Şimali İrlandiyada Nəhənglərin yolu

Şimali İrlandiyada Nəhənglərin yolu

Nəhənglərin yolu Şimali İrlandiyanın ən çox turist cəlb edən məkanıdır. Bu unikal sahil vulkan aktivliyi nəticəsində yaranıb. Əsrlər əvvəl baş verən vulkan püskürməsi nəticəsində burada 40000 qədər bazalt sütünu formalaşıb. Həmin sütunlar dənizə doğru sanki bir yol açaraq həqiqətdə mövcud olmuş nəhənglərin ayaq basdığı pillələri xatırladır.
Buradan yuxarıya qalxaraq görəcəyiniz səfalı mənzərə sözlə ifadə oluna bilinməyəcək dərəcədə gözəldir. Nəhənglərin yoluna gəlib baxmaq istəyənlər burada velosiped kirayə götürərək (və ya əvvəlcədən kirayə götürülmüş velosipedlə gələrək) turistlər üçün hazırlanmış marşrut üzrə hərəkət edə bilər. Nəhənglərin yolu Şimali İrlandiya
Nəhənglərin yolu — Təbiətin möcüzəsidir
Nəhənglərin yolu — vulkan püskürməsi nəticəsində yaranmış on minlərlə bazalt sütununun bir-biri ilə birləşdiyi unikal sahilyanı ərazidir.
Şimali İrlandiyanın şimal-şərqində, Buşmils şəhərindən (İrlandiya viskisinin hazırlandığı şəhər) 3 km şimalda yerləşir. Ərazisinin keçdiyi yol və Kozvey-Kost sahili 1986-cı ildə YUNESKO-nun Ümumdünya İrs siyahısına daxil edildi, 1987-ci ildə isə Şimali İrlandiyanın ətraf mühit departamentinin milli qoruğu elan olundu. Sütunların yuxarı hissəsi formasına görə tramplini xatırladır. Onların yolu qayanın ətəyindən başlayaraq dənizin üzərini örtdüyü yerə qədər davam edir. Sütünların bir çoxu altıbucaqlıdır, bəziləri isə dörd, beş, yeddi və səkkiz bucaqdan ibarətdir. Ən hündür sütun on iki metrdir.
Nəhənglərin yolunun sadəcə ölçüləri deyil, həmçinin yaranması ilə bağlı sirli əfsanələri də heyrətləndirir. Bu təsirli məkan heyranedici qeyri-adiliyi ilə dünyanın ən məşhur yerlərindən biri adını qazanmağa layiqdir.
60 milyon il bundan əvvəl burada güclü vulkan püskürmələri baş verib. Püskürmələr zamanı göyə saysız şəkildə kül qalxır, yer üzünə isə çoxlu miqdarda qaynar maqma xaric olunurdu. Bu təbii hadisə irlandlara sirli “Nəhənglərin yolu”nı miras qoydu. İrlandaların qeyri-adi yolun yaranması ilə bağlı bağlı iki fərqli əfsanəsi var.
Birinci əfsanə
Günlərin bir günü irland mifologiyasının qəhrəmanı olan döyüşçü Fin Mak Kumalo Xoll adlı birgözlü nəhənglə rəqabət aparmaq arzusunda idi. Xoll dənizin qarşı sahilində yaşayırdı. Finn həmin sahilə keçmək və ayaqlarını islatmamaq üçün körpü tikməyi qərara aldı. O qılıncı ilə daş sütunlarını yonub dənizin dibində cərgəli şəkildə bərkidirdi. Yorulduğu zaman o, dincəlmək üçün bir qədər uzanıb elə həmin yerdə də yuxuya getdi.
Həmin vaxt güclü rəqib tikilmiş körpü vasitəsilə özü onun yanına gəldi. Lakin onlar bir-biri ilə yarışa bilmədi. Buna səbəb isə Finnin həyat yoldaşının işlətdiyi hiylə idi. Qadın yatan Finni divə körpə oğlu kimi təqdim etdi. O divə həyat yoldaşını gözlədiyini söyləyərək, Xolla içində qaynar tava olan çörəkləri təklif etdi. Finn oyandığı zaman həyat yoldaşı ona eyni çörəklərdən verdi, lakin bu dəfə onların içində isti tava yox idi. İçində qızdırılmış dəmir olan çörəkləri körpənin sürətlə yediyini görən nəhəng çox qorxdu. O, bu cür körpənin atasının necə güclü olduğunu təsəvvürünə gətirdi. Beləliklə, Xoll arxasına baxmadan geri qaçmağa başladı. Finn tərəfindən tikilən körpü onun var gücü ilə atdığı ağır addımlara dözməyərək dağıldı.
Nəhənglərin yolu Şimali İrlandiya
İkinci əfsanə
Qədim zamanlarda İrlandiyada Fin Mak Kul adlı xeyirxah div və onun həyat yoldaşı yaşayırdı. Sahilin digər tərəfində — Şotlandiyada isə Benadona adlı div Fin Mak Kul-dan fərqli olaraq qəzəbli və kinli idi. Şotlandiyalı hər zaman İrlandiyalıya sataşır və onu incidirdi. Günlərin bir günü Fin Mak Kul Benadonnaya səslənərək dedi: “ Əgər mən üzməyi bacarsaydım, bir neçə dəqiqəyə körfəzi keçib səni elə yaxşıca döyərdim!”
Lakin İrlandiyalı üzməyi bacarmırdı. O zaman Mak Kul, körfəz üzərindən körpü tikməyi qərara alır. Yeddi gün və yeddi gecə gözlərini qırpmayan div nəhəng daş parçalarını dənizə doğru daşıyaraq həmin körpünün tikintisini başa çatdırır.
Sonda o çox yoruldu və düşündü: “Benadonna ilə döyüşdən öncə mən yaxşıca dincəlməliyəm” və yatmağa yollandı. Bu zaman şotlandiyalı div körpünü görərək onun üzərindən keçib İrlandiyaya çatdı. O, nəhəngin evinin qapısını döyməyə başladı, lakin Fin Mak Kul möhkəm yatırdı. Onun həyat yoldaşı Una qorxaraq xilas olmaq üçün bir hiyləgərlik fikirləşdi. Qadın Mak Kulu körpə kimi bələdi. Una qapını açıb Benadonnaya dedi: “Tşşşş! Mənim körpəm yatır!”
Şotlandiyalı “körpəyə” baxıb fikirləşdi: “Əgər Fin Mak Kulun uşağı bu cür nəhəngdirsə, onda onun özü hansı nəhənglikdədir?” Qorxaraq Benadonna Şotlandiyaya geri qaçdı və təbii ki, qaçdığı zaman onun ardınca bütün körpü dağıldı.
Nəhənglərin körpüsü – YUNESKO-nun ümumdünya irsi siyahısına daxildir
Nəhənglərin körpüsünün yalnız ön hissəsi günümüzədək gəlib çatıb. Həmin körpü altıbucaqlı bazalt sütunlarından ibarət olub YUNESKO-nun ümumdünya irsi siyahısına daxil olundu. Eyni zamanda o dünyanın möcüzələrindən biri kimi sayılır. Həqiqətən də, Nəhənglərin körpüsünü canlı şəkildə görən insan onun sadəcə təbii hadisənin nəticəsi deyil, möcüzə olduğuna inanmaq istəyir.
 
Mənbə: turizm.az
Top