Dayana Rossun qızı, amerikalı aktrisa Treysi Ellis Ross buruq, sərt və sözəbaxmayan saçlar üçün özünün kosmetika xəttini buraxaraq, 2,5 milyard dollarlıq bazara daxil olub.
Saçlara qulluq vasitələri üzrə kosmetika xəttinin buraxılması ideyası “Qızıl qlobus”un sahibi və “Qara Komediya” (Black-ish) serialının ulduzu Treysi Ellis Rossun ağlına elə məhz kosmetika mağazasında gəlmişdi. 2008-ci il idi və onun özünün də iştirak etdiyi məşhur “Rəfiqələr” şousu bitməkdə idi. Jurnaldan kəsilmiş şəkil ilə Rossa satıcı yaxınlaşır və deyir:
“Siz təsəvvür edə bilməzsiniz ki, nə qədər qadın sizin şəklinizi göstərərək belə bir saç düzümü edib-edə bilməyəcəyimi məndən soruşur. Satıcı müştərilərinə saç qaynağını məsləhət görsə də, Ross bildirir ki, müştərilərə lazım olan şey onların saçlarına uyğun saç qulluq vasitələrini seçməkdir. Bunun üçün isə satıcıda uyğun heç nə yox idi, lakin o, belə bir effekt verəcək istənilən məhsulu satmağa və inkişaf etdirməyə hazır olduğunu qeyd edir. Bununla yanaşı, o deyir ki, mahiyyət etibarilə eyni effekti verən istənilən məhsul, xüsusilə də Rossun dəstəki ilə, onu milyarder edərdi.
Məhz bu an Rossun ağlına ideya gəlir.
Elə həmin il kosmetika xətti üçün işə keçməyə başlayır və ideyalar özü özlüyündə yaranır: Onun artıq qeydlər doldurulmuş qovluğu var idi, öz dəftərində sektorda hansı məhsulların çatışmadığını qeyd etmişdi. Təbii ki, ətrafındakı insanlar, sahənin ekspertləri ilə məsləhətləşirdi. “Nəticədə mən özüm öz saçlarımın eksperti olmaqla yanaşı, həm də əksər qaradərili və buruq saçlı xanımlar üçün professionala çevrildim. Çünki gözəllik sektoru bizi dəstəkləmir. Bu səbəblə də, bizim hər şeydən başımız çıxmalı idi, hamam otağımızda özümüz üçün müxtəlif qulluq vasitələri, maskalar hazırlamağa məcbur idik.”
Treysi Ellis Rossdan yeni məhsul
11 ildən və 75 təcrübədən sonra (o, bütün videoları saxlayıb) Ross Pattern Beauty kosmetika xəttini buraxır. Bu xətt 5 saç tipi üçün nəzərdə tutulmuş 7 məhsuldan ibarət idi: 3B-dən tutmuş 4C-ə kimi. Bu xəttə şampun, 4 müxtəlif növ kondisioner və 2 serum, həmçinin müxtəlif alət və aksesuarlardan ibarət dəst daxil idi. Ross əsas hədəf auditoriyasının onun özü kimi qaradərilli xanımlar olduğunu başa düşsə də, həmişə vurğulayır ki, onun məhsulları hər hansı bir gender və etnik qrupa hədəflənməyib.
Son illər bazarda qaradərili xanımlar üçün saç qulluq vasitələri artmağa davam edir. Bazarın həcmi 2.5 mlrd dollar təşkil edir, Nielsen məlumatlarına görə etnik saç qulluq vasitələrinin alınmasına çəkilən xərclərin 90%-i afroamerikalıların payına düşür. Bazar böyüsə də, etnik məhsullarla təminat məhduddur, çünki ideya 11 ildən sonra reallaşsa belə, məhsula olan tələbatda böyük fərq gözə çarpmırdı. Əsas fərq odur ki, indi insanlar təbii buruqları saxlamağa üstünlük verirlər və saç qaynağı və kimyəvi düzləşdirmələrdən imtina edirlər.
Ross öz ideyasını təqdim etmək üçün marketinq agentliyi ilə keçirdiyi ilk görüş uğursuzluğa düçar olur. “Menecer mənə baxdı və dedi: “Mən başa düşə bilmirəm ki, sizin saç qulluq məhsullarınızı kimsə almaq istəyəcək? Dünyada saç üçün o qədər məhsul var ki, siz niyə elə düşünürsünüz ki, məhz bunlar da yoxdur?”. İlk dəfə idi ki, bunu kimsə soruşurdu. Bu çox yaxşı sual idi və mən cavabı üzərində düşünməyə başladım.”
Qaradərili xanımlar üçün xüsusi məhsul
Ross artıq mövcud olan bir şirkət ilə əməkdaşlıq imkanlarını gözdən keçirirdi. Lakin bu təcrübə ona “Titaniki hərəkət etdirmək” cəhdlərini xatırladırdı. Əslində isə Ross öz məhsullarını sıfırdan yaratmaq istəyirdi. Patterndə o elə bir partnyor axtarırdı ki, ona əməliyyat fəaliyyəti ilə bağlı köməklik göstərsin, lakin şirkətlə bağlı yaradıcı fəaliyyəti özündə saxlamağa və paket üzərində mülkiyyət hüququna sahib olmağa imkan versin. “Karyeram ərzində başa düşdüm ki, tarixən qaradərili insanlar bizim yaratdıqlarımız üzərində mülkiyyət hüququna sahib olmayıblar, biz öz adımızdan məhrum olurduq və hətta öz fəaliyyətimiz haqqında məlumat ala bilmirik.” Lakin onun tarixçəsi başqa cür yazılmalı idi.
O Patterni elə bir brendə çevirmək istəyirdi ki, sanki aramızda olan bir insan tərəfindən yaradılmışdır. Bu səbəblə də, Ross bütün marketinq strategiyasını nəzarətdə saxlayır, hansının ki əsasında mobil reklam kampaniyaları dururdu. Ross kampaniya ərzində moda jurnallarının 35 redaktorunu real vaxt rejimində öz məhsullarını istifadə edərək necə duş aldığını və saçlarını yuduğunu göstərmək üçün dəvət etmişdir.
Onun üçün vacib olan “biz gözəl görünmək üçün saçlarımızı dəyişməli deyilik, bizim saçlarımız onsuz da gözəldir, onlara sadəcə qulluq etmək lazımdır. Saçlarımız sağlam və nəmlənmiş olmalıdır ki, onlarla istədiyinizi edəsiniz” ideyası ilə çıxış etmək idi.
Mənbə: 1lady.az