SSRİ-də seks yoxdur deyən qadın

SSRİ-də seks yoxdur deyən qadın

17 iyul 1986-cı ildə mehmanxana inzibatçısı və “Sovet Qadınları Komitəsi” adlı təşkilatın üzvü Lyudmila İvanova Leninqrad-Boston Sovet-Amerika telekörpülərindən biri zamanı “SSRİ-də seks yoxdur” ifadəsini işlətməklə dünya şöhrəti qazanmışdı.
Telekörpünün amerikalı qadın iştirakçılarından biri belə bir sual vermişdi: “Bizdə bütün günü telekanallardakı reklamlar seksin ətrafında dövrə edir, sizdə də belə reklamlar varmı?” Məhz bu anda aparıcı Pozner mikrofonu Lüdmila İvanovaya vermişdi. Lüdmila İvanova: “Əvvəla, bu seks sözünü heç kim eşitməmişdi, sadəcə təxmin edirdilər bunun nə demək olduğunu.                           Ludmila İvanovaBiz də başa düşürdük ki, bu sözün çox da yaxşı mənası yoxdur. Mən fəal qadın idim və Pozner də milktrofonu mənə verdi. Mən dedim: “SSRİ-də seks yoxdur, biz bunun əleyhinəyik”. Mən deyəndə ki, “SSRİ-də seks yoxdur”, qəhqəhə partlayışı baş verdi, daha heç nə eşitmirdim. Əvvəla qorxdum, düşündüm ki, nəyisə düz deməmişəm və məni yaxşıca cəzalandıracaqlar. Belə də oldu. Amma məsələ burasında idi ki, biz tapşırığa görə onların nə deməsindən asılı olmayaraq bunları inkar etməli və razılaşmamalı idik. Bundan əvvəl Pozner bizimlə saat yarım söhbət aparmışdı. O deyirdi: “Gözlənilməz suallar olacaq. Onlar sizi bağlamağa çalışacaqlar. Təslim olmayın. Dərhal cavab verin, utanmayın”. Mən də çalışırdım ki, tapşırığı yerinə yetirim. Amerikalı qadınlar verilişə cırıq maykalarda, sürtülmüş şalvarlarda gəlmişdilər. Biz isə bəzənib-düzənmişdik, hazırlaşmışdıq. Mən qızıl broşunu mənə versin deyə anama iki gün yalvarmışdım. Bu bizim üçün birinci şok anı idi. Amma onlar özlərini çox sərbəst aparır, saqqız çeynəyirdilər. Bizsə parlaq gözlərimizlə Vətəni qorumağa gəlmişdik.Qeyd edək ki, telekörpü 1986-cı ilin 28 iyununda yazılmış və 17 iyulda efirə verilmişdi.
“SSRİ-də seks yoxdur” deyən Lüdmila İvanovna beş dəfə ərdə olub, onların dördü dünyasını dəyişib

Mənbə:libre.az
Top