Diplomatik münasibətlər

Diplomatik münasibətlər

Diplomatik münasibətlər
Istənilən dövlət üçün diplomatik tanınma məsələsi böyük siyasi əhəmiyyət kəsb edir. Yeni yaranan dövlətlər ölkələr arasında münasibətlərin beynəlxalq hüquq sisteminin əsasını təşkil edən üç əsas prinsip üzərində qurulmasına çalışırlar: hüquq bərabərliyi, ərazi bütövlüyü və suverenliyə hörmət, daxili işlərə qarışmamaq.
Beynəlxalq praktikada yeni dövlətin tanınmasının iki forması mövcuddur: de-faktode-yure.
De-fakto – natamam tanınmadır; digər dövlətin yalnız mövcudluq faktını tanıyan hər hansı bir dövlətin hökuməti həmin dövlətlə diplomatik münasibətlər qurmasa da, iş əlaqələri yaradır. De-fakto tanınmış dövlətlər yalnız rəsmilərə bərabər tutulmayan qeyri-rəsmi diplomatik nümayəndələr mübadiləsi edə bilərlər.
De-yure – yeni dövlətin tam şəkildə diplomatik münasibətlərin qurulması, qarşılıqlı razılıq əsasında səfirliklərin təsis edilməsi, qarşılıqlı sərfəli əlaqələrin inkişafı ilə tanınmasıdır.
Vaşinqtonda İsveç səfirliyiPraktika göstərir ki, diplomatik tanınma və diplomatik münasibətlərin təsis edilməsi haqda razılıqları yazılı şəkildə (bəyanatlarda, müqavilələrdə, kommünikedə, notalarda) təsbit etmək daha məqsədəuyğundur. Sənədin tərtib edilməsi bununla bağlı gələcəkdə hər hansı anlaşılmazlıqları və şərhləri istisna edir.
Diplomatik münasibətlərin qurulması haqda danışıqlara çox ciddi surətdə hazırlaşırlar. Yekun sənəddə hansısa natamamlıq, yarımçıqlıq, qeyri-dəqiqliklər, əsas məsələni müəmmalı edə bilər: diplomatik münasibətlər qurulub ya yox; əgər qurulubsa, onda hansı səviyyədə – missiya yoxsa səfirlik və hansı vaxtdan etibarən.

 

Diplomatik missiya

Daimi diplomatik münasibətlər yalnız diplomatik missiyanın açılışı, yaxud, diplomatik missiyalarla mübadilə zamanı tanınırlar. Onlar qarşılıqlı razılıq və qarşılıqlı prinsipləri əsasında açılırlar. Missiyaların funksiyaları son yüzilliklər ərzində formalaşmışdı və ümumən qəbul edilmiş hesab edilirlər. 1961-ci ilin diplomatik münasibətlər haqda Vyana konvensiyasına görə, bu funksiyalar, ələlxüsus aşağıdakılarından ibarətdir:
a) fəaliyyət göstərdiyi ölkədə akkreditə olunan dövlətin təmsilçiliyi;
b) fəaliyyət göstərdiyi dövlətdə beynəlxalq hüququn imkan verdiyi çərçivələrdə akkreditə olan dövlətin və onun vətəndaşlarının maraqlarının müdafiəsi;
c) fəaliyyət göstərdiyi ölkənin hökuməti ilə danışıqların aparılması;
ç) bütün qanuni vasitələrlə fəaliyyət göstərdiyi ölkədə şərtlərin və hadisələrin aydınlaşdırılması və bu barədə akkreditə edən ölkənin hökumətinin məlumatlandırılması;
d) akkreditə edən və fəaliyyət göstərdiyi ölkələr arasında dostluq münasibətlərinin dəstəklənməsi və iqtisadiyyat, mədəniyyət və elm sahəsində onların qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsi.

Tarixdə ilk daimi diplomatik missiya Milan hersoqu Françesko Sfortsa tərəfindən 1455-ci ildə Genuyada təsis edilmişdi. Beş il sonra Savoya hersoqu Verçellidən olan baş dyakon (dini rütbə) Yuzebio Marqariyanı Romada özünün daimi nümayəndəsi təyin etdi. Bir müddət sonra bəzi Italiya şəhərləri daimi diplomatik missiyaları London, Paris və digər Avropa paytaxtlarında təsis etdilər. Digər dövlətlər də onlardan nümunə götürdülər. XVI əsrdə Venesiya artıq Vyana, Madrid, Romada daimi səfirlərə, Neapol, Turin, Milan, Londonda rezidentlərə malik idi. Venesiyada isə Müqəddəs Roma imperiyası, Fransa və Ispaniya kralları səfirlərə, Roma nunsiya malik idi. Romada Venesiya meydanındakı dünyanın ilk səfirliklərdən biri olan Venesiya səfirliyinin binası çoxsaylı turistlərin marağını daima cəlb edir.

Romada Venesiya meydanı(Viktor Emmanuelin heykəli öndə)

Top