İslam mərasimləri

İslam mərasimləri

Məscid
Məscid (ərəbcə magid) – müsəlmanlarda ibadət evi. O sözün əsl mənasında məbəd, müqəddəs yer sayılmır. Istisna Məkkədə yerləşən Əl-haram Məscidi təşkil edir. Əl-haram Məscidinin mərkəzində müsəlmanların əsas müqəddəs yeri – Kəbə yerləşir.
Islamın erkən əsrlərində məscid canişinin evi ilə divar divara tikilirdi, orada xəzinə saxlanılır, əmrlər elan edilir, şəriət məhkəməsi icra olunurdu. Bizim dövrdə məscidin dünyavi vəzifələri xeyli azalsa da, o, əvvəlki tək özünməxsus «klub» rolunu oynayır. Burada müxtəlif bayramlar təşkil olunur (bəzən dini olmayanlar belə), islam xadimlərinin çıxışları olur, Quran oxuyanların müsabiqədəri  keçirilir və s. Bundan başqa, məsciddə həmişə şəhərə gələn qonaq gecələyə bilərdi.
Əhəmiyyətinə görə məscidlər baş, yaxud cümə, kvartal, ev, mədrəsə yanında məscidlərə, həmçinin aeroport, meh­manxana və s. yanında məscidlərə və s. bölünürlər. Məscidin öyrəşdiyimiz, minarə və kümbəzdən ibarət görkəmi təxminən VIII əsrdə formalaşır.
Gündə beş dəfə dəqiq müəyyən edilmiş vaxtda minarədən azan – namaza çağırış səsi gəlir. Onu müədzin bəyan edir. Məscidin içərisində namazın istiqamətini Məkkəyə yönəlmiş divardakı xüsusi divar oyuğu – mehrab müəyyən edir. Baş məsciddə mehrabdan sağ tərəfdə moizəçi üçün tribuna – minbər yerləşir.
Qadınlar adətən ikinci mərtəbədə, yaxud birinci mərtəbənin onlar üçün ayrılmış hissəsində ibadət edirlər. Qadınlar və kişilər üçün giriş həm ümumi, həm ayrıca ola bilər.
Məscid müqəddəs yer olmasa da, dini etiqadından asılı olmayaraq hamıya şamil olunan müəyyən qaydalar mövcuddur. Məscidə sərxoş halda daxil olmaq qadağandır. Ziyarət edənin xarici görünüşü dindarların təhqir kimi qiymətləndiricək formada olmamalıdır: təmiz, ədəbli və kifayət qədər bağlı geyimə üstünlük vermək lazımdır. Qadınlar üçün xüsusi qayda mövcuddur: geyim üz, əl biləkləri və ayaqların pəncəsi istisna olmaqla, bütün bədəni örtməli, üz rəngi aşkaranə boyalı, silueti (gölgəsi) kip olmamalıdır. Saçları tamamilə yaylıq altında gizlətmək lazımdır. Qadının xarici görünüşünə tələbələr səviyyəsi müxtəlif məscidlərdə fərqlidir. Belə ki, Moskva­da nisbətən uzun don və yaylıq kifayətdirsə, Məşhəddə əcnəbi xanıma çadra verilir.
Məscidin döşəməsi xalçalarla bəzədilib, ayaqqabını girişdə çıxarırlar. Böyük məscidlərdə ayaqqabıları xüsusi xidmətçilər qəbul edir.
Ümumən məscidi ziyarət edənlər özlərini kifayət qədər sərbəst aparırlar: onlar döşəmədə oturur, yaxud uzanır, yeyir, yatır, ünsiyyətdə olurlar. Bu zaman kimsə namaz (ərəbcə salat, salət) qıla bilər; dindarlar Quran oxuyur, yaxud sadəcə fikirlərini Allah, dinlə bağlı mövzularda cəmləşdirməyə çalışırlar. Buna görə səsini ucalt­maq, gülmək, söymək və s. olmaz. Namaz vaxtı gəldikdə, dindarlar dəstamaz (vüdu) alır və ibadət zamanı hamıdan öndə duran imamın arxasınca cərgələrlə düzülürlər. Hər hansı səbəbə görə ümumi namazda iştirak etməyənlərin məscidi tərk etmələri məcburi deyil.
islamın dünyada yayılma arealı
Islam ruhaniliyi
Islamda ruhanlik institutu mövcud olmadığı üçün, din xadimlərinə müraciət konkret regionda tarixən formalaşmış praktikadan asılıdır.
Məsələn, Rusiyada tatarlar mollaya «həzrət» - yəni  ərəbcədən müqəddəs deyə müraciət edirlər. Lakin müsəlmanların böyük əksəriyyəti bu adı yalnız peyğəmbərlər və müqəddəs insanlara şamil edirlər.
Ən universal müraciətlər «səid» (ərəbcə cənab demək­dir) və «hacı»dır. Lakin bu müraciətlər yalnız din xadimlərinin müstəsna səlahiyyətlərinə aid deyil.

Müsəlman bayramları

Müsəlman bayramları namaz, oruc, zəvvarlıq və sədəqə paylama kimi islam dini ayinlərinimn ayrılmaz hissəsidir.
Əsas iki bayram mövcuddur: Id əl-Ədh və Id əl-Fitr. Müsəlman dünyasında ümumən qəbul edilmiş bayramlara həmçinin Mövlud, Merac və Leylət əl-Qədir aid edilir. Çox vaxt müsəlman bayramlarına islama bilavasitə aidiyyatı olmayan, məsələn, yaz gecə-gündüz bərabərliyi bayramını – Novruzu da aid edirlər.
Bütün bayramlar müsəlman ay təqviminə əsasən qeyd edilir. Hicrə təqvim ili günəş ilindən 11 gün qısadır, ona görə müsəlman bayramları qriqorian təqviminin müxtəlif ayları və tarixlərinə düşür.
Türk xalqları arasında daha çox Qurban bayramı adı altında tanınan Id l-Ədh (qurban bayramı) 3-4 gün davam edir. O, həcc ziyarəti bitərkən, zəvvarlar Ibrahimin (Avraamın) qurbanına xatirə olaraq Mina vadisində qurbankəsmə ayinini icra edərkən keçirilir. Bu gün təkcə zəvvar yox, imkanı olan hər müsəlman qurban kəsməlidir: adətən qurbanlıq heyvanın ətinin üçdə biri bayram süfrəsinə gedir, qalanı kasıb-küsuba paylanılır.
Qurban bayramını səhər erkəndən qeyd etməyə baş­layırlar. Dan yeri sökülməmiş müsəlmanlar tam dəstəmaz alır, ən yaxşı paltarlarını geyinir, səhər namazını qılırlar. Bir müddət sonra məsciddə xütbəyə (moizəyə) və bayram namazına toplaşırlar. Bundan sonra qurbankəsmə mərasimi keçirilir. Bütün bayram günləri ərzində Quran oxunulur, ibrətamiz söhbətlər aparılır, hədiyyələr verilir, qəbiristanlıqlar ziyarət edilir.
Id əl-Fitr (pəhriz bayramı - türk adı Ramazan bayramı) ramazan ayında orucun bitməsi şərəfinə keçirilir və 3-4 gün davam edir. Id əl-Ədh kimi bu bayrama da xüsusi namaz, kasıblara qidanın paylanışı və bol bayram süfrəsi daxildir. Qəbiristanlıqları ziyarət edib orada Qurandan surələri oxumaq da qəbul edilib.
Mövlud ən-Nəbi – Peyğəmbərin ad günü (hərçənd Məhəmməd peyğəmbərin dəqiq doğum tarixi məlum deyil). Mövludla əlaqədar məscidlərdə moizə oxunur, Məhəmmədin şərəfinə ümumi ibadət edilir, sədəqə paylanılır. Mövludun mütləq elementi məvaliddir və ona Qurandan Məhəmmədi vəsf edən ayətləri oxumaq daxildir. Bir çox ölkələrdə yanmış fənər və məşəllərlə təntənəli kütləvi yerişlər keçirilr.
Isra vəl-Merac (gecə səyahəti və göyəçəkilmə) Məhəmmədin qanadlı əl-Burak adlı heyvanın üzərində Qüdsə gecə səyatinə və göylərə qalxmasına həsr edilmiş bayramdır. Bayram gününün gecəsi yatmayaraq Quran oxuyur, dua edir, dönə-dönə Məhəmmədin möcüzəli uçuşu barədə əhvalatı danışırlar.
Leylət əl-Qədr (Qüdrət, Qismət, alın yazısı gecəsidir) – bu bayramın müqəddəsliyi məhz həmin gecə Quranın Məhəmmədə hasil olmasının başlanması ilə bağlıdır. Leylət əl-Qədiri məscidlərdə Quran oxumaq və Allaha dua etməklə keçirmə qəbul edilib.
Şiə bayramlarına imamların və peyğəmbərin qızı Fatimənin ad günləri, Peyğəmbərin, qızı Fatimənin və imamların matəm günləri, həmçinin Peyğəbərin Əlini öz varisi elan etdiyi gün hesab edilən Qədir Kom (farsca) yaxud Qədir hümma (ərəbcə) bayramı aiddir.
Əsas şiə mərasimi – Aşura (imam Hüseynin yad edilməsi günü) günüdür. Ilk on gün ərzində Hüseynin həlak olması hadisəni canlandıran səhnələr qurulur, matəm bayraqları və şüarları asılır. Onuncu gün təntənəli kütləvi hərəkat – Hüseynə görə ağlaşma (taziyyə) baş verir. Tədbir moizə ilə başlayır, sonra oğlanlardan ibarət xorun matəm ifası və kütləvi hərəkatın özü həyata keçirilir. Iştirakçılar, öz kədərlərini göstərmək və Hüseynin həlak oluğu qanlı döyüşü xatırlatmaq məqsədi ilə özlərinə qanıyan yaralar vururlar. Matən hərəkatında gedənlər ucadan imama görə ağlayır və «Şah Hüseyn, vah Hüseyn» ifadəsini təkrarlayırlar. Bu ifadə Aşura matəminin daha bir adının yaranmasına səbəb oldu: «Şahsey-vahsey».

Top