Əyləşdirməni nəzərdə tutan qəbulların təşkili zamanı qonağın dəvəti qəbul edə bilib-bilməyəcəyini əvvəlcədən öyrənmək lazımdır. Dəvətnamə blankının sağ aşağı küncündə R.S.V.R. (repondez, s’il vous plait – zəhmət olmasa, cavablandırın – frans.) hərfləri və cavab verilməli olduğu telefon nömrəsi yazılır.
Əsas ali qonağın — prezidentin, baş nazirin, xarici işlər nazirinin dəvət edilməsi barədə səfər öncədən şifahi şəkildə razılıq əldə edir və ancaq bundan sonra dəvətnamə göndərilir. Bu halda R.S.V.R. hərflərinin üzərindən xətt çəkilir və onun yerinə p.m. (pour memoire – xatırlatma üçün, frans.) hərfləri yazılır. Dəvətnamələrin göndərilməsi üçün kuryerlərdən, nadir hallarda poçtdan istifadə olunur.
_____________________________________
Dəvətnamə alandan sonra, səhv etməmək üçün onu diqqətlə nəzərdən keçirmək lazımdır. Üzərindən xəttə çəkilməmiş R.S.V.R. hərfləri olan dəvətnaməyə gecikdirmədən cavab vermək lazımdır. Gecikdirmə, yaxud cavabın verilməməsi ədəbsizlik kimi qiymətləndirilir. Əvvəlcədən nəzakətli şəkildə imtina etmək cavablandırılması xahiş olunan dəvətnaməyə cavabı gecikdirməkdən daha yaxşıdır.
Cavabın müsbət, yaxud mənfi olmasından asılı olmayaraq gün ərzində verilməsi arzuolunandır. Əgər cavab gecikdirmə ilə, özü də mənfi cavabla göndərilsə, qəbul sahiblərinin əvəz tapmaq imkanları olmayacaq. Dəvətnaməyə cavablar adətən çap şrifti ilə şəxsi məktublar qismində, qurumun blankında rəsmi məktub qismində və nadir hallarda vizit kartın üzərində yazılır. Dəvət edən şəxsin mövqeyi nə qədər yüksəkdirsə, bir o qədər onun dəvətnaməsinə cavab tez göndərilir.
Dəvətnaməyə cavabı kübar dəvətnamələrə verilən cavablar tək vizit kartı üzərində yox, məktub, yaxud açıqca ilə göndərmək daha düzgündür. Bəzi ölkələrdə vizit kartında cavab, xüsusən söhbət rəsmi dəvətdən getdikdə, qeyri-korrekt hesab edilir.
Cavabı gecikdirən və qəbul sahibini cavabı xahiş etməyə vadar edən və xüsusən cavab verməyən şəxs ədəb qaydalarını kobud surətdə pozur.
Cavab üçüncü şəxs adından verilir və aşağıdakı formada olmalıdır:
Cənab N. və xanımı Cənab Ü. və xanımını cümə axşamı 3 may tarixində saat 19.30. olacaq qəbula dəvətə görə təşəkkür edir və böyük məmnuniyyətlə onu qəbul edirlər.
Və ya:
Cənab N. və xanımı Cənab Ü. və xanımını cümə axşamı 3 may tarixində saat 19.30. olacaq qəbula dəvətə görə təşəkkür edir. Lakin təəssüf ki, həmin gün səfərdə olduqları üçün (…əvvəlcədən dəvət olunduqları üçün) onu qəbul edə bilməzlər.
Əgər qəbula ər-arvad dəvət edilir, lakin yalnız biri gələ bilərsə, heç birinin getməməsi daha yaxşıdır. Bununla yanaşı, əgər şifahi razılıq varsa və qonaqların əyləşdirilməsi ilə bağlı tədbirdən söhbət getmirsə, ər (bəzi hallarda xanımı) dəvəti qəbul edə bilər. Bu zaman cavab aşağıdakı formada olacaq:
Cənab N. və xanımı Cənab Ü. və xanımını cümə axşamı 3 may tarixində saat 19.30. olacaq qəbula dəvətə görə təşəkkür edir. Xanım Ü. çox təəssüf edir ki,dəvəti qəbul edə bilməyəcək, cənab Ü. isə böyük məmnuniyyətlə onu qəbul edir.
_____________________________________
Rəsmi şam yeməyinə, yaxud nahara heç kim özünün yerinə başqa şəxsi göndərə bilməz (ictimai mərasimlərdə isə bu mümkündür).
_____________________________________