Diplomatik korpus

Diplomatik korpus

Diplomatik korpusu ölkədə fəaliyyət göstərən diplomatik nümayəndələrin cəmi təşkil edir. O, olduğu dövlətin daxili işlərinə qarışmaq hüququna malik deyil. Onun hüquqi haqlaranının olmadığı qəbul edilib. Diplomatik korpus anlayışının iki şərhi mövcuddur. Dar çərçivədə bu bütün diplomatik nümayəndələrin, yəni səfirlik və missiya başçılarının cəmidir. Diplomatik korpusun kollektiv çıxışlarından söhbət getdiyi halda məhz bu nəzərdə tutulur. Geniş mənada diplomatik korpus səfirliklərin bütün diplomatik əməkdaşları mənasını daşıyır.
Müxtəlif rəsmi tədbirlər və mərasimlərdə (parlamen­t sessiyasının açılışı, hərbi paradlar, nümayişlər və s.) iştirak etməyə dəvət olunmuş diplomatik korpusa (dar çərçivədə) tədbirdə iştirak edən dövlət, yaxud hökumət başçısının bilavasitə yaxınlığında hörmətli yer ayrılmalıdır. Bu zaman diplomatik korpusun vahidliyinə hörmət edilməlidir, diplomatik nümayəndələri müxtəlif yerlərdə əyləşdirmək olmaz.
Beynəlxalq hüquq normaları və formalaşmış dip­lomatik təcrübəyə əsasən diplomatik korpusun əsas funksiyaları aşağıdakılardır:
- müxtəlif rəsmi tədbirlərdə iştirak;
- dövlət başçısını milli bayramla, Yeni illə bağlı təbrik etmək;
- dövlət, hökumət başçısı, yaxud xarici işlər nazirinə başsağlığının verilməsi.
XIN hər il diplomatik korpusun soraq kitabçasını (bəzən fransız adı ilə – Corps diplomatique yaxud latınca Vade-mekum (lat. mənimlə get), yəni cib soraq-göstərici kitabçası, bələdçi kitabçası) nəşr edir.
Diplomatik korpus siyahısında diplomatik     nüma­yən­­dəliklər başçılarının adları və vəzifələri nümayəndəliyə daxil olan diplomatik işçilərin adları və ranqları birgə, həmçinin diplomatik səviyyədə qəbul edilən digər strukturlar, institut və şəxslər (məsələn, beynəlxalq təşkilatların əməkdaşları) göstərilir. Həmçinin nümayəndəliyin və bəzi hallarda diplomatların iqamətgahlarının ünvanları; onların ailə vəziyyətı; həyat yoldaşları onlarla birgədir ya yox; bəzi ölkələrdə onların yetkinlik yaşına çatmış subay qızlarının adları göstərilir.
Diplomatik nümayəndə başçısının kürsüsü müvəqqəti olaraq vakant olduğu halda bu siyahıda əks olunur. Əgər nümayəndəlik başçısı daima qeyd olunan məkanda yaşamırsa, onun adından sonra yaşadığı ərazi, onun nümayəndəliyi və iqamətgahının ünvanı göstərilir.
Birincilik sırası ilə sadalanan diplomatik nümayəndəliklər başçılarının siyahısına təmsil olunan dövlətlərin milli bayramlarını əlavə etmək bir ənənə şəklini alıb. Bəzən siyahıya diplomatik korpusun fəaliyyətini nizamlayan sənədlər əlavə edilir. Bu cür, məsələn, Avropanın müasir diplomatik paytaxtı olan Brüsseldə hərəkət edirlər.
Diplomatik korpusun siyahısı mütəmadi olaraq, adətən ildə bir dəfə yenidən nəzərdən keçirilir; dövlətlər əlifba sırası ilə (adətən siyahını nəşr edən dövlətin dili nəzərdə tutulur) sadalanırlar. Informasiyanın düzgünlüyünə görə məsuliyyət həm fəaliyyət ölkəsinin hökumətin (əksər hallarda protokol şöbəsinin), həm də diplomatik nümayəndəliklər başçılarının üzərinə düşür: hər iki tərəf siyahının məzmununun dəqiqliyində maraqlıdır, çünki siyahıya diplomatik statusa hüququn əsas təsdiqləyicisi kimi müraciət etməli olurlar. Siyahı adətən hamı üçün açıq olur, bəzi ölkələrdə isə o açıq satışa da verilə bilər. Onu bütün xarici diplomatik nümayəndəliklər və diplomatlar, həmçinin fəaliyyətlərində ona ehtiyacları ola biləcək fəaliyyət ölkəsinin rəsmi şəxsləri əldə edə bilərlər.
Karyeranın təfsilatı barədə əlavə informasiya və fəxri konsul qulluqçularının adlarını ehtiva edən birləşdirilmiş siyahı da nəşr oluna bilər. Ehtiyac yarandıqda konsul korpusunun ayrıca siyahısı nəşr edilir. Son illərdə bəzi ölkələrdə diplomatik korpusun siyahısı internet şəbəkəsində yerləşdirilir.
Konsul korpusunda birincilik 1963-cü ilin konsul əlaqələri haqqında Vyana konvensiyasının 16 və 21 maddələrinə müvafiq olaraq müəyyən edilir.
Bir sıra dövlətlərdə konsullar konsul korpusunu təşkil edirlər. Bu cür qrup  fərdi assosiasiya səciyyəsi daşıyır və rəsmi tanınmaya və beynəlxalq-hüquqi    imti­yaz­lara iddia etmək hüququnda deyil.

Duayen

1961-ci ilin Vyana konvensiyasının təsbit etdiyinə görə diplomatik korpusa duayen başçılıq edir. Duayen vaxtca etimadnaməsini birinci təqdim etmiş, yaxud xarici işlər nazirliyinə etimadnaməsinin nüsxəsini birinci verən diplomatik nümayəndəlik başçısıdır.  Bəzi katolik ölkələrdə daima duayen müqəddəs taxtın (Vatikanın) nümayəndəsi papa nunsisidir. Duayenin vəzifələri təmsiledici səciyyə daşıyır, o, diplomatik korpus adından təbriklər və başsağlıqları bildirir. Ümumən qəbul edilib ki, səfirin ölkəni tərk etməsi ilə əlaqədar duayen ona xatirə suveniri bəxş edir.
Diplomatik korpusun duayeni həmkarlarına, xüsusilə də yeni gələnlərə yerli protokol və etiket, fəaliyyət ölkəsinin hakimiyyət orqanları ilə qarşılıqlı münasibətlər məsələləri üzrə məsləhətlərini verir. Bu məqsədlə o lazım olan bütün informasiyanı toplayır və hökumət dairələri və yerli protokola daimi sıx əlaqədə olur.   Dua­yen akkreditə olunmuş hökumət və diplomatik korpus arasında qəbul edilmiş vasitəçidir. O, öz təşəbbüsü ilə yaxud həmkarlarının xahişi ilə bütün diplomatik korpusun yaxud onun ayrı-ayrı üzvlərinin maraqlarının müdafiəsi naminə istənilən addımları ata və onların immunitetləri, üstünlük və imtiyazlarını hörməti tələb edə bilər.
XIN bütün diplomatik korpusa aid məlumatları duayen vasitəsilə (sonuncu həmkarlarını məlumatlandırmaq üçün lazımi tədbirləri görür), yaxud protokol xidməti tərəfindən hər diplomatik nümayəndəlik başçısına bilavasitə çatdırılır.

Top