumi cəhətləri çoxdur: simic deyillər, özlərini ifadə edə bilirlər, ünsiyyətə can atırlar. Əgər qadın bir qədər ağıllısa, dili itisə, diplomatiyadan başı çıxırsa, onda ünsiyyətlər ahəngdar alınacaq.
e) cümə günü — Qadın ərinin zərifliyindən, söz anlama qabiliyyətindən vəcdə gələcək, sevinəcək ki, belə bir kişiylə ailə qurub. Kişi də xanımını düzgün qərar qəbul etdiyinə görə bəyənəcək. Münasibətlər çox arzuolunandır.
ə) şənbə günü — Xanım evdə oturub qalmaq istəmir, kişi isə ailə ocağı yandırmaq üçün xəlq olunub. Onlar bir-birini tamamlayır. Bu ailədə məhəbbətdən çox dostluq münasibətləri üstünlük təşkil edir. Ailə uzunömürlüdür.

2. Kişi bazar günü doğulub, qadın isə...

a) bazar ertəsi — Kişi qadınının himayəçisi rolunda çıxış edir. Qısqanc olduğu üçün xanımın azadlığını məhdudlaşdıracaq. Hissetmə qabiliyyəti iti olduğu üçün onu yaxşı başa düşür, analıq qabiliyyətlərini göstərir. Hər kəs öz işini görsə, heç bir problem çıxmaz.
b) çərşənbə axşamı — Belə azadlıqsevər xanımla əsl kişinin problemləri mümkündür. Əgər xüsusiyyətlərini qiymətləndirməyi bacarsa, kişini qadın böyük hörmətlə qiymətləndirəcək. Əgər arada anlaşılmazlıq olarsa, hər kəs öz yoluyla çıxıb gedəcək.
c) çərşənbə günü — Qərar qəbul edərkən qadın üstünlüyü kişiyə verir. Kişi də ailədaxili məişət problemlərini həll edərkən xanımın rəyini üstün tutur. Bu münasibətlər axıradək davam edə bilər, əgər arada «mənəmlik» olmazsa...
ç) cümə axşamı — Xanım ərinə böyük fərəh hissilə baxır. Onu həmişə ucaldır. Bu da kişiyə böyük zövq verir. Ailə uzunmüddətli xoşbəxt yaşaya bilər. Əgər uşaqlar da varsa, bu arzusu qorunan ailədir.
d) cümə günü — Bu çox cəlbedici, gözəl rabitədir. Hər cür hissi ahəngdarlıq var. Ər-arvad münasibətlərdə bir-birini gözəl tamamlayır.
e) şənbə günü — Qadının narahatlığını aradan qaldırmağı bacaran, rahatlıq şəraiti yaratmağa qadir kişiyə qarşı münasibətdə o da özünü yaxşı aparır, inkişaf etməsi üçün şərait yaradır.

3. Qadın bazar ertəsi günü dünyaya gəlib, kişi isə...

a) çərşənbə axşamı — Elə bir münasibətlərdir ki, qadın öz zərifliyi və məhəbbəti, kişi isə gücü, ruhlandırma nailiyyətilə ünsiyyəti zənginləşdiriıiər. Onlar şəxsi həyatlarında xoşbəxtdirlər, dünya ilə də sıx təmasdadırlar;
b) çərşənbə günü — Qadın kişinin sədaqətinə və namuslu olduğuna inanır. Onlar bir-birini başa düşür və qiymətləndirir. Kişi istəyir ki, onu uşaq kimi əzizləsinlər, qadın isə bunu məmnuniyyətlə edəcək.
c) cümə axşamı — Bir-birini sevirlər. Maliyyə və iş yoldaşlığı sahəsində əvəzedilməz rabitədir. Mənzil rahatlığı, maliyyə imkanlarının genişliyi, cəmiyyətdə normal mövqe bu ailə üçün böyük əhəmiyyətə malikdir.
ç) cümə günü — Kişi gözəlliyi hiss edən, dəlicəsinə, tez-tez vurulandır. Bu münasibətlərdə o vaxt xoşbəxtlik ola bilər ki, qadın ağıllı tərpənsin, öz cilvə, məlahət və zəkası ilə kişini özünə bənd etsin.
d) şənbə günü — Kişi əsl məhəbbətlə sevməyi bacarsa da onun məhəbbət etiraflarından yapışıb qalmaq olmaz. Qadına sevgini sübut etmək vacibdir. Əgər kişi ailə rabitəsini hər şeydən üstün tutsa, münasibət uzunömürlüdür.

4. Kişi bazar ertəsi günü dünyaya gəlib, qadın isə...

a) bazar ertəsi — Onlar birgə həyat üçün dünyaya gəliblər. Bir-birindən yorulmurlar, qoşa olanda darıxmırlar. Amma bir çətinlik üz verən zaman bir-birinə dayaq ola bilmir, qahmar çıxıb dayaq durmağı bacarmırlar.
a) çərşənbə axşamı — Kişi sabitqədəm deyil, ola bilsin ki, ömrünü düz yaşamır, özünü boş yerə xərcləyir. Özünə qapılandır, çətinliklə xanımı tutub yanında saxlaya bilər. Bir-birinə xəyanət edəndirlər, ailə qısaömürlüdür.
b) çərşənbə — Bir-birini çətin başa düşürlər. Kənardan baxan da baş çıxarmaz ki, hansı haqlıdır. Kişi qapalıdır, sirrini vermir, qadınsa tam əksidir. Sevgidə o qədər isti olmasalar da, ailə uğurlu alma bilir.
c) cümə axşamı — Kişi dəlicəsinə vurulub, ancaq dalğaların onu başqa sahilə atmayacağından da əmin deyil. Belə ailə şəraitində qadın da özü üçün başqa məşğuliyyət tapmaq fikrinə düşə bilər.
ç) cümə — Onlar incəsənətin müxtəlif sahələri barədə teatr, kino, musiqi haqqında söhbət və fikir mübadiləsini çox sevirlər. Düşünürlər ki, istəkli adamla qazmada da xoşbəxt olmaq mümkündür. Bu çox möhkəm ailə və sevgi əlaqələridir.
d) şənbə — qadın ailə mühərrikidir, onu hərəkətə və ilhama gətirir. Qadının arxasıyca qədəmbəqədəm düşür. Sevgi və iş sahəsində bu rabitə arzuolunandır.

5. Qadın çərşənbə axşamı günü dünyaya gəlib, kişi isə...

a) çərşənbə axşamı — Onlar hər sahədə: sevgi, dostluq, yaxud iş olsun, dəxli yoxdur, bir yerdə olacaqlar, onlardan biri mənəmlik edib «azadlıq» axtardıqda isə, hərə başqa səmtə yönələcək.
b) çərşənbə — Əgər kişi qadının yolu üstündəki çətinlikləri aradan qaldırmazsa, ona hökm etməyə icazə verməzsə, qadının sədaqətilə üzləşəcək. Bu qadın rəhbərlik edəndə ədəbli və vəfalı olur.
c) cümə axşamı — Sevgidə artan maraqları var, onlara təkmilləşmə vacibdir. Qadın öz öhdəsinə zəka ilə bağlı sahəni, kişi isə maddi təminatı götürəcək.
ç) cümə — Bu rabitədə kişi zərif və tənbəldir. Qadın rəhbərliyi ələ alacaq, bəlkə də kişi elə bunun arzusundadır, nə bilmək olar?
d) şənbə — Qadın özünü göstərmək istəyir, kişi isə daxilinə qapanıb dünyanı görmür, fikirli gəzir. Əgər xanım kişini torbasının içindən çıxara bilsə uzun müddət bir yerdə qalacaqlar, yoxsa hərə öz yoluyla gedəcək.

6. Kişi çərşənbə axşamı günü dünyaya gəlib, qadın isə...

a) çərşənbə — O planlar qurmaqda mahirdir, düşünüləni həyata keçirmək arzusundadır. O, düzgün yoldadır, münasibətləri arzuolunandır.
b) cümə axşamı — Dost-tanışların bu rabitədə xidməti böyükdür. Ailəyə başqaları da lazımdır ki, uzun müddət bir yerdə qala bilsinlər.
c) cümə — Kişinin sayəsində ailə hər gün öz münasibətlərini təkmilləşdirir. Qadın təkbaşına iş görmək istəmədiyi üçün onun problemi yüngülləşir. Bir-birini gözəl şəkildə tamamlayırlar.
ç) şənbə — Hər ikisinin zəkası itidir. Sevgi münasibətlərində kişi durub gözləməlidir ki, qadın öz hissini nümayiş etdirəcək. Əgər qadın sevirsə, bunu deməsə də olar.

7. Kişi çərşənbə günü doğulub, qadın isə...

a) çərşənbə — Onların sevgi münasibətləri sadə və uzunmüddətlidir. Gərək arada mənəmlik söhbəti olmasın. Sevgini qorumaq üçün güzəştə getmək vacib şərtdir.
b) cümə axşamı — Kişi ruhi rahatlıq axtarır. Qadın dəhşət tələbkardır, burada güzəştə yer yoxdur. Əgər məhəbbət böyükdürsə, bir-birinə güzəşt varsa, ailə də alınar.
c) cümə — Mənzil, ailə, uşaq onların ailə münasibətlərinin əsasını təşkil edir. Bu əsasda uzunömürlü ailə yaranır.
ç) şənbə — Onları sevgi ünsiyyətləri bir-birinə bağlayır. Qadın məsuliyyət hisslərini onunla bölüşəcək, kişi isə öz böyük məhəbbətini xanımına bağışlayacaq.

8. Kişi cümə axşamı günü dünyaya gəlib, qadın isə...

a) çərşənbə — Qadın sadə və səmimi hisslərlə yaşayır. Kişidə isə birbaşa, böyük hisslər lazımdır, onların həyat prinsipləri çox vaxt eyni olmur.
b) cümə axşamı — Onlar bir-birini uzaqdan tanıyırlar.
Təkcə maddiyyat yönümündən yanaşılsa, ailə uzunömürlü olmaz.
c) cümə — Qadınının hamisi və qoruyucusudur. Onun civəsi qarşısında acizdir. Əgər qadın özünü atılmış, kişi isə əli-ayağı bağlı hesab etməsələr ailə xoşbəxtliyi var.
ç) şənbə — Əgər ailədə qarşılıqlı etibar varsa, kamilləşiblərsə, biri digərinin müsbət tərəflərini təyin edə bilər. Əgər bir-birini qiymətləndirməsələr, onda çətinlik çəkəcəklər.

9. Qadın cümə axşamı doğulub, kişi isə...

a) cümə — Kişi öz hörmətini artırmaq üçün qadınının azadlığını yığsa, hər şey yaxşı olacaq. Yoxsa hərə özünə başqasını tapacaq.
b) şənbə — Hər şey mümkündür, onlar bir-birini yaxşı başa düşəcək, güzəştə gedəcək. Darıxacaqlarını görməyəndə həyat onlar üçün bir yerdə olanda gözəldir.

10. Qadın cümə günü doğulub, kişi isə...

a) cümə — Onları bədii təxəyyül birləşdirir. Hər ikisi yaradıcı adamdır, istedadlıdır. Hər biri öz ömrünü sevgisiz təsəvvür etmir. Qarşıya çıxan problemlərinin həllini isə, arzu edirlər ki, başqa kimsə öhdəsinə götürsün.
b) şənbə — Bu ailənin xoşbəxt olması üçün qadın heç düşüncələrində də xəyanət barədə fikirləşməməlidir. Kişi bunu qəbul edə bilməz.

11. Kişi cümə günü doğulub, qadın isə...

a) şənbə — Kişi bilir ki, sevgi münasibətlərində qadına arxayın olmaq olar. Bütün hakimiyyəti xanıma təslim edir, əslində heç özünün hökmü də yoxdur. Belə rabitədə hər ikisi xoşbəxtdir.

12. Kişi və qadın şənbə günü dünyaya gəliblər...

Ruhi və birgə iş yönümündən bir-birini qiymətləndirirlər, sevgi sahəsində isə onların hərarəti azdır.

Mənbə filologiya elmləri namizədi,münəccim Firudin Əliağa oğlu Qurbansoyun  SEVGİLİNİ TANIYIRSANMI? kitabından

Top