Hindistandan Hollivvuda uzanan yollar
1905-ci ildə iyirmi yaşlı Ernest Ricard Xarli işləmək üçün İngiltərədən Hindistanın Kəlküttə şəhərinə gəlir. Evlənmək haqqında düşünməyən gənc elə həmin ərəfədə Gerturuda Robinson Yakji ilə tanış olur. Gerturudanın gözəlliyi Ernesti onunla evlənməyə məcbur edir. 1911-ci ildə ailə quran cütlük Kəlküttdən çox da uzaq olmayan dağlarla əhatə olunmuş Darcilingdə yaşamağa başlayırlar. 1913-cü il noyabrın 5-də onların Vivyen adlı qızları doğulur. Vivyenin səhnəylə ilk tanışlığı çox erkən yaşlarından başlayır. Üç yaşı olanda səhnədə şeir deyir.
Vivyenin anası savadlı qadın olduğu üçün hələ uşaq yaşlarından onda ədəbiyyata, musiqiyə maraq oyadır. Ona Hans Andersonun, Redyard Kiplinqin nağıllarını oxuyur. Yunan mifologiyası ilə tanış edir.
1920-ci ildə Vivyenin yeddi yaşı tamam olmağına az qalmış valideynləri onu Londonun qərbində yerləşən “Roxemptonun müqəddəs ürəyi” monastrına qoyurlar. Monastrın ən kiçik şagirdi olan qızcığaz orda özünə çoxlu rəfiqələr tapır. Lakin, sonralar o, gələcəkdə aktrisa olacaq Morin O Sallivan ilə möhkəm dostluq edir.
Monastrı bitirdikdən sonra hər iki rəfiqə 1932-ci ildə Londonun İncəsənət Akademiyasına daxil olurlar.
1932-ci ildə Vivyen Herbert Li Hofmanla tanış olur. Onuy ilk dəfə görən kimi Vivyen Morinə deyir. “Mən ona ərə gedəcəm”. Həmin ərəfədə Vivyenin 19, Hofmanın isə 31 yaşı olur. 1932-ci ilin dekabr ayında onlar ailə həyatı qururlar.
Toydan sonra həyat yoldaşının istəyi ilə təhsildən ayrılan Vivyen əri ilə bal ayına çıxırlar. Gəzintidən döndükdən sonra iki otaqlı balaca mənzilə yerləşən ailə bir müddət sakit və xöşbəxt yaşayırlar. Lakin, Vivyen tezliklə darıxmağa başlayır. Təhsilini yarımçıq qoymağın peşmançılığı onu dərindən narahat edir.
Bir müddət sonra o, ərini yola gətirir ki, ona fransız dili dərslərinə getməyə icazə versin. Birinci rübü müvəfəqqiyyətlə bitirdikdən sonra o, hamilə olduğunu öyrənir. Bu səbəbdən dərslərə ara verir. 1933-cü il oktyabrın 12-də onları Syuzan adlı qızları dünyaya gəlir.
Olivye Lourenslə tanışlıq və başlanan uğurlar
Aktyor Lourens Olivye Vivyeni ilk dəfə “Maska Dobrodeteli” tamaşasında görüb bəyənir. Tamaşadan sonra o, Vivyeni təbrik edir. Bundan sonra onların əlaqələri davam edir. Həmin ərəfədə onun arvadı aktrisa Cilli Esmond hamilə olur. Lakin, Olivye tezliklə başa düşür ki, Vivyen kimi gözəl və ağıllı qadını sevməmək mümkün deyil. 1937-ci ildə onlar “Plamya nad anqley” filmində tərəf müqabili olurlar. Çəkiliş vaxtı bir-birlərinə daha da bağlanan cütlük tezliklə evlənmək qərarına gəlirlər. Lakin, nə Linin həyat yoldaşı, nə də Olivyenin arvadı boşanmağa razılıq vermirlər. Belə olan halda onlar birlikdə yaşamağa davam edirlər.
Günlərin birində isə Vivyen Marqaret Bitççelin “Küləklə sovrulanlar” romanını oxuyur. Və belə qərara gəlir ki, həmin əsərin ekran versiyası üçün hazırlanan ssenarinin baş qadın rolunu çox gözəl ifa edə bilər. Bunun üçün də o, öz agentini məcbur edir ki, filmin prodüsseri Devid Selzniki Vivyeni Skarlet roluna təsdiq etmək üçün yola gətirsin.
Filmlərlə yanaşı aktrisa teatrda rollarını ifa edirdi. O. Lourens Olivyenin qurluşunda hazırlanan “Hamlet” tamaşasında Ofeliya rolunu ifa edirdi. Bir müddət sonra Vivyen yaxın rəfiqəsi Morinlə birlikdə “Oksfordda yanki” filminə çəkilir. Həmin filmdən sonra aktrisa Birləşmiş ştatların diqqətini özünə cəlb edə bilir.
Lourens Olivye isə bir müddət Hollivudu tərk etmək məcburiyyətində qalır. Onlar Vivyenlə müvəqqəti də olsa ayrılırlar.
Həmin ərəfədə Hollivvudda “Küləklə sovrulanlar” əsərinin çəkilişlərinə başlamaq üçün hazırlıqlar gedir. Lakin, Skarlet rolu üçün təsdiq olunacaq aktrisanın axtarışları səylə davam edir. Filmin prodüsseri ona təkif olunmuş aktrisaların filmlərini nəzərdən keçirir. Eləcə də Vivyen Linin bütün filmlərinə baxır. Bir müddət sonra o, filmin rejissoruna məktub yazır: “Mən bu yeni qıza ümid edirəm.” Həmin ərəfədə Olivyeyə yaxın olmaq bəhanəsi ilə Los Ancelesə köçən Vivyen Devid Selznikin qardaşı Mayronla görüşür. Mayron onunla tanış olduqdan sonra əmin olur ki, qardaşının axtardığı aktrisa məhz Vivyendir. Bütün bu prosseslərdən sonra filmin rejissoru da Vivyeni həmin rolda görməyə razılşır. Beləliklə Vivyen öz arzusuna çatır və rəqiblərini arxada qoyaraq çətinliklə də olsa, Skarlet roluna təsdiq olunur.
Filmin çəkilişləri çox çətin qaydalarla həyata keçirilir. Filmin ilk rejissoru Kyukor filmdən çıxarılır onu isə Viktor Fleminq əvəz edir. Li ilə Fleminq çox tez-tez mübahisə edirlər. Aktrisa filmdə tərəf müqabili olduğu Klerk Qeybl və onun həyat yoldaşı ilə çox yaxın dost münasibətində olurlar. O, həftənin bütün günləri fasilə vermədən filmin çəkiliş meydançasında olur. Çox yorğun və əsəbi olan Vivyen üzünü görmədiyi Olivyeyə yazdığı məktublarda qeyd edir “Mən artıq dözə bilmirəm. Bu cür işləməyə vərdiş edə bilmərəm. Kinoya çəkilməyə isə nifrət edirəm.”
Çörçillin sevimlisi…
Lakin, çəkilən zəhmət öz bəhrəsini verir. Film bitdikdən sonra gözlənilən mükafatı qazanır. Vivyen Li 1940-cı ildə ən yaxşı qadın roluna görə “Oskar” mükafatına layiq görülür. Elə həmin ili Cill Esmond Olivyedən, Xolman isə Vivyendən boşanmağa razılıq verirlər. Olivyeniun uşaqları Cillidə, Vivyenin qızı isə atasında qalır. 1940-cı il 30 avqustda onlar Kaliforniya ştatında evlənirlər. Toyun şahidləri isə aktrisa Ketrin Xepbern və rejissor Qarson Kanin olur. Li və Olivye 1941-ci ildə “Ledi Hamilton” filminə çəkilirlər. Film hər iki aktyora çox böyük uğur gətirir. Onların şöhrəti Aqmerika sərhədlərini aşır. Keçmiş SSSR-də film çox yüksək nəticələr əldə edir.
Böyük Britaniyanın baş naziri Uinston Çörçill Amerikanın prezidenti Franklin Ruzveltin iştirakı ilə baş tutan məclisin sonunda məhz həmin filmin izlənilməsini təklif edir. Film Ruzveltində xoşuna gəlir. Həmin vaxtdan sonra Olivye və Vivyen Çörçillin ən sevimli sənət adamı olurlar. Çörçill ən layiqli məclislərinə fərxri qonaq kimi onları dəvət eidr.
1943-cü ildə Vivyen Afrikaya turneyə çıxır. Həmin ərəfədə aktrisada güclü öskürək baş qaldırır. Xəstəxanaya yatırılan Vivyenə vərəm diaqnozu qoyulur. Bir müddət xəstəxanada yatan aktrisa sağalandan sonra “Sezar və Kleopatra” və “Anna Karenina” filmlərinə çəkilir. Elə həmin vaxtları həkimlər Vivyenə hamilə olduğunu deyirlər. Vivyenin və Olivyenin sevinci çox çəkmir. Vivyen uşağı hələ bətnində ikən itirir. Xəstəlik və filmlərin yorğunluğundan sonra Vivyen dərin depressiyaya düşür.
1948-ci ildə Olivye və Vivyen Avstraliyaya işgüzar səfərə çıxırlar. Onların oynadıqları tamaşalar çoxlu uğurlar əldə etsə də Vivyen yorğunluqdan və yuxusuzluqdan əziyyət çəkir. Bütün bunlar isə təbii ki, onun ruh halından izsiz ötüşmür. Vivyenin halı pisləşən zaman onu həftələrlə dublyorları əvəz edir.
Lakin bir dəfə Olivye onu səhnəyə çıxmağa məcbur edir. Bundan imtina edən Li Olivyedən yumruq zərbəsi alır. O, bunun əvəzində hamının gözü qarşısında Olivyenin üzünə şillə vuraraq çıxıb səhnəni tərk edir.
İkinci “Oskar” və itirilən məhəbbət
Bir müddət sonra aktrisa yenidən özündə güc tapıb “Arzular Tramvayı” filminə çəkilir. Filmdə aktrisanın tərəf müqabili yaraşıqlı Marlon Brando olur. Film uğur qazansa belə kinotənqidçilər Vivyenin ifasını uğursuz hesab edirlər. Buna baxmayaraq 1952-ci ildə Vivyen həmin filmdəki roluna görə ikinci “Oskar”ıqazanır. Filmin rejissoru isə filmin uğurunun ən çoxunun məhz Vivyenə məxsus olduğunu vurğulayır.
Bir müddət sonra Vivyen daha da əsəbi olmağa başlayır. Lourens üçün onuna yaşamaq gün-ngündən çətinləşir. O, meylini aktrisa Con Poluyrayta salır. Bu xəbər Vivyenə çatanda o, psixoloji böhran yaşayır. Həkimlər ona dmanyakcasına depressiv vəziyyət diaqnozu qoyurlar. Lourens hiss edir k, artıq Vivyenlə birlikdə yaşamaq bircə dəqiqə də mümkün deyil. Beləliklə onlar ayrılırlar. Vivyen isə öz gündəliyinə bunları yazır. “Mən tək qala bilmirəm. Bütün sakitliyimi itirib dözülməz hala düşmüşəm. Mən daima nəyləsə məşğul olmaq məcburiyyətindəyəm”
Vivyen isə aktyor Cek Marivel ilə yaxınlşamağa başlayır. Cek onu hər cür xasiyyəti ilə qəbul edir. Onlar birlikdə xarici ölkələrə qastrola çıxırlar.
1967-ci ildə onlar birlikdə yaşamağa başlayır. Hamı elə bilir ki, onlar artıq evlənmək üzrədilər. Lakin, təəssüf ki, vərəm xəstəliyi Vivyenin hər iki ağ ciyərini zəbt edir. Həkimlər ona təcili xəstəxanada müalicə almağı məsləhət görsələr də o, təklifləri rədd edir. Günlərin birində o evində Ceklə birlikdə oynayacaqları tamaşanın məşqini təkrarlayırlar. Daha sonra Vivyen mətbəxə keçib özünə sup hazırlayır. Otaqda tək qalan Cek mətbəxdən möhkəm və küt səs eşidir. O, mətbəxə gələndə Vivyen huşsuz halda yerdə uzanıqlı olur.
O, Vivyeni yataq otağına gətirir. Vivyen özünə gəlsə də bədənini hərəkət etdirə bilmir. Cek Olivyeyə zəng vurur. Həmin ərəfədə Olivyedə xərçəng xəstəliyindən xəstəxanada müalicə olunur. Buna baxmayaraq o, tez zamanda Vivyenin evinə gəlir. Gəlib çatanda isə artıq Vivyenin cansız bədəni ilə qarşılşır.
8 oktyabr 1967-ci ildə aktrisa Londondan o qədər uzaq olmayan qəbirstanlıqda dəfn olunur.