Ötən əsrin 40-cı illərinin parlaq siması olan Rita Xeyvort yalnız adi aktrisa deyildi, o, həmçinin, kino tarixinin ilk “seks-simvol”u idi.
O, hamının qəbul etdiyi “sevgi ilahəsi” idi, onun gözəlliyi insanları dəli edirdi… İri gözləri, kürən gur saçları, inanılmaz dərəcədə qadınlıq keyfiyyəti, gözəl bədən quruluşu və kübarlıq – o, peşəkar rəqqasə idi. Təəccüblü deyil ki, Ritanı ekranda görən hər kəs — adi əsgərdən tutmuş məşhurlara qədər hər kəs bu gözəlliyin qarşısında ağlını itirirdi...
26 yaşlı Orson Uellsin Ritanı ekranda görər-görməz başqa heç nə barədə düşünə bilməməsi də təəccüblü görünməməlidir. – “Bu qadın mənim həyat yoldaşım olacaq”- o söyləyir. Rita onunla tanış olmaq istəmirdi. Orson isə fasiləsiz olaraq ona zəng edirdi. Rita zənglərə cavab vermirdi. Bu zaman Uells açıq hücuma keçir. O, axşam saat altından səhər saat altıya qədər onun evinin yanında keşiş çəkir. Nə Hevvortun əri, nə jurnalistlər – heç kim onu yerindən tərpədə bilmir. Nəhayət, Rita onun inadının qarşısında tab gətirmir. O, aşağı düşüb, Orsonun evlənmək təklifini qəbul edir. Cadsona isə boşanmaq qalır. İnsanlığın ən ali arzusu yerinə yetir: ölkənin ən arzuolunan qadını zamanının ən istedadlı kişisinin xanımına çevrilir.
Təəssüf ki, bunun nəticəsində qeyri-adi heç nə baş vermir. Bir neçə ay davam edən ehtiraslı münasibətlərdən sonra Orson həyat yoldaşından bezir və yenidən öz işi ilə məşğul olmağa davam edir. Rita isə bunu dərhal anlamır. O, hələ də “Yatmış gözəl”dəki gözəl idi. Heyvort xoşbəxtliyin başa çatdığını anlamamışdı.
Orson çox inandcıl insan idi. Uells eyni anda bir neçə işin qulpundan yapışmışdı: O, gah Ruzveltin seçkiqabağı təbliğat kompaniyasına başçılıq edir, gah Hollivudda parlaması naminə “Qaranlığın ürəyi” filminə çəkilir, gah Avropaya gedir, gah da fokuslardan ibarət şou hazırlayırdı.
Rita onu səyahətlərində müşayiət edə bilmirdi, çünki “Columbia” şirkəti ilə müqavilə buna izn vermirdi. Hətta 1944-cü ildə qızı Rebekkanın dünyaya gəlməsi belə nikahın çat verməsinin qarşısını ala bilmir. Dəyişkən xasiyyətli, daim başı qarışıq olan Uells bəzən nəinki öz həyat yoldaşı, hətta qızı barədə də unudurdu.
Onların yeganə birgə işi “Şanxayda olan xanım” filmi olur, bu da təsadüfdən yaranır. Belə ki, Uellsə teatr üçün pul lazım idi. Ona görə o, “Columbia”dan istənilən süjetli bir film çəkməyi xahiş edir. Bu təklif Harri Konun xoşuna gəlir. Uells pulu alır, əvəzində isə Rita Heyvortun iştirakı ilə dedektiv çəkəcəyinə söz verir. Cütlük boşanma ərəfəsində idi. Lakin bu işə mane olmurdu. Heyvort şikayət etmirdi. O artıq gözəl şahzadənin onu çoxdan unutduğunu anlamışdı. İndi Orsonun yeni işi və yeni qadınları vardı.
Onların yolu bir daha heç vaxt kəsişmir. Uells ABŞ və Avropada çalışır, Marlen Ditrix, Fransuaza Saqan və digərlərini yoldan çıxarmaqla məşğul olur. Ritaya evlilik təklifi edənlər arasında Misir kralı, İran şahının qardaşı və bir çox milyonçular vardı. Rita daha üç dəfə evli olur: Pakistan rəhbərinin oğlu Əli-xanla, ikinci dərəcəli aktyor Dik Haymsla və prodüser Cim Hillə. Hər növbəti nikahda Rita bir daha əmin olurdu: nağıl yalan imiş, həyatındakı kişilər yalnız ondan istifadə etmək istəyirlər.
Aktrisanın taleyi dəhşətli sonluqla bitir. Bir vaxtlar dünya gözəli hesab edilən qadın içkiyə qurşanır, ruhi problemlər yaşayır, bəzən heç doğma övladlarını da tanımır. Hamı tərəfindən unudulmuş Rita Heyvort 1987-ci ildə vəfat edir. Onun yanında övladlarından təkcə qızı Yasmin olur.
Uells keçmiş həyat yoldaşının vəziyyətindən xəbərdar idi, lakin o, bu haqda danışmağı sevmirdi. Yalnız bir dəfə, səhvlərini heç zaman boynuna almayan Uells, nəhayət, etiraf edir: “Ritanın kişilərdə bəxti heç gətirmirdi. Mən də digərlərindən fərqlənmədim. Mən ona sonradan yerinə yetirmədiyim vədlər verdim. Yəqin, mən onun qarşısında günahkaram”.
Rita özü isə ölümündən bir müddət əvvəl qızı Yasminə deyir: “Məni heç kim sevmirdi. Heç kim. Hamıya mənim pullarım və şöhrətim lazım idi, özüm yox. Məni ancaq Orson sevirdi, o da sona qədər sevmədi. Mən isə onu o qədər sevirdim...”