Bu gün çox yayılmış bir hal olan beynəlxalq forum hələ antik dövrlərdə yaranmışdı. Lakin beynəlxalq ünsiyyətin daimi institutuna o yalnız XIX əsrin sonu-XX əsrin əvvəllərində çevrilir.
Hər növbəti mərhələ əvvəlkinin fəaliyyəti və inkişafı ilə bağlıdır: beynəlxalq konfranslar danışıqlardan, beynəlxalq təşkilatlar konfranslardan inkişaf edərək formalaşdı.
Çoxtərəfli hökumətlərarası konfransların yaranması və onların dövlətlər arasında ünsiyyətin əsas formalarından birinə çevrilməsi müvafiq beynəlxalq-hüquqi ənənələrin formalaşması və konfransların çağırılması və fəaliyyəti məsələlərini tənzimlənməyə xidmət edən beynəlxalq hüquq normalarının konvensiya qaydasında təsbiti ilə müşayiət olunur.
Beynəlxalq çoxtərəfli ünsiyyətin ilk daimi forması iqtisadi və elmi-texniki inkişafla sıx bağlı olan sahələrdə yaranmış beynəlxalq inzibati ittifaqlar oldu (1865-ci ildə Beynəlxalq teleqraf ittifaqı, 1874-cü ildə Ümumdünya poçt ittifaqı). Bu ittifaqlar artıq daimi orqanlarına malik idilər.
_________________________________________
Çoxtərəfli danışıqlar iki formada mövcuddur: məqsədli xüsusi olaraq çağırılan konfranslar və beynəlxalq təşkilatların sessiyaları. Texniki nöqteyi-nəzərindən, hər iki forma təxminən eyni cürdür.
_________________________________________
Konfransların praktika və üsulları nəticələrin əldə edilməsinə istiqamətlənmiş, ümumən qəbul edilmiş qaydaları daxil edirlər. Konfransların diplomatiyası isə qoyul¬muş məqsədlərin əldə olunmasına səy edən nümayən¬də heyətinin bilikləri və təcrübəsi ilə bağlıdır. Konfransın sədri, yaxud prezidentindən böyük ustalıq və diplomatlıq tələb olunur. O, praktika və üsulları gözəl bilməli, yəni konfransın uğurlu keçməsini təmin etmək üçün konfransın idarəedilməsi kimi elmə sahib olmalıdır.
Beynəlxalq konfransları aşağıdakı şəkildə təsnif etmək olar:
— Iki və ya çoxtərəfli;
— bir, yaxud bir neçə məsələyə həsr edilmiş;
— xüsusi (ad hoc), yaxud adi;
— daimi katibliklə, yaxud onsuz konfrans.
Bundan başqa, beynəlxalq konfransları təşkil olunma məqsədlərinə görə ayırmaq olar. Bu prinsipə əsasən onlar aşağıdakı formalarda ola bilər:
— bir, yaxud bir neçə məsələnin ümumi müzakirəsi üçün forum;
-hökumətlərə, yaxud beynəlxalq təşkilatlara tövsiyələr vermək (ad referendum);
- hökumətlər üçün məcburi olan qərarlar qəbul etmək;
— hökumətlərarası təşkilatların katibliklərinin fəaliyyətini (məsələn, beynəlxalq təşkilatların daimi, yaxud icraçı komitələri plenar sessiyalar arası müddətdə), həmçinin hökumətlərin maliyyələşdirdiyi proqramların reallaşdırılması üsullarını müəyyənləşdirən qərarlar qəbul etmək;
— müqavilələr, yaxud digər rəsmi beynəlxalq sənədləri müzakirə etmək və işləyib hazırlamaq;
-beynəlxalq informasiya mübadiləsinə yardımçı olma (məsələn, BMT tərksilah etmək üzrə Konfransı);
— beynəlxalq proqramları könüllü ödənişləri cəlb etmək (məsələn, BMT qaçqınlar üzrə Komissiyası, Ümumdünya ərzaqla təminetmə proqramı).