Nikol Kidman

Nikol Kidman

Nicole Kidman 1967-ci ildə iyunun 20-də Honoluluda (Havay ştatı) anadan olub.Onun həm ABŞ həm də Avstraliya vətəndaşlığı var. Aktrisanın biokimya sahəsində çalışan eyni zamanda psixoloq olan atası Antony tədqiqat aparmaq məqsədilə həyat yoldaşı Janelle birlikdə adaya köçür. Qızları anadan olandan sonra Antony döş xərçəngi xəstəliyinin tədqiqatı məqsədilə ailəsi ilə birlikdə Vaşinqton ştatına üz tutur və 3 il orada yaşayır. Hələ kiçik yaşlarından Nikolda aktrisalıq qabilliyəti var idi.
Onun yaratdığı ilk obraz 6 yaşında məktəbdə Milad bayramı münasibətilə səhnələşdirən tamaşada oynadığı rol olur. Ktrisa olmaq arzusuna isə Nikol heç də asanlıqla qovuşmayıb. Artıq çəkisi ucbatından yaşıdlarından böyük görünən Nikolun dostları o qədər də çox deyildi.
Frank Wedekindin “Baharın oyanışı” (Spring Awakening) adlı tamaşasında rol alan Nicole özünün səhnədə ilk öpüşünü də məhz bu tamaşada gerçəkləşdirir. Həmin tamaşada baş verən seksual repressiya qurbanlarının birinin obrazını canlandırır.

Nikol Kidman-aktrisa

Şəxsi həyatı
1990-cı ildə Nicole İldırımlı günlər filminə dəvət alanda onu nə gözlədiyini heç ağlına belə gətirə bilməzdi. Filmin rejissoru Tony Scott kifayət qədər gözəgəlimli amma eyni zamanda əsas qəhrəmanı kölgədə qoymayan aktrisa axtarışında idi. Filmdə baş rolu məşhur aktyor Tom Cruise ifa edirdi. Heç kimin ağlına belə gəlməzdi ki onlar arasında eşq macərası yaşana bilər 1990-cı ildə ailə həyatı qururlar. Və daha sonra onlar iki uşağı Connor və İsabellanı övladlığa götürürlər. 1999-cu ildə 3-cü dəfə birgə filmə çəkilirlər. Bu ”Eyes Wide Shut“ filmi olur O hətta Toma görə hündürdaban ayaqqabılardan imtina etməli olmuşdur. Çəkildiyi növbəti Özgələr adlı filmindən sonra onu yeni-yeni uğurlar gözləyirdi.
Kidman müğənni Keith Urbanla 2005-ci ilin yanvarında bir bayram gecəsindı tanış olurlar. 2006-cı ilin iyunun 26-sında Nicole və Keith Sidneyin Müqəddəs Patriks Estate vilayətinin Cardinal Ceretti Memorial kilsəsində nigah kəsdirirlər. 2008-ci ildə isə mətbuata verdiyi müsahibədə üç aylıq hamilə olduğunu bildirir. Onların Sunday Rose adlı övladları 2008-ci ildə iyulun 7-də Tennesi ştatının Neşvil şəhərində dünyaya gəlib.Nikol Kidman Golden Globe Awards mərasimində

İngiltərəli aristokrat, parisli kurtizanka, hollivud cadugəri, kürən kələkbaz-Nikol sadalanan bütün rollarda gözəl qalmağı bacarır. Həyatdasa avstralialı gözəl şeytancasına cazibədar olaraq qalır.

İddialı qamət, durna boyunlu, möhtəşəm plastiklik-bütün bunları Nikol 4 yaşından məşğul olduğu baletə borcludur. Rəqslə məşğul olması onun taleyini müəyyənləşdirdi. Məhz rəqslə maraqlanması Nikolu teatra gətirdi və o, aktyorluq mahərətinə yiyələndi. Təəccüblü deyil ki, 15 yaşından Nikol Avstraliyada ekranlara çıxdı. Tezliklə sarışın gözəli Hollivud prodüserləri sezdilər və o, ilk dəfə “Şimşək günləri” filmində rol aldı. Məhz bu filmdə Nikol gələcək əri Tom Kruzla tanış oldu. Zərif Nikol və cazibədar Tom Hollivudun ən gözəl cütündən biri sayılırdı. Lakin 2001-ci ildə onların “ideal” nigahları dağıldı.

Tezliklə Nikol sübut etdi ki, məşhur olmağı bacarır. Çəkildiyi “Mulen Ruj”, “Saat” və “Doqvill” kimi filmlərlə təsdiqlədi ki, o da bacarıqlıdır və kimsəyə möhtac deyil. Hollivudun aparıcı aktrisası olduqdan sonra Nikol şəxsi həyatında da irəlilədi. 40 yaşında ana oldu.

Günəşə yox, botoksa-hə!

Nikol Kidman farfor dərisilə də məşhurdur. Təbii ki, belə nemətə görə aktrisa təbiətə minnətdar olmalıdır. Lakin təbii gözəllik diqqət də tələb edir, əks təqdirdə tezliklə sönüb gedər. Buna görə də, aktrisa gün ərzində 1,5 litr qaynadılmış su içir. Həmçinin dərisinin həmişə nəm almasına diqqət yetirir.

Nikol Kidmanın gözəllik sirlərindən biri də Günəş şüalarından uzaq durmasıdır. Nikol Qonoluluda anadan olub, uşaqlığı da Avstaliya sahillərində keçib. Ancaq heç zaman Günəş vannası qəbul etməyi sevməyib. İndi də ərilə gəzintiyə çıxan zaman Nikol bədəninə və üzünə Günəş şüasında qarşı qoyucu kremlər sürtür. Bununla da o, dərisini qırışlardan qorumağa çalışır.

Amma plastik cərrahlar əmin edirlər ki, Nikol Kidmanın gənc görünməsinin sirri təkcə üzünə və bədəninə qayğı və diqqətlə yanaşmasında deyil, həmçinin aktrisanın tez-tez etdirdiyi botoksdadır. Bundan başqa, bir neçə il öncə aktrisa botoksdan həddən artıq istifadə etdiyinə görə tənqid hədəfinə çevrilmişdi. Həddən artıq hamar dəri əldə etməklə o, canlı mimikanı və füsunkar gülüşünü itirmişdi. Buna görə, onu hətta yarasa ilə müqayisə də etmişdilər.

Duz-heç zaman, çay-hərdən

İncəsümüklü Nikol həmişə arıq olub, lakin malik olduğu status həmişə özünə diqqət yetirməyə məcbur edir. Nikolun əsas qaydası az yeməkdən ibarətdir. Onun rasionunun əsasını meyvə və tərəvəz təşkil edir. Duza və şəkərə, ümumiyyətlə, toxunmur. Spirtli işkiləri, çay və kofeni nadir hallarda içir. Hərdən aktrisa bal, üzüm və kəpəklə bulka yeyir. Gün ərzində qaynadılmış sudan savayı Nikol ot şirələri və yeni çəkilmiş şirələr içir. Aktrisa hesab edir ki, içdiyi mayelər orqanizmin şlaklardan təmişlənməsinə yaxşı təsir göstərir, ona ruh yüksəkliyi verir. Qidalanmaya belə yanaşması Nikol Kidman boyu 180 sm olsa da, 56 kq çəkiyə malikdir.

Rəqqas, tennisçi, drayver

Nikol Kidmanın gözəl fiqurası təkcə pəhrizin yox, həm də idmanın nəticəsidir. Avstraliyalı aktrisa uşaqlıqdan fiziki yükləmələrə öyrəncəli olub, axı, o, balerina olmağı arzulayıb. Amma rəqs də onun başlıca əyləncəsi olmayıb. Nikol üzməyi də çox sevir. Özü də ən iti üzmə üsulu sayılan krol stilində üzür. Bundna başqa, aktrisa sualtı dalğıcla da məşğul olur. Tennis və qold da onu maraqlandırır.

Şampun yerinə şirə

Nikol təbiətən kürən saçlara malikdir və tez-tez saş rəngini dəyişmir. Doğrudur, bir zamanlar sarışın olmuşdu. Lakin indio, təbii rənginə qayıdıb. Saçlarını parlaqlıq verməsi üçün Nikol yuyunduqdan sonra onları quşüzümü şirəsilə yaxalayır. Həmin şirə qələvi şampunun mənfi təsirini neytrallaşdırır, saçları möhkəmləndirir və qidalandırır, habelə saçların böyüməsini aktivləşdirir.

Mənbə: nida.az

Top