Diplomatik qəbullarda əyləşdirmə

Diplomatik qəbullarda əyləşdirmə

Nahar və şam yeməklərinin təşkili zamanı daha bir incə problem yaranır. Qəbulun optimal tarixini seçmək, dəvət­na­mələri göndərmək, yaxşı qida və içkini təmin etməkdən başqa masa arxasında düzgün əyləşməni düşünmək lazımdır.
Səhər yeməyi, nahar, şam yeməyi növlü qəbullarda qonaqlar dəqiq nizamla əyləşirlər. Ən sanballı yer qəbul sahibəsindən sağda (xanımlar iştirak edirsə), sonra sahibədən solda, qəbul sahibindən soldakı yerlər gəlir. Qəbul sahiblərindən uzaqlaşdıqca yerlərin sanballığı da azalır. Yalnız kişilərin iştirak etdiyi qəbulda ən ali qonağa qəbul sahibi ilə üzbəüz masanın qarşı tərəfindən yer ayrılır.
Əyləşdirmənin başlıca qanunu - ən sanballı yerlərdə ən hörmətli qonaqlar əyləşir. Bundan imtina, geri çəkilmə nüfuza qəsdən zərərvurma kimi qiymətləndirilə bilər.
Diplomatik protokolda masa arxasında yerlərin işarələnməsinin texnikası formalaşıb. Bunun üçün üzərində bütün qəbul iştirakçılarının soyadları yazılmış, yaxud çap edilmiş, ağ qalın kağızdan olan kiçik ölçülü dördbucaqlar – əyləşdirmə, yaxud kuvert kartlar çap edilir. Qonaqların toplaşdığı və içkilər verilən zalda (zala girişin qarşısında) kiçikölçülü bir masada əyləşmə planı qoyulur. Masa arxasında hər yer plana müvafiq olaraq kuvert kartla işarələnir.
Masa arxasında qonaqların əyləşdirməsi planı nahar, yaxud şam yeməyinə dəvətnamələri paylamazdan öncə tərtib edirlər. Qonaqların seçimində onlar arasında siyasi, şəxsi, yaxud sosial zəmin əsasında münaqişələrin yaranmamasını mümkün qədər nəzərə almaq lazımdır.
Son 25 il ərzində xeyli sayda yeni dövlətlər yaranmış, yeni sosial və mədəni ənənələr inkişaf etmişdi. Buna görə qarşılıqlı diplomatik münasibətlər daha da mürəkkəbləşmişdir və qəbulların təşkili zamanı milli adətləri və mərasimləri nəzərə almaq lazımdır.
Ümumiyyətlə, hər qonağın fərdi xüsusiyyətlərini nəzərə almaqla yerli qəbul olunmuş qaydalara, adətlərə üstünlük vermək lazımdır.
_____________________________________
Yaxşı diplomatik qəbulun mahiyyəti bir-birinə uyğun insanlar kampaniyasını bir araya gətirmək və qonaqlar arasında dostluq abu-havasını yaratmaqdan ibarətdir.
Əgər qəbulda yalnız diplomatlar iştirak edirsə, əyləşdirmə ilə bağlı problem olmayacaq. Hər qonağın ranqı onu harada əyləşdirməyin lazım olduğunu göstərəcək (yalnız attaşe ilə bağlı müəyyən çətinliklər yarana bilər). Lakin qəbul iştirakçıları təkcə diplomatik korpus    nüma­yən­dələrindən ibarət olmasa, əyləşdirməni xüsusi ilə ölçüb biçmək lazımdır.
Qeyd olunan halda üstünlük ali diplomatik məmurlara və xarici işlər nazirliyinin işçilərinə, digər dəvətlilər arasında isə mövqeyi və yaşına görə böyüklərə verilir.
Əyləşdirmə ilə bağlı şübhələr yaranırsa, xarici işlər nazirliyinin protokol şöbəsi ilə məsləhətləşmək daha yaxşı olar. Təcrübə göstərir ki, cavan qonaq onun yeri daha yaşlı adama verildikdə etiraz etməyəcək (xüsusən qəbul sahibəsi üzristəyici xarakterli bir neçə kəlmə dediyi halda).
Yalnız qəbul sahibi, yaxud sahibəsinin iştirak etdiyi və qonaqların yalnız kişilər, yaxud qadınlardan ibarət olduğu qəbulda qonaqların əyləşdirilməsi çox sadədir: ən önəmli qonaq qəbul sahibinin sağında, mövqeyinə görə ikinci isə solunda əyləşir. Mövqeyinə görə üçüncü olan qonaq ən önəmli qonaqdan sağda, dördüncü olan mövqeyinə görə ikinci qonaqdan sonra solda və s. Bəzi şimal ölkələrində qəbul edilmiş praktikadan fərqli olaraq ən hörmətli qonaqlar soldan əyləşməyə başlayır.
Son zamanlar bu problemlə bağlı bir neçə xüsusi kitab işıq üzü görüb.
Qonaqların əyləşdirilməsi məsələsində masa arxasında yerləşmənin müxtəlif variantlarını göstərən cədvəllər yardımçı olacaq.

 

A. Yalnız kişilərin iştirak etdiyi nahar, yaxud səhər yeməyi. Evin sahibi masaya tək başçılıq edir.

B. Yalnız kişilərin iştirak etdiyi nahar, yaxud səhər yeməyi. Qonaqlardan birinə xüsusi hörmət əlaməti olaraq ev sahibi masanın başçısı yerini onunla bölüşür.


C. Kişilər və qadınların iştirak etdiyi nahar, yaxud səhər yeməyi. Masa düzbucaq formasındadır, ev sahibi və sahibəsi üzbəüz əyləşiblər.

D. Kişilər və qadınların iştirak etdiyi nahar, yaxud səhər yeməyi. Masa düzbücaq formasındadır, ev sahibi və sahibəsi masanın köndələn başlarında yerləşir. Bu cür yerləşdirmədən dəvətlilər hansısa mülahizələrinə görə masanın sonlarında əyləşməni özləri üçün təhqir hesab etdikləri halda istifadə etmək olar. Belə yerləşdirmə Böyük Britaniyada daha çox tətbiq edilir.


Bəzi hallarda ev sahibi öz yerini xüsusi hörmət göstərmək istədiyi qonağa güzəştə gedir. O, qonağı öz xanımı ilə üzbəüz əyləşdirir, özü isə birinci xanımdan sağda, yaxud iştirak edənlərə xüsusi hörmət əlaməti olaraq, sonuncu yeri tutur.

Konsul öz ölkəsinin missiya başçısını qəbul etdikdə, sonuncu konsulun xanımı ilə üzbəüz oturaraq masaya başçılıq edir; missiya başçısının xanımı da iştirak edirsə, həyat yoldaşı ilə birgə masaya başçılıq edir. Istənilən halda konsulun xanımı nahar, yaxud səhər yeməyində iştirak edən xanımlardan qabaqda yer tutur.
Ev sahibi üçüncü, yaxud dördüncü yeri tutur.

 

F. Kişilər və qadınların iştirak etdiyi nahar, yaxud səhər yeməyi. P-şəklində masa, ev sahibi və sahibəsi yanaşı otururlar.


Ev sahibəsi personalın hərəkətlərinə nəzarət daha asan olsun deyə, adətən mətbəxə aparan qapı ilə üzbəüz əyləşir.
Avropa ölkələrində xanımlar, bir qayda olaraq, həyat yoldaşları ilə yanaşı əyləşmirlər. Kişini kişi, qadını qadınla da yanaşı əyləşdirmirlər, lakin ilk növbədə ölkənin adətlərinə əsaslanmaq lazımdır.
6, 10 və 14 nəfərlik düzbucaq masalarda ev sahibi və sahibəsi masanın əks tərəflərində (başlarında) əyləşdikləri halda normal görsənir. 8 və 12 nəfərlik masalarda ev sahibi və sahibəsi üçün masanın əks başlarında oturmaq rahat olmayacaq.
Elə hallar olur ki, qəbula bir cütlük gəlmir, yaxud cütlük­dən biri son anda dəvəti qəbul etmək iqtidarında olmur. Bu cür hallarda öz nümayəndələyinin işçilərinə, yaxud həmkar-dostlara müraciət etmək lazımdır. Səfirlik yaxud daimi nümayəndəlik əməkdaşları nahar, yaxud səhər yeməyinə dəvətlilər siyahısına öz səfirliklərinin başçısı və xanımını daxil edirlərsə, sonuncular adətən öz nümayəndəliyində vizitdə olan xarici işlər naziri, yaxud dövlət başçısı ranqında olan qəbul sahiblərinin oturduqları yerdə əyləşirlər.
Hüquq üzrə böyüklük və nəzakətə əsaslanan böyüklük arasında, təbii ki, ziddiyət əmələ gələ bilər. Bunun həlli şərtlər, məkan və zamandan asılıdır və dip­lomatlar bu cür məsələləri öz fikirlərinə əsaslanaraq həll etməlidirlər. Lakin unutmaq lazım deyil ki, əcnəbi qonaqlara təqdim edilən böyüklük ümumən qəbul edilib və əgər toplantının tam ciddi rəsmi xarakteri nəzakətə əsaslanan böyüklüyü tanımağa mane olursa, ona olan münasibətə görə inciyə biləcək adamı dəvət etməməyə üstünlük vermək lazımdır.
Mərasimin şərtləri ilə əsaslanan hörmət əlaməti kimi böyüklük xeyrinə qaydaların dəyişməsi mümkündür. Bu şərtlər xüsusi motivlərlə tam əsaslandırıla bilər:
- hər dövlətdə vəzifələrin dəqiq təsnifatı ilə nəzərdə tutulmayan, lakin tanınmağa və müəyyən ranqa bərabər tutulan şəxslərin vəziyyəti mövcuddur;
- nəzərə alınmalı olan ictimai, yaxud mədəni səciyyə daşıyan üstünlüklər mövcuddur;
- ali dini və rəmzi xarakterli səlahiyyətlərə malik şəxslərə hörmət əlaməti olaraq böyüklük təqdim etmək lazımdır.
Adətən şəxslərin yaşını, onların ictimai, yaxud zümrə mövqeyini, ev sahibi ilə qohumluq əlaqələrini nəzərə alırlar:
- cavanlar daha yaşlı şəxslərdən sonra gəlirlər; bu yalnız istisna hallarda pozula biləcək əsas qaydadır;
- ictimai mövqe,  xüsusən zadəgan titulları onlara sahib olan şəxslərə ənənəvi olaraq ayrılan yerlərə haqq verir;
- eyni ranqlar zamanı titulun qədimliyi nəzərə alınır. Çox vaxt xaricilərlə bərabər ranq zamanı üstünlük ilk dəfə bu evdə qəbul edilən şəxsə verilir;
- ev sahibinin ailə üzvləri qonaqlardan sonra gəlir.

Top