Qəbul növləri

Qəbul növləri

Diplomatik qəbullar xarici siyasət fəaliyyətin geniş ya­yılmış formasıdır. Onları ən vacib səbəblərə görə   həya­ta keçirirlər: milli bayramlar, yubileylər, ildönümləri, ölkədə ali qonaqların, yaxud nümayəndə heyətlərinin gəlişinə görə, yəni ayrı-ayrı şəxslərə ehtiram və qonaqpərvərliyi nümayiş etdirmək, həmçinin xarici işlər nazirliyin və diplomatik missiyaların gündəlik iş prosesi çərçivəsində.
___________________________________
Qəbullar əlaqələrin saxlanılması və möhkəmlənməsinə yardımçı olurlar; hər diplomatik qəbul siyasi əhəmiyyət kəsb edir. Diplomatlar çox vaxt qəbullardan hökumətlərinin tapşırığını icra etmək və qəbul edən ölkənin rəsmi nümayəndəsinə informasiyanı çatdırmaq üçün istifadə edirlər.
___________________________________
Növündən asılı olmayaraq, bütün qəbullar ümumi prinsiplər əsasında qurulur, onların keçirilməsi qaydaları yüz­illiklərlə formalaşır və «cilalanırdı». Qəbullar həmişə dövlətin və onun xalqının vəziyyətinin aydın göstəricisi idi. Buna görə onların təşkili və keçirilməsinə müvafiq ehtiramla yanaşırlar.
Xaricən qəbulun məqsədi qonaqlara sevinc və zövq vermək kimi görünür. Lakin diplomatlar başqa məqsədləri də güdürlər: öz ölkəsini ən yaxşı formada təqdim etmək; qonaqların fikirlərini dinləmək və yerli sakinlər və həmkarlardan infor­masiya əldə etmək; dostlar əldə etmək və səmərəli əlaqələr qurmaq; həyat yoldaşlarına diplomatik nöqteyi-nəzərindən səmərəli tanışlıqlar qurmaq və dostlaşmaq imkanı yaratmaq.
Daha vacib bir detal: qəbullar missiya başçıları və ali məmurlara qeyri-formal şəraitdə öz xarici işlər nazirliyinin, hökumətinin, siyasi dairələrinin mövqeyini «səsləndirmək» imkanı verir. Həmişə elə düşüncələr olur ki, diplomatlar onları ifadə etmək istərdilər, lakin yazılı şəkildə, yaxud rəsmi şəraitdə bunu etmək mümkün olmur.
Beynəlxalq praktikada diplomatik qəbulların müəyyən növləri, onların hazırlanması texnologiyası və bütün iştirakçıların riayət etdiyi diplomatik etiket formalaşıb.
Qəbullar gündüz və axşam, masa arxasında əyləş­dirməklə və əyləşdirməməklə növlərinə bölünürlər.

Top