Biznes ledi Christine Lagarde

Biznes ledi Christine Lagarde

Christine Lagarde Forbes jurnalına əsasən 2018-ci ildə dünyanın 3-cü ən nüfuzlu qadınıdır. Fransız əsillidir, 2 övladı var, 63 yaşı var.
Christine Lagarde 2011-ci ildən bəri BVF-yə sədrlik edir. O, fondun Çin, Rusiya və Birləşmiş Krallıq daxil olmaqla 189 üzv ölkəsində maliyyə nəzarəti və rəhbərliyi həyata keçirir. Onun sədrliyi dövründə, BVF avrozonanı borc böhranından çıxartmağa, həmçinin ABŞ və Çin arasında ticarət müharibəsi təhdidi, inkişaf edən bazarların risklərini aradan qaldırmağa müəssər olub. Noyabrda xanım Lagarde mövcud mübahisələr və tariflərin qlobal böyüməni təhlükə altına qoyması riskini duyurdu və ölkələri qlobala ticarəti düzəltməyə tələsdirdi. Lagarde mərkəzi banklardan rəqəmsal valyutanı, rəqəmsal iqtisadiyyatı pul ilə təchiz etmənin qanunu bir üsulu kimi qəbul etməyə çağırır.
Christine Lagarde
2008-ci il bank böhranən onilliyində Lagerde kişilərin dominantlıq etdiyi iqtisadiyyatda “qrup düşüncə tərzinə” işarə edərək, gələcəkdə gender islahatlarının vacibliyinə diqqət çəkdi.
Bütün bunlarla yanaşı o gender bərabərliyinə çağıran bir çox çıxışlar ilə yadda qalıb.
  • “Qadın – maliyyənin simasıdır.”
  • “Qadınlar yaxşı hiss edərsə, iqtisadiyyat da yaxşı olar.”
  • “Qadınlar bəzən kişi kimi olmaq üçün elə şiddətlə mübarizə aparır ki, bu zaman həm ağıllarını, həm də insanlıqlarını itirirlər, mənə görə bu ədalətsizlikdir”.
  • “Qadın olaraq zirvəyə yüksəlmək üçün, bəzən timsah kimi qalın dərili olmalısan”.
Yeniyetmə yaşlarında Lagarde üzgüçülük ilə məşğul olub və Fransanın sinxron üzgüçülük üzrə milli komandasının üzvü olub
Christine Lagarde dünyanın ən böyük hüquq fırması olan Baker & McKenzie-yə sədrlik etmiş ilk qadın olub.
 
 
 
Mənbə: 1lady.az
Top