Yəhudi mərasimləri

Yəhudi mərasimləri

Sinaqoq
Yəhudi icmasının dini və ictimai həyatının mərkəzi sina­qoqadır (synagoge yun. toplantı deməkdir). Onun mövcudluğu haqqında ilk məlumatlar e.ə. III əsrə aiddir.
Qədim zamanlarda yəhudilərin yeganə ibadət yeri hər gün ibadətlər edilən və din xadimlərinin qurban kəsdiyi Qüds məbədi idi. Məbəd dua və moizə üçün məkan rolunda çıxış edirdi; həmçinin orada dindarlar Əhdi-ətiqi öyrənir və Yəhudi qanunlarına müvafiq olaraq necə hərəkət etmək barədə izahatlar alırdılar. E.ə. IV əsrdə Babil çarı Navuxodonosor məbədi dağıtmış, yəhudi əhalisinin xeyli hissəsi zorla Babilə apa­rılmışdı.
Vətənindən ayrı düşmüş və məbəd qurbanları icra etməkdən məhrum olan sürgün edilmiş yəhudilər əsas diqqəti ibadətə və Əhdi-ətiqin öyrənilməsinə yönəltdilər. Onlar ibadət toplantılarını keçirirdi; belə toplantı məkanları «sinaqoqa» adını aldılar. Sinaqoqa yəhudi xalqı vətənə döndükdən və Qüds məbədi bərpa edildikdən sonra da onun həyatında mühüm rol oynayırdı. B.e. 70-ci ilində romalılar yenidən Qüds məbədini dağıtdılar və bu andan etibarən sinaqoqa dini sitayişin icrasının tək məkanına və yəhudilərin ictimai həyatının mərkəzinə çevrildi.
Nozyk sinaqoqu, Varşava
Hal-hazırda iudaizmdə ultra ortodoksallardan tutmuş ultraliberallara qədər müxtəlif cərəyanlar mövcuddur. Nəticədə müxtəlif yəhudi icmalarında ibadətlər xeyli fərqlənə bilərlər. Qədim ənənələr daha çox ortodoksal iudaizmdə qorunub saxlanılmaqdadır.
Ortodoksal sinaqoqalarda ibadət adətən gündə üç dəfə icra edilir; bayram və şənbə günləri əlavə dualar oxunur. Ibadətin baş verməsi üçün minyan (kvorum) təşkil edən 13 yaşdan yuxarı azı on kişi tələb olunur. Qüds məbədi dövründən irəli gələn ənənəyə əsasən, qadınlar üçün sinaqoqada yer ya kişilərin yerindən çəpərlə ayrılır, ya da qadınlar qalereadakı yerləri tuturlar. Sinaqoqada başıaçıq olmaqlarına qadağa qoyulmuş kişilər səhər duası zamanı dördbucaq şəklindəki, uclarında 4 kist (sisit) olan yun materiyadan ibarət xüsusi dua örtüyü (talit) taxırlar. Adi günlərdə səhər duası zamanı kişilər tfilin — içərisində Əhdi-ətiqdən mətnlər qeyd edilmiş perqament hissəcikləri olan yun qutucuqları taxırlar. Uzun kəmərciklər vasitəsilə bu qutucuqlar dua edənlərin alnı və sol əlinə bağladılır.
Sinaqoqa daxil olarkən və müəyyən duaların oxunuşu zamanı başı əymək qəbul edilib. Dualar ayaqüstə, yaxud oturaraq deyilir: bayram ibadətlərinin ayrı-ayrı məqamları istisna olmaqla, dua edənlərə üzüquylu düşmək və ya dizüstə çökməyə icazə verilmir. Dualar ivritdə, bir sıra dualar isə qədim yəhudilərin gündəlik ünsiyyət dili olan aramit (aramey) dilində oxunur.
Əsrlər boyu formalaşmış ibadət qaydası ardıcıllığı dini təqvimin bu və ya digər gününə müvafiq olan müəyyən duaların deyilişini nəzərdə tutur. Ibadətə istənilən yəhudi-kişi rəhbərlik edə bilər. Böyük icmalarda bayram və şənbə günlərində duaların oxunması üçün xüsusi olaraq şəxsinə xüsusi hörmət bəslənən adam – xazzan təyin edilir (bəzən onu kişi xoru müşayiət edir). Liturgiya­nın bəzi hissələri sinaqoqada olanların hamısı tərəfindən oxunur.
Ibadətin mərkəzi anı lülə şəklində bükülmüş kağızda Tövratın (Musa beşkitablığı) gətirilməsi və oxunuşudur. Tövratdan arpçalar müəyyən günlərdə elə oxunular ki, bütövlükdə Tövrat bir il ərzində oxunsun. Tövrata əlavə olaraq Peyğəmbərlərin kitablarından parçalar oxunur: bunun üçün xüsusi qiraətçi – maftir çağırılır. Tövratın oxunuşu fəxri vəzifə sayılır: qədimlərdə Tövratı icma üzvləri növbə ilə oxuyurdu, hal-hazırda isə icma üzvləri oxunuşa xüsusən təntənəli hallarda dəvət edilirlər. Lakin adətən böyük icmalarda dini kitabın oxunuşu üçün qədim yəhudi dilini mükəmməl bilən reçitativ (mahnı arasında danışıq) məharətinə malik xüsusi qiraətçi dəvət edilir. Oxunuşdan sonra Tövrat təntənəli şəkildə sinaqoqda gəzdirilir və dindarlar böyük ehtiramla ona toxunurlar. Ibadətin hazırlanmasına, dua kitablarının paylanmasına, Tövrat parçalarının hazırlanmasına nəzarət etmək vəzifəsi xüsusi işçinin – şamaşanın üzərinə qoyulur.
Iudaizmin digər qollarına (mühafizəkar, islahatçı, liberal) aid olan bir çox icmalarda sinaqoq ənənələri xeyli fərqlənə bilər. Əksər ölkələrdə ibadətin bir hissəsi həmin ölkənin dilində aparıla bilər və bu zaman ivrit və başqa dildə duaların nisbəti müxtəlif icmalarda fərqli ola bilər. Müxtəlif icmaların ibadətlərində duaların tərkibinin özü də dəyişir.

Ravvinlər


Qüds məbədi dövründə iudaizmdə ruhanilik mövcud idi. Lakin artıq e.ə. birinci əsrə yaxın Müqəddəs kitabın və yəhudi Qanununun biliciləri, dindarlara dini ehkamları izah edən və tövsiyələr verən dini müəllimlər institutu formalaşır. B.e. 70-ci ilində məbədin dağılmasından sonra məbəd ruhaniliyi yox olur və o vaxtdan ravvin (ravvi yəhudi dil. müəllimim deməkdir)- müəllimlər yəhudilərin bütün həyatına rəhbərlik edirlər.
Hal-hazırda da ravvinlər yəhudi icmalarına başçılıq etsələr də, bu daha çox ruhani müəllimlik xarakteri daşıyır. Böyük icmalar ravvinə maaş ödəməklə onu daimi xidmətə dəvət edirlər. Ravvin müəllim, xətib funksiyalarını icra edir: o, gündəlik həyatda dini ehkamların tətbiqi ilə bağlı məsləhətlər verir. Ravvinlərin vəzifələrinə kəbinin kəsilməsi, yasın keçirilməsi və s. təntənəli dini mərasimlərin təşkili də daxildir. Bu zaman ravvin ruhani vəzifələrini icra etmir və onunla icmanın sıravi üzvü arasında kəskin fərqlər yoxdur. Sinaqoqa ibadətində ravvin duaetmədə digər dindarlarla birgə iştirak edir, o, yalnız Əhdi-Ətiq və Tövratı daha dərindən bilməsi ilə seçilir. O, icmaya rəhbərliyi də həyata keçirmir: bu vəzifələri adətən könüllü olaraq icmanın üzvləri – dünyavi şəxslər öz üzərinə götürür.
Rusiyanın baş ravvini Berl LazarDünyanın müxtəlif ölkələrində ravvinlərin mövqeyi və vəzifələri fərqli ola bilər. Belə ki, Israildə ravvinlər dövlət vəzifəli şəxslərdir. Onlar vəzifələrinə ali ravvinlərə ə din işləri üzrə nazirlik tərəfindən təsdiqlənir və öz üzərlərinə vacib dövlət və məhkəmə funksiyalarının bir hissəsini götürürlər.
Iudaizm daxilində müxtəlif cərəyanlara məxsus olan ravvinlərin mövqeyi və ənənələrində də fərqlər mövcuddur. Belə ki, əgər ortodoksal iudaizmdə ravvin yalnız kişi ola bilərsə, islahatçı və mühafizəkar iudaizm­də ravvin vəzifəsini qadın da tuta bilər. Xasid icmasına başçılıq edən ravvin xüsusi mövqeyə malikdir: onu çox vaxt xüsusi dindarlıq və möminliklə fərqlənən insan – tsaddik qismində nəzərdən keçirirlər.
Aparıcı xasid ravvinlərinin xüsusi mistik gücə malik oldu­ğunu düşünürlər; onların məsələhət və göstərişlərinə gündəlik və dini həyatın bütün məqamlarında mübaliğəsiz əməl edilir.
Müxtəlif rütbəli ruhanilərlə ünsiyyətdə müəyyən etiket normaları mövcud olan digər dinlərdən fərqli olaraq, iudaizmdə bu cür qaydalar yoxdur. Sadəcə hərdən ravvinə adı ilə müraciət edəndə, «rabbi» sözünü əlavə edirlər.

Yəhudi bayramları


Digər dinlərdə olduğu kimi iudaizmdə də dindarların gündəlik həyatını qurarkən nəzərə aldıqları həftəlik, aylıq və illik tsiklləri ayırmaq olar.
Həftə tsiklli çərçivələrdə yəhudilər üçün müqəddəs gün şənbədir (şabat). Bu sevinc və istirahət günüdür və bu gün Tövratı öyrənmək, dincəlmək və bayram süfrəsi düzəltmək tapşırılır. Yəhudi şənbəsi ümumən qəbul edilmiş təqvimlə cümə gününün axşamı günəşin batması ilə başlayır; evin sahibəsi şamları yandırır və xeyir dualar söyləyir. Bütün ailə və dəvətedilmiş qonaqlar bayram süfrəsində iştirak edir və  bu zaman şərabı və iki xüsusi bayram çörəyini (xalı) uğurlayırlar. Adətən şənbə günü sinaqoqa xidmətini ziyarət edirlər. Şənbə günü xüsusi dualar oxunan, xoş ətirlər ətrafa səpirlər və xüsusi şam yandırılan Xavdal mərasimi ilə bitir.
Ortodoksal yəhudilər şənbə gününün riayət edilməsinə çox ciddi yanaşır, çoxsaylı dini göstərişləri pozmamağa çalışırlar; onlar işləmir, siqaret çəkmir, maşina minmir və s. Islahatçı-yəhudilər qədim qadağaların çoxunu nəzərə almırlar.
Növbəti ayın başlanğıcı yəhudilərdə ayın təzə çıxdığı vaxta (Roş-xodeş) təsalüf edir. Bu gün əlavə dualar oxunur, sinaqoqada daha bir ibadət mərasimi keçirilir. Təzə ay çıxan vaxt oruc və yas tutmaq qadağandır.
Yəhudilərin illik dini tsiklində dindarın həyatında özünəməxsus mərhələni təcəssüm edən bayramlar xüsusi yer tutur. Bu tsikl yeni ilin qeyd edilməsi (Roş-xaşana) ilə payızda başlayır. Talmuda əsasən, Roş-xaşana növbəti ilin Tanrı tərəfindən insanların əməllərinin qiymətləndirilməsinin məhşər günüdür. Bu gün xüsusi təntənəli sinaqoqa ibadəti zamanı qoyun buynuzundan şeypurda (şofar) çalınır, yeni ilin ilk gecəsində isə şirnilər –bala batırılan, alma yaxud piroq yeyilir. Ikinci gecə təzə yetişmiş bar gələn ilin bolluğuna ümidlərin rəmzi kimi yeyilir.
Roş-xaşana 10 günlük tövbənin başlanğıcının rəmzidir. Bu günlər Böyük günahların təmizlənməsi Günü (Iom-Kuppur) ilə bitir. Iom-Kuppurda günəşin batmasından növbəti günün axşamına qədər oruc tutmalıdır. Bir çox mömin yəhudilər bu gün ayaqqabı geymirlər. Yəhudi ənənəsinə görə, insan Iom-Kuppur günündə yalnız bütün incitdiklərinin əfvini alandan sonra günahlarından təmizlənə bilər.
Sinaqoqada beş ibadət keçirilir; ilk axşam ibadətinin əvvəlində ən tanınmış sinaqoqa duası – Kol Nidre səsləndirilir. Dua edənlər tövbə etməyə, günahlarını etiraf etməyə çağırılır: sinaqoqaya daxil olan hər kəs diz üstə çökür. Bütün yəhudi bayramlarının əvvəli iki gün ərzində qeyd oluna biləcəyi halda (təzə ayın çıxması günündə mümkün səhvlərlə bağlı olan qədim ənənəyə əsasən), Iom-Kuppur yeganə bayramdır ki, yalnız bir gün ərzində qeyd edilir. Iom-Kuppur şofarın sədaları ilə tamamlanır.
Tövbə günündən beş gün sonra Kuşey (Sukkot) bayramı başlanır. O, səkkiz gün davam edir və ikimənalılıq daşıyır – aqrar və mənəvi-tarixi. Daha qədimdən məhsul bayramı olan Kuşey eyni zamanda yəhudilərin 40 illik səhrada sərsəriliyini xatırladır. Sukkot gunlərində meyvə və güllərlə bəzədilmiş yüngül şalaş tipli tikili (sukku) qurulur. Bu cür şalaşda yəhudi ailəsi mümkün qədər çox vaxt keçirməyə çalışır. Sukkotun hər günündə dindarların kütləvi yerişi sinaqoqanı dolanır. Sinaqoqa ibadəti zamanı dindarlar əllərində sitrus meyvəsini (etroq) tutur və palma, mərsin və bədmüşk budaqlarından ibarət dəstəni yellədirlər.
Sukkotun qeyd edilməsinin səkkizinci günü Tövratın oxunuşunun illik tsikli bitir və yeni tsikl başlayır. Buna görə bu gün Tövrata sahib olma (Simxat-tora) bayramı adlanır. Şən nümayiş yeddi dəfə sinaqoqanı dolanır; dindarlar əllərində Tövratın qiymətli mətn parçalarını tuturlar. Səhər ibadətində bütün kişilər növbə ilə Tövratın oxunuşuna dəvət edilirlər.
Mərkəzi yəhudi bayramı Pasxadır (Pesax). Bu gün bütün dünyanın yəhudiləri misir əsarətindən azad olunmalarını qeyd edirlər. Bayramın keçirildiyi səkkiz gün ərzində yalnız şirin çörək (matsu) yeməyə icazə verilir. Buna görə Pasxanı bəzən «Opresnok» bayramı adlandırırlar. Pasxanın başlanmasının ilk iki günündən birində bütün ailə qonaqlarla birgə xüsusi pasxa süfrəsində (sedere) iştirak edir. Pasxa süfrəsində matsudan başqa mütləq acı otlar, xaroset (sürtkəcdən keçirilmiş almalar, qazlar və şərabdan ibarət qarışıq), yumurta, qoyun sümüyü, tərəvəz, içində duzlu su olan kasa olur. Ev sahibi Misirdən gedişin tarixçəsini danışır və danışığını   izah­larla müşayiət edir. Süfrədə əyləşənlər dua edir və dörd qədəh şərab içirlər. Sedera mərasiminə xeyir-duaların deyilməsi, dini mahnıların oxunması daxildir. Sinaqoqada pasxa günlərində bayram ibadətləri keçirilir.
Pasxa bayramında yəhudi uşaqlarPasxa qədimdən, həmçinin əkinçilik bayramı hesab edilirdi. Bu zaman biçinin başlanması qeyd edilirdi. Pasxadan yeddi həftə sonra ( may, iyun aylarında) Sedmits (Şavuot) bayramı başlayır. Qədim yəhudilərdə o Pasxatək aqrar bayram olsa da (məhsul yığımının bitməsi), zaman keçdikcə tarixi-mənəi mənaya da sahib oldu; onu Sinay dağında Qanunun əldə edilməsi ilə əlaqələndirirlər. Bir çox icmalarda Şavuotun birinci axşamında Əhdi-ətiq kitabını oxuyur, mömin yəhudilər bütün gecə Bibliya və Talmudu oxuyurlar. Bir çox icmalarda məhz bu gun oğlan və qızların yetkinlik yaşına çatmaları qeyd olunur. Əsas bayramlara əlavə olaraq yəhudilikdə digər «kiçik» bayramlar da mövcuddur. Xüsusən geniş sevinc və Allaha minnətdarlıqla dolu olan iki bayram qeyd edilir. Işıq (Xanuka) qış bayramında yəhudilər eramızdan əvvəl ikinci əsrdə yunanlar üzərində qələbələrini və Qüds məbədinin təmizlənməsini yada salırlar. Xanukanın səkkiz gününün hər birində xüsusi səkkiz şamlı qəndildə (menore) növbəti şam yandırılır. Dini himnlər oxunur, uşaqlar şən oyunlar oynayır (ilk növbədə fırlanğıc-dreydl oyunu). Bu günlərdə şən ziyafətlər təşkil edilir, hədiyyələr mübadiləsi aparılır.
Top