Beyonce

Beyonce

Beyonce Giselle Knowles – hamı onu qısaca olaraq Beyonse çağıır. Məşhur müğənni, bəstəkar, aktrisa, rəqqasə, dizayner olan Beyonse 1981- ci il sentyabrın 4-də ABŞ-ın Hyuston şəhərində dünyaya gəlib.

Uşaqlığında çox utancaq olan, öz yaşıdlarından seçilməyi xoşlamayan, daim yerə baxan 6 yaşlı kiçik qızın istedadlı olduğunu başa düşən valideynləri onu rəqsə qoyurlar. Rəqs məktəbində Beyonsun xoreoqraf müəllimi olan miss Darlett onun müsabiqədə iştirak etməsini məsləhət görür.

Beyonse müsabiqədə ilk mahnısı olan Con Lennonun repertuarından “İmagine” mahnısını oxuyur. Müsabiqədə qalib gələn Beyonse hər kəsi, o cümlədən valideynlərini heyran edir. O gündən bəri Beyonse 30-a yaxın gənclər arasında müsabiqənin qalibi olub.

Qalib gəldikdən sonra Beyonsun atası Girls Time (sonralar qrupun adı Destiny`s Child oldu) adlı qrup yaradır.

Seçimlərə Beyonse özü və atası münsiflik edirdilər. Qrupa qohumları olan Kelli Rounlend və 4 qız da seçilir. O gündən sonra qrup oxumağı, rəqs etməyi öyrənir, boş vaxtlarında isə Beyonsun anasının gözəllik salonunda, müştərilərin qabağında çıxış etməyi öyrənirlər.

Qrup Ümumamerikan TV şousu olan STAR SEARCH-ə yaxşı hazırlaşsa da məğlub olur. Bundan sonra Beyonsun atası qrupun tərkibini azaldaraq 4 nəfər saxlayır.

1995-ci ildə qrup yaxşı sponsor tapır və həmin vaxtdan sonra qrupun adı dəyişir — Destiny's Child.

1998-ci ildə ilk albomları olan «Destiny's Child» işıq üzü görür.


2002-ci ildən isə qrup üzvləri solo fəaliyyət göstərməyə başlayır. Beyons dərhal kino sahəsində özünü aktrisa kimi sınamağa başlayır və bu, uğurla nəticələnir. Həmin filmin bir neçə mahnısını da özü bəstələyir.

Gözəl olduğu üçün 1-2 il ərzində o, «Pepsi», «Loreal» kimi məşhur şirkətlərin reklamlarında çəkilir. Tezliklə «Dangerously In Love» adlı ilk solo-albomunu buraxdırır.


2007-ci ildə Cey Ziylə ailə qurur.
Top