Tarixdə iz qoymuş yeddi həyat yoldaşı

Tarixdə iz qoymuş yeddi həyat yoldaşı

Jozefina Boqarnye
Josephine Bogarne250 il əvvəlin 23 iyun 1763-cü ilində Napalyon Bonapartın birinci və ən sevimli qadını olan  dünyaya gəlib. Kral, prezident baş nazir həyat yoldaşlarının bir çoxu kimi o, təkcə ərinin ürəyində deyil, eləcə də dünya tarixində iz buraxıb.

Karibdəki Martinika adasından olan Jozefina hələ 16 yaşındaykən Boqarnye soyadlı vikonta ərə gedib. Tezliklə boşanıb və iki uşaqla qalıb. Ancaq gözəlliyi ona itib-batmağa imkan verməyib. Təbii ki, yüngül həyat tərzinə meylliliyi də.

Jozefina 1789-cu ilin Fransa inqilabından sonra yaradılmış Milli yığıncağın sədri Pol Barrasın sevgilisi olur. Məhz Barras qadını gənc general Bonapartla tanış edir. Jozefinadan altı yaş kiçik olan Napalyon ona uşaq kimi vurulur. 1796-cı ildə cütlük evlənir.

Napalyon İtaliyada müharibə apararkən qohumları böyük sevinclə generala Jozefinanın kimlərlə gizli şəkildə münasibət qurduğunu çatdırırdılar. Ancaq bu xəbərlərin xeyri olmurdu. Bonapart həyat yoldaşının sədaqətsizliyinə və ordu hesabına apardığı şübhəli maliyyə sövdəşəlmələrinə göz yumurdu. Hətta çoxlu miqdarda pul verir, arvadının qohumlarını müxtəlif yüksək vəzifələrə təyin edirdi. Ümumən Napalyon üçün üç şey var idi: Ordu, Fransa və Jozefina.

Szyan Sin (1914-1991)
Bu qadın Çin lideri Mao Tsedunun həyat yoldaşı idi. Ölkənin Kommunist Partiyasının Siyasi Bürosunun üzvüydü. «Mədəni inqilab» zamanı Çin ziyalılarının təqibi ilə məşğul olurdu. Ərinin dünyasını dəyişməsindən sonra «dördlər qruplaşması»nın tərkibində ölüm cəzasına məhkum edilsə də, sonradan bu cəza ömürlük həbslə dəyişdirildi.

Aleksandra Romanova (1872-1918)
İmperator II Nikolayın həyat yoldaşı olmuşdu. Dəmir xarakterə malik bu qadın zamanında Qriqori Rasputinin çarın ətrafından uzaqlaşdırılmasına qarşı çıxırdı. Deyilənə görə, Rusiyanın I Dünya Müharibəsindəki məğlubiyyəti və eləcə də 1917-ci il inqilabı onun günahı üzündən baş verib.

Nadejda Krupskaya (1869-1939
Rus bolşevizminin lideri Vladimir Leninin həyat yoldaşıydı. Eyni zamanda Kommunist Partiyasının görkəmli xadimlərindən sayılırdı. N.Krupskaya Stalin repressiyalarının əleyhidarıydı və həmin vaxt günahsız mühakimə olunanları müdafiə edirdi.
tarixdə iz qoyan qadınlar

Evita Peron (1919-1952)
Argentina prezidenti Xuan Peronun həyat yoldaşı Evita ölkəsində ən azı əri qədər populyar idi. Prezidentdən nəyisə xahiş etmək istəyənlər öncə çalışırdılar ki, Evitayla görüşsünlər. Bir çox keyfiyyətlərinə görə argentinalılar onu millətin mənəvi lideri adlandırırdılar.

Elyonora Akvitanskaya (1124-1204)
Elyonora iki kralın həyat yoldaşı olmuşdu. Onlardan birincisi Fransa kralı VII Lüdovik, ikincisi İngiltərə kralı II Henrix idi. Yeddi övladı, o cümlədən şir ürək Riçard Avropa sülalələrinin taleyindən önəmli rol oynamışdı. Məhz Elyonoranın Fransadakı torpaqları Fransa və İngiltərə arasında getmiş və tarixə «yüz illik müharibə» (1337-1453) kimi düşmüş müharibənin səbəbi idi.

tarixdə iz qoyan qadınlar
Raisa Qorbaçova (1932-1999)
Deyilənə görə, sovet liderlərinin həyat yoldaşları içərisində məhz onun xaricdə görünməsi xəcalət hissi yaşatmırmış. Görünür, SSRİ rəhbərlərinin çox yöndəmsiz və çirkin həyat yoldaşları olub. Ancaq Raisanın xəcalətli işlərinin olduğu məlumdur. Həyat yoldaşını vəzifə pillələrində yüksəltmək üçün bir zamanlar SSRİ lideri olmuş Andropovun bağ evinə baş çəkərək ali rəhbəri əyləndirdiyi bildirilir. Mixail Qorbaçov ölkəyə rəhbərlik etməyə başlayanda Raisanın ərinə hədsiz təsirə malik olmasına dair çoxlu sayda faktlar da var.

Top