Yapon ulduz falı

Yapon ulduz falı

Yaponiyada və digər Şərq ölkələrində qəbul edilmiş təqvimə əsasən 12 illik tsikl daxilində hər bir il müəyyən heyvan işarəsi altında keçir. Müəyyən ildə dünyaya gəlmiş Adam bir sıra fitri xassələr kəsb edir və taleyi bu xassələrdən asılı olur. 
Hər bir bölmədə xarakteristikanın sonunda adamların üç qrupu (heyvan adları altında) sadalanmışdır: a) o adamlar ki, dost və ya ömür-gün yoldaşı kimi sizə tamamilə münasibdirlər; b) o adamlar ki, az çox münasibdirlər; v) adamlar ki, əsla münasib deyillər, qətiyyən yaramırlar və hətta sizə bədbəxtlik gətirə bilərlər

MEYMUN

XORUZ

İT

QABAN

SİÇAN

ÖKÜZ

1920

1921

1922

1923

1924

1925

1932

1933

1934

1935

1936

1937

1944

1945

1946

1947

1948

1949

1956

1957

1958

1959

1960

1961

1968

1969

1970

1971

1972

1973

1980

1981

1982

1983

1984

1985

1992

1993

1994

1995

1996

1997

PƏLƏNG

DOVŞAN

ƏJDAHA

İLAN

AT

QOYUN

1926

1927

1928

1929

1930

1931

1938

1939

1940

1941

1942

1943

1950

1951

1952

1953

1954

1955

1962

1963

1964

1965

1966

1967

1974

1975

1976

1977

1978

1979

1986

1987

1988

1989

1990

1991

1998

1999

2000

2001

2002

2003


MEYMUN İLİ. Bunlar ən etirabsız və ziddiyyətli adamlardır. Ağıllı, çevik, zirək və orijinaldırlar, ən mürəkkəb problemləri asanlıqla həll edirlər. Demək olar elə bir fəaliyyət meydanı yoxdur ki, orada əl-qol aça bilməsinlər. Lakin onları işlərindən ayırmaq və fikirlərindən daşındırmaq asandır. Onlar hər işi elə bu dəqiqə görmək istəyirlər. Ən yüngül bir maneə qanlarını qaraldıb planlarını poza bilər. Bir çoxları öz qətiyyətsizliyi ilə fərqlənir. Onlar temperamentli və öz bildiyini edən, tez qızışan, lakin yola gələn adamlardırlar. Qərar qəbul etməyi bacarırlar, sağlam düşüncəyə malikdirlər. Maneçilik olmadıqda bir çoxları şöhrət qazana bilərlər.

 

a) ƏJDAHA, SİÇAN.
b) DOVŞAN, QOYUN, İT, MEYMUN.
v) İLAN, QABAN, PƏLƏNG.

XORUZ İLİ. Dərin düşüncəli mütəfəkkirlər və istedadlı şəxsiyyətlərdir. Əməksevərdirlər, öz işlərinə sadiqdirlər, hətta qüvvələrindən xaric olan hər hansı bir vəzifəni də yerinə yetirməyə çalışırlar və baş tutmadıqda çox kədərlənirlər. Bəzən qəribəlikləri də olur, birdən-birə təmas yarada bilmirlər. Özlərini həmişə haqlı hesab edirlər və bəzən doğrudan da haqlı olurlar. Çox zaman tənha və qapalıdırlar. Qətiyyətli adam təsiri bağışlaya bilsələr də təbiətcə cəsarətsizdirlər. Qurduqları planlar heç vaxt həyata keçmir, hisslərində kəskin eniş-yoxuşlar olur. Həyatda zaman-zaman gah uğurlar qazanır, gah da uğursuzluqlara məruz qalırlar. Xudpəsənd ola bilərlər, lakin həddən artıq açıqürəklidirlər, çılğın və cəsur hərəkətlərə qabildirlər. Həmişə maraqlıdırlar.
a) ÖKÜZ, İLAN, ƏJDAHA
b) SİÇAN, XORUZ, İT, DOVŞAN.
v) PƏLƏNG, AT, MEYMUN, QOYUN, QABAN.

İT İLİ. Bu adamlar ən yaxşı insani keyfiyyətlərə malikdirlər - sədaqətli, səmimi, vicdanlıdırlar, sirr saxlaya bildiklərinə görə etimad qazanırlar. Lakin bir qədər xudpəsənddirlər, qəribədirlər və ağlasığmaz dərəcədə tərsdirlər. Var-dövlətə çatmağa can atmırlar, lakin həmişə əllərində pul olur. Emosional cəhətdən soyuq və quru ola bilərlər. Çox şeyə tənqidi yanaşırlar, dilləri acıdır. Nə uğrunda mübarizə apardıqlarını bilir və həmişə ədalətin tərəfində dururlar. İşi axıra çatdırır və adətən qalib gəlirlər. Onların sırasından gözəl rəhbərlər yetişir.
a) AT, PƏLƏNG, DOVŞAN.
b) SİÇAN, İLAN, MEYMUN, İT, QABAN.
v) ƏJDAHA, QOYUN.

QABAN İLİ. Bu adamlar öz cəsurluğu və özünü qurban vermək qabiliyyəti ilə seçilirlər. Hansı işdən yapışırlarsa, o işi var qüvvə ilə görürlər. Yalnız düz yolu qəbul edir, geri çəkilmək nədir bilmirlər. Olduqca saf, təmiz və mərddirlər. Çətin ünsiyyət tapırlar, Iakin barmaqla sayılacaq dostlarına ömürlərinin axırınadək sadiqdirlər, dostlarını fəlakətdə qoymurlar. Az danışırlar, lakin hər şeyə böyük maraq göstərirlər. Çox oxuyurlar, yaxşı məlumata malikdirlər. Bəzən tez qızışırlar, savaşmağı və söz güləşdirməyi isə xoşlamırlar. Sevdikləri və tanıdıqları adamlara mehriban və diqqətlidirlər, hərçənd ailə işləri həmişə rəvan getmir. Bütün münaqişələri ləğv etməyə və uzun sürən incikliklərə yol verməməyə çalışırlar. Qarşılarına necə mürəkkəb problemlər çıxırsa çıxsın, bir anlıq həvəsin təsiri altında hərəkət etsələr də, heç bir zaman soyuyub əl-qollarını yanlarına salmırlar.

a) DOVŞAN, QOYUN
b) SİÇAN, PƏLƏNG, ÖKÜZ, ƏJDAHA, XORUZ, İT, QABAN
v) İLAN

SİÇAN İLİ. Bu işarə altında dünyaya gələn adamlar məlahətli və cazibəlidirlər, məqsədə çatmağa can atırlar, əməksevərdirlər, var-dövlət qazanmağa çalışırlar. Qənaətcildirlər, pulu qənaətlə xərcləməyi xoşlayırlar. Yalnız məhəbbətin gücündən qənaətcilliyi unuda bilirlər. Sevdikləri adama səxavətlidirlər. Onlarda xırdaçılıq dərəcəsinə çatan səliqə var. Çox şeydə məntiqsizdirlər. Şöhrətpərəstdirlər. Adətən müvəffəqiyyət qazanır və istədiklərinə nail olurlar. Zahiri soyuqqanlılığı qoruyub saxlamağı bacarmırlar, tez hiddətlənirlər. Adətən təmiz və açıqürəklidirlər, lakin bir çoxu hərdən qeybət qırmağı da xoşlayır.

a) ƏJDAHA, MEYMUN, ÖKÜZ
b) İLAN, PƏLƏNG, İT, QABAN, SİÇAN
v) AT

ÖKÜZ İLİ. Bu adamlar səbirli, azdanışandırlar, onlara etibar etmək olar. Bəzən qəribəlikləri də ola bilər. Özlərindən tez çıxdıqları hallar da baş verir. Bu məqamlarda ehtiyatlı olmaq lazımdır. Öküzün qəzəbi hüdud bilmir. Adətən az danışan olsalar da, sevgililəri ilə danışdıqda bəlağətli olurlar. Gözəl əqli və fiziki keyfiyyətlərə malikdirlər. Həlim adamlar kimi tanınırlar, lakin tez-tez tərslikləri tutur - ziddiyyətləri xoşlamırlar. Bəziləri məhəbbətə idman kimi baxırlar ki, bu da yaxınlıq etdikləri adamlarla anlaşılmazlıqlara gətirib çıxarır.
a) İLAN, XORUZ, SİÇAN
b) ƏJDAHA, DOVŞAN, MEYMUN, QABAN, ÖKÜZ
v) QOYUN

PƏLƏNG İLİ. Bu işarə altında dünyaya gələn adamlar həssasdırlar, düşüncələrə dalmağa, mühakimələr yeritməyə meyl edirlər, lakin əsəbi olurlar. Adətən hörmət qazanırlar, lakin tez-tez yaşlılarla və rəislərlə münaqişəyə girirlər. Çox vaxt tələm-tələsik qərarlar qəbul edir və ya düzgün qərarlara çox gec gəlirlər. Bütövlükdə mərd və güclü adamlardır və bir qayda olaraq layiqincə qiymətləndirilirlər.

a) AT, ƏJDAHA, İT
b) SİÇAN, ÖKÜZ, DOVŞAN, PƏLƏNG, QOYUN, XORUZ, QABAN
v) İLAN, MEYMUN

DOVŞAN İLİ. Parlaq fərdi keyfiyyətlərə malikdir, istedadlı və şöhrətpərəstdir. Xeyirxah və təmkinlidir, incə zövqü ilə fərqlənir. Hamını heyran qoyur və hamının etimadını qazanır. Maddi vəziyyəti yaxşı olur. Bu adamlar bəzən qeybət qırmağı xoşlayırlar, lakin nəzakətlidirlər. hirsli deyillər. Sevdikləri adamlarla incə rəftar edirlər, lakin yaxın qohumları ilə çox nadir hallarda sıx əlaqə saxlayırlar. Demək olar heç vaxt qızışıb özlərindən çıxmırlar, gözəl işgüzar keyfiyyətlərə malikdirlər. Vicdanlı və sözübütövdürlər, lakin bəzən xırdaçı və vasvası olur, bəzən qəmginləşirlər. Əla oyunçu ola bilərlər, lakin mühafizəkar və ehtiyatlı olduqlarına görə nadir hallarda oynayırlar.
a) QOYUN, QABAN, İT
b) SİÇAN, DOVŞAN, ƏJDAHA
v) XORUZ

ƏJDAHA İLİ. Bu işarə altında dünyaya gələn adamlar gözəl sağlamlığa malikdirlər, çevik və diribaşdırlar, asanlıqla həyəcana gəlirlər, bəzən tərs və tünd olurlar. Təmiz, emosional və qətiyyətlidirlər, onlara bel bağlamaq olar. Müstəqildirlər. Açıq danışırlar və rəyləri həmişə əsaslandırılmış olur. Qabiliyyətlidirlər, borc almağı və nitq söyləməyi xoşlamırlar. Ürəyiyumşaqlığa meyl edirlər. Tez-tez başqalarının onlara üstün gəlməsinə yol verirlər, yalnız qısa bir müddət üçün. Səhvlərini tez düzəldirlər. İlk gənclik çağında evlənir və ərə gedirlər, yaxud ümumiyyətlə ərə getmir və evlənmirlər. Ətrafdakıların məhəbbətini qazanırlar.
a) SİÇAN, İLAN, MEYMUN, XORUZ
b) PƏLƏNG, AT, QOYUN, QABAN, ƏJDAHA
v) İT

İLAN İLİ. Mürəkkəb adamlardır, anadangəlmə müdrikdirlər. Qaradinməzdirlər. İşləri həmişə rəvan gedir, lakin çox vaxt xəsislik edirlər. Bəzən xudpəsənd və şöhrətpərəstdirlər. Lakin bəxti o qədər də gətirməyən həmkarlarına fəal kömək edə bilərlər. Çox zaman başqalarının fikirlərinə inanmamaqda, ancaq özlərinə güvənməkdə həddi aşırlar. Qətiyyətlidirlər, məqsədə çatmağa var qüvvə ilə can atırlar, uğursuzluqlardan çox məyus olurlar. Zahirən sakit olsalar da, əslində ehtiraslıdırlar. Adətən özlərinin daxili və xarici cazibəsi ilə fərqlənirlər ki, bu da yelbeyinlik üzündən ailədə gərginliyə səbəb olur.

a) ÖKÜZ, XORUZ
b) SİÇAN, DOVŞAN, ƏJDAHA, İLAN, AT QOYUN
v) PƏLƏNG, QABAN

AT İLİ. Çox məşhur adamlardır. Şən xasiyyətləri vardır. Pul xərcləməyi bacarırlar. Ağıllı və fəhmlidirlər, lakin bəzən həddən çox danışırlar. İstedadlıdırlar, işləri rəvan gedir, şıq geyinməklə və ya sərbəst davranmaqla diqqəti cəlb edirlər. Qürrəli, öz qədrini biləndirlər, (kişilər) qadınlara laqeyd deyillər. Hissiyyatlarına toxunulduqda hər şeyi unutmağa qabildirlər. Özlərinə aid nə varsa hamısında, xidməti vəzifələrdən başqa, qüvvələrini və ehtiraslarını əsirgəmirlər. Əyləncələri və böyük məclisləri xoşlayırlar, hadisələrin mərkəzində olmağı sevirlər. Çox müstəqildirlər, məsləhətlərə nadir hallarda qulaq asır və öz bildikləri kimi hərəkət edirlər.

a) PƏLƏNG, İT, QOYUN
b) ƏJDAHA, İLAN, MEYMUN, XORUZ, QABAN
v) SİÇAN

QOYUN İLİ. Bu işarə altında dünyaya gələn adamlar incəsənət sahəsində istedada malikdirlər. İlk baxışda belə görünür ki, onların bütün işləri başqalarınkına nisbətən uğurlu olur. Lakin onlar tez-tez həyat qarşısında aciz qalırlar, çünki utancaqdırlar, bədbinliyə meyl edirlər, qətiyyətsizdirlər, müstəqil qərar qəbul etməkdə çətinlik çəkirlər. Adətən dindardırlar. Onların sırasından nadir hallarda rəhbərlər yetişir. Bəlağətli deyillər, lakin öz əqidələrini müdafiə edir və işlərini sevirlər. Adətən kifayət qədər pulları olur, pulla bağlı rahatlığı yüksək qiymətləndirirlər. Düşüncəli, yumşaq və xeyirxahdırlar. İncə zövqə malikdirlər.
a) DOVŞAN, QABAN, AT
b) PƏLƏNG, ƏJDAHA, İLAN, QOYUN
v) ÖKÜZ, İT

Top