Son illərdə vizit kartları geniş yayılıb. Informasiya funksiyasından başqa onlar özünəməxsus alət rolunu oynayır və onun sahibinin qiyabi olaraq təqdim edilməsi, milli yaxud digər bayramla, ad günü, vəzifədə yüksəlmə, ailəvi xoş hadisə və s. ilə bağlı təbrik etmək, başsağlığı, təşəkkürü bildirmək, tanışlığın qurulması üçün istifadə olunur. Müəyyən hallarda vizit kartını edilmiş vizitə cavab olaraq göndərmək olar. Onunla birgə suvenir və güllər də göndərmək münasibdir.
____________________________________
Vizit kartı sahibini qiyabi olaraq təqdim edir və onun adından hərəkət edir. Buna görə diplomatiyada vizit kartlarını qiymətləndirərək onları kimə gəldi paylamırlar.
____________________________________
Öz vizit kartlarının verilməsində ehtiyatı əldən vermək olmaz ki, kimsə onlardan sahibinin zərərinə istifadə edə bilməsin. Bu xüsusən rəmzlərsiz, yaxud yazılarsız olan «təmiz» vizit kartlara aiddir.
Beynəlxalq praktikada kartın sahibinin kartı göndərdiyi şəxsə münasibətini ifadə edən qısa rəmzlər müəyyən edilib.
Fransız ifadələrindən əmələ gəlmiş bu rəmzlər (latın əlifbasının hərfləri) adi karandaşla vizit kartın sol aşağı küncündə yazılır. Müasir diplomatiyada çox vaxt buna riayət etmir, qələmlə və bəzən sağ küncdə yazırlar. Ən geniş yayılmış rəzmlər aşağıdakılardır:
p.m. – pour memoire – xatılatma;
p.f. – pour feliciter – təbrik;
p.f. l’occasion – … görə təşəkkür etmək (məsələn şam yeməyinə görə);
p.r. – pour remercier – təşəkkürünü bildirmək;
p.c. – pour condoleances – başsağlığı bildirmək;
p.f. N.A. – pour feliciter Nouvel An – Yeni illə bağlı təbrik;
p.p. – pour presentation – kimisə tanış, yaxud təqdim etmək üçün, yəni yeni gələnin qiyabi təqdim edilməsi (şəxsi vizit yerinə). Diplomatik nümayəndəlik başçısının üzərində p.p. yazısı olan vizit kartı üzərində heç bir şərti hərfin olmadığı yeni gələnin vizit kartı ilə birgə göndərilir. Cavab təqdim edilən şəxsin ünvanına yazısı olmayan vizit kartı ilə verilir;
p.p.c. – poir prendre conge – vida viziti edilməli halda ölkəni tərk etmə ilə bağlı vidalaşmanın ifadəsi;
p.p.e. – pour exprimer sa sympathic a l’occasion – xəstəlik yaxud çətinliklər halında dəstəyin, simpatiyanın ifadəsi;
p.a. – pour accompagner – hədiyyənin müşayiəti üçün;
p.f.c. – pour faire connaitre – bildirmək üçün, məsələn, yeni ünvan barədə məlumatlandırmaq istəyərkən;
Nisbətən qeyri-rəsmi hallarda və münasibətlərin xarakterindən asılı olaraq vizit kartında göstərilən şərti hərflər əvəzinə üçüncü şəxs adından yazılır: ən xoş arzularla milli bayramla əlaqədar təbrik edir; diqqətə görə təşəkkür edir (göndərilmiş suvenir əvə s. cavab olaraq); … əlaqədar başsağlığı bildirir; ən xoş arzularla xatirə üçün kitab göndərir. Digər, imzalanmayan və tarixi qoyulmayan mətnlər də mümkündür.
_____________________________________
Diplomatik praktikada belə bir qayda mövcuddur: hər hansı əməkdaş diplomatın xidmət yerini, yaxud mənzilini ziyarət edir və onunla görüşmədən, öz vizit kartını dəftərxanada, dəhlizdə, poçt qutusunda qoyur.
_____________________________________
Vizit kartının sağ qatlanmış küncü yaxud sağ tərəfindən bütün eni boyu qatlanmış vizit kartı onun sahibinin kartı poçtla yox, şəxsən qoyduğu mənasını daşıyır. Vizit kartının qoyulması göndərilən şəxsə xüsusi hörmət əlaməti kimi qəbul edilir və poçtla göndərişdən daha hörmətli sayılır. Qoyulan vizit kartında onu götürəcək şəxsin soyadı yazılmır. Təşəkkür və digər hisslərin ifadəsi ilə vizit kartını şəxsən təqdim etmək qəbul edilməyib. XIN-ə bir zərfdə eyni zamanda bir neçə şəxsə göndərilən vizit kartlarının sağ yuxarı küncündə karandaşla kartın ünvanlandığı şəxsin soyadı yazılır.
Vizit kartlarına cavab onları alan andan etibarən 24 saat ərzində vizit kartları ilə verilir.
Vizit kartları üçün qalın yüksək keyfiyyətli kağız istifadə olunur. Şrift, mətnin kartda yerləşdirilməsi, kartın rəngi kimi xırda detalları nəzərdən qaçırmaq lazım deyil. Təyin edilmiş ölçülər olmasa da, kişilər üçün əksər hallarda 90x50 mm, qadınlar üçün 80x40 mm-lik kartlar hazırlanır.
Rəsmi şəxsin, xüsusən də diplomatik işçinin vizit kartında yalnız ad, soyad və vəzifə (rus dilində adı, soyadı, atasının adı və vəzifəsi) çap edilir (bir qayda olaraq qəbul edən ölkənin dilində). Telefon nömrəsi, ev və iş ünvanları çap edilmir.
Vizit kartlarından biznesmenlər, siyasi xadimlər, jurnalistlər və s. istifadə edir. Iş maraqlarına görə onlar xidməti mövqelərini, ünvanlarını, xidməti telefonun nömrəsini göstərirlər. Rahatlıq məqsədi ilə vizit kartlarını çox vaxt ikitərəfli və iki dildə edirlər.
Vizit kartını yerli adətdən, yaxud lütfkarlığı və ya minnətdarlığı bildirməkdən çıxış edərək şəxsən, sürücü, yaxud poçt vasitəsilə vermək olar. Məsələn, nigahda olan müşavir vəzifə başına keçirsə, o, digər missiyaların nigahda olan müşavirlərinə iki öz kartını və bir dənə xanımının kartını göndərə və ya verə bilər. Bu hərəkətin mənası digər müşavir və onun xanımına salamlarını yetirtməkdir. Hər iki tərəf formal olaraq tanışlığın baş verdiyini hesab edəcək. Belə olan halda xanım yalnız xanımı salamlayır. Onun digər kişiləri salamlaması (özünün diplomat olması hallarını çıxmaq şərti ilə) düzgün olmazdı. Müşavir nigahda olmayanlara yalnız öz vizit kartını göndərir. Nigahda olan diplomatlar adətən iki növ karta malik olurlar: birində onun adı, ranqı və səfirliyi, digərində onun və xanımının adı göstərilir.
Bəlkə də vizit kartının ən vacib funksiyası yeni tanışlıqlar barədə xatırlatmadır. Buna görə qəbul və digər tədbirə gedərkən, diplomatlar şəxsi vizit kartlarına malik olmalı və öz növbəsində informasiya və arayış mənbəyi kimi vizitkalar kolleksiyası toplaya bilərlər.